Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən dəyişikliklərlə
izah olunur. Bun-ların içərisində isə istehsalın həjminin artması və iqtisadi əlaqələrin
mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi amilin rolunun güjlənməsi də çox
mühüm rol oynamışdır. Bu dəyişikliklər makroiqtisadi tarazlığın tə-min edilməsinə və sosial
vəzifələrin həll olunmasına dövlətin müdaxiləsini tələb edirdi.
Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin iqtisadiyyata
müdaxiləsi kimi səbəb-nətijə əlaqələri həqiqətən onun iqtisadi funksiyala-rının təkamülünün
yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü biruzə vermişdir.
XX əsrin 80-90-jı illərində iqtisadi əlaqələrin sadə-ləşdiyini təsəvvür etmək düzgün olmazdı.
Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə nisbətən daha da
mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdjə-vergi və investisiya siyasəti olmadan
ijtimai istehsalın sabitliyinin təmin edilməsi qeyri mümkündür. Müasir istehsala yalnız dar
ixtisasa malik olan işçilər lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də
daim dəyişən şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bajarmalı,
geniş dünyagö-rüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiy-yata dövlətin
müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.
Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial pro-seslərə dövlətin müdaxiləsinin azaldılması
və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər iqtisadi subyekt-lərə verilməsinə jəhd
göstərilməsinin maddi istehsal siste-mində baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün
deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərə-findən tənzimlənməsinin daha da
güjləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.
Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə böyükdür. Bu sözlər
hazırda möhtə-şəm qurujuluq işlərinin getdiyi ölkəmizə də aiddir.
Azər-bayjan jəmiyyətində
Dostları ilə paylaş: