qədər, qonĢuluqda yəqin ki, sakitlik olacaq. Amma tək bir təhlükə var. Uzun Həsənin oğlu
Uğurlu Məhəmməd atasına xəyanət eləyib Ġstanbula sığınanda, Sultan öz qızını ona vermiĢdi və
həmin qızdan bir oğlu var. Çox, qüdrətli Osmanlı sultanlığı Sultanəlinin taxta çıxmasına dözməz
və Uğurlu Məhəmmədin oğlu Əhmədi Təbriz taxtına çıxarmaq üçün hər cəhdə əl atar. Ona görə
də Lələ bəy çox tə‟kid etmədi.
– Təbrizə də gedəcəyik.
– Məsləhət sənindi, mənim hökmdarım!
Təbriz çox qaliblər görmüĢdü. Uzun Həsənin otluqbellidə Osmanlı sultanın qoĢunları
üzərindəki qələbəsi hələ də unudulmamıĢdı. Ġndi isə Sultanəli qalib kimi bu qədim Ģəhərin
küçələrindən keçirdi. Atların ayaqları altına Təbrizin ən gözəl xalıları döĢənmiĢdi. Xalı-
xalçaların naxıĢlarını məĢhur, ən ətirli Təbriz qızılgüllərinin ətrindən seçmək qeyri-mümkün idi.
Çox yerdə güllər xalçaları görünməz etmiĢdi. Damlardan, gələnlərin baĢlarına gül-çiçək yağıĢı,
tabaq-tabaq Ģirniyyat yağdırırdılar.
Ancaq Sultanəli adamların gözlərində, üzlərində sevinc görmürdü. Elə-belə qarĢılayırdılar.
Xalçaları vardı, yerə sərmiĢdilər, gülləri vardı yağdırırdılar. ġahın fərmanından kim çıxa bilərdi?
Amma Ģah fərmanı ilə gözlərdə sevinc, ürəklərdə məhəbbət yaratmaq olmaz. Onları zindandan
çıxarıb gətirəndəki məhəbbətli gözlər, ürəkdən deyilən “mərhaba” nidaları yox idi.
Bunun səbəbini Sultanəli birdən-birə dərk elədi. Axı o nə qələbə çalmıĢdı ki? Ölkəni
yadellilərdən xilas eləməmiĢdilər. Bir əmioğulunun taxtda rahat oturması üçün o birisi
əmoğlunun baĢını kəsmiĢdilər. Bibioğlu dayıoğlunu məğlub eləmiĢdi. Buna görə gül səpirdilər.
Bir az qabaq qələbədən aldığı zövq Sultanəlinin qəlbində xəcalətə çevrildi. Onu xəcalət təri
basdı. Bu xəcalət elə bil onu məngənəyə salıb sıxırdı. Bu məngənə isə təbrizlilərin laqeyd
baxıĢları, heyrətsiz qıĢqırıqları idi. Elə bil hamı bir-birinə onu göstərib pıçıldayırdı:
“Heyif ona olan məhəbbətimizə”. Bundan da bir Ģey çıxmayacaq. O da o birisilərin tayıdır.
Küçə uzandıqca bu sıxıntı da artır, uzanır, onun qızılı saçları tərdən islanıb alnına yapıĢır,
kürəklərinin arasından soyuq, bədənini üĢüdən tər axırdı.
Axırda dözmədi, atını yanaĢı sürən Hüseyn Lələ bəyə dedi.
– Sən haqlıydın. Çox nahaq yerə gəldik. Nə böyük qəhrəmanlıq eləmiĢik ki. Həm də
mənim təbrizlilərdən xoĢum gəldi. QardaĢ qatilini sevmirlər. Düzdür, onları məcbur eləyirlər ki,
öz sevinclərini büruzə versinlər, camaatı gör nəyə öyrətmək istəyirlər. Həm də dəfələrlə bunu
onlara məcbur eləyiblər, amma onlar öyrənməyiblər. Yox, Lələ, bu hökmdar həyatı da bir həyat
deyilmiĢ.
Lələ bəy ürəyində onun bu fikirlərinə sevindi. Amma dinmədi. Dedi qoy özü bu fikirlərə
gəlsin, onda heç vaxt belə addımlar atmaz.
Onlar Təbrizə yeddi yüz atlı müridin əhatəsində gəlmiĢdilər. Bu azacıq qüvvə ilə burada
qalmaq təhlükəli idi və tez bir vaxtda Ģəhərdən çıxıb getməliydilər.
Rüstəm Mirzə “Səkkiz behiĢt” sarayında onları təntənə ilə qarĢıladı. Onlara böyük ən‟amlar
verdi. Ziyafətlər düzəltdi, amma Sultanəlinin də, Hüseyn Lələ bəyin də ürəyi açılmırdı.
Əbih Sultanın da iĢ-gücü çox idi. Əvvəl o, bu yeddi yüz atlını biri-birindən ayırıb
parçalamaq, xırda dəstələrə bölüb ayrı-ayrı yerlərdə saxlamaq istədi. Bunun üçün çox hiylələrə əl
atdı. Amma Hüseyn Lələ bəy razılıq vermədi.
Dədə bəy “Səkkiz behiĢt” sarayından azacıq aralı çadırlar qurdurdu. Bütün müridlər bir
yerdə qaldı və hər birinə çadırda belə silahdan ayrılmamağı, beĢ addım belə uzağa getməmək
tapĢırılmıĢdı. Sultanəlini yüz nəfərə qədər ən igid mürid müĢayiət edirdi.
113 www.sarigelin.net
ĠĢi belə görən Əbih Sultan Rüstəm Mirzə ilə görüĢüb söhbət eləyirdi. Qapıda gözləyən
Murad birdən onun danıĢığına fikir verməli oldu. Əbih Sultan deyirdi:
– Bu dərviĢ nəslinin kökünü kəsməliyik. Artıq heç bir düĢmənim yoxdur, onlardan baĢqa.
Bəlkə belə bir iĢ görək.
– Buyur görüm?
– Sən yenə də onları zindana saldır.
– Belə bir bəhanə gətirmək olar ki, Bəysunquru nə üçün öldürüblər? Mən dünya qarĢısında
biabır olmaq istəmirdim. Onun qollarını bağlayıb zindana, Əlincəyə saldırmaqdan özgə fikrim
yox idi. Amma Sultanəli onu öldürüb. Həm qonĢu hökmdarların yanında hörmətin artar, həm də
düĢmənlərindən bir dəfəlik xilas olarsan. Orada onları bir-bir əkmək asandı. Bilirsən bu Sultanəli
nə ağıllı, dərrakəli düĢməndi. Vaxtında ondan canını qurtar.
Bir azdan Rüstəm Mirzənin səsi eĢidildi:
– Bəs buna Təbriz camaatı necə baxar? Axı sarayın yanında, belə bir gündə...
– Onda belə bir fikir də var.
– O nə fikirdi?
– ġəhərdən çıxsınlar, yola salaq, sonra dallarınca böyük bir dəstəylə gedib yolda iĢlərini
bitirək.
Murad özünü saxlaya bilmirdi. Az qalırdı ki, içəri girib onların hər ikisini də doğrasın.
Amma sonra onun sözünə kim inanacaq. O, necə də gəlib iyrənc, çirkin bir mühitə düĢmüĢdü.
Murad Əbih Sultanı gözləməyib çıxdı, atının belinə sıçrayıb qızılbaĢların düĢərgəsinə tərəf çapdı.
Lələ bəyi tapıb ona ikicə kəlmə dedi:
– Burada vaxt itirməyib tərpənin.
– Nəyə görə?
– Sözdü deyirəm. Elə indi! – Sözlərini deyib atını döndərib çapıb getdi.
ġƏMASƏ MÜSĠBƏTĠ
Ərdəbilə bir mənzillik yol qalmıĢdı. Yeddi yüz atlı yortma yeriĢlə keçib gedirdi. Birdən
Sultanəli dedi:
– Dayanın!
Hamı atlarını saxladı. Gül çiçəkli dağın döĢündə qəribə bir kənd vardı. Palçıq evləri elə bil
qaranquĢlar bir-bir dimdiklərində daĢıyıb tikmiĢdilər. Evlərin də hamısı bir-birinə yapıĢmıĢdı. Arı
pətəyinə oxĢayırdı. ġırıltı ilə axan dağ çayı göyün yerə düĢən bir parçasına oxĢayan gölə
tökülürdü. Göl o qədər duru idi ki, dağ da, kənd də onda əks eləyirdi. Elə bil burada biri-birinin
eyni olan iki dağ və iki kənd var.
Sultanəli bu gözəlliyin qarĢısında özünü saxlaya bilməyib atının cilovunu çəkmiĢdi.
– Bu hansı kənddir?
Lələ bəy dedi:
– ġəmasə kəndidir. Qurban olduğum pirin sürcalıdır. Onu Teymurləng anasının pulları ilə
alıb pirə bağıĢlayıb. Bu dünya gözəlliyinin bütün ne‟mətləri müridlərinizə, pirə pənah gətirən
əlsiz-ayaqsızlara xərc olunur.
– Bəlkə bir az dincələk?
– Atlardan düĢün, – deyə Lələ bəy əmr verdi. Onlar atlardan düĢdülər. Təbrizdən çıxandan
heç yerdə dayanmayıb at sürmüĢdülər. Ona görə də hamı yorulmuĢdu. Belə gözəl bir yerdə bir az
dincəlmək pis olmazdı.
Sultanəli gölün sahilinə gəldi. Dumduru suyun dibində rəngbərəng daĢlar görünürdü.
Balıqlar tənbəl-tənbəl üzüb gedirdilər. Gül-çiçəyin, yarpızların ətri aləmi baĢına götürmüĢdü.
QuĢlar elə həvəslə oxuyurdular, arılar elə arxayınlıqla vızıldaĢırdılar ki... Bu təbiətə baxanda
114 www.sarigelin.net
Sultanəli Təbrizdə onlara hörülən toru belə yaddan çıxartdı. Nə olaydı insanlar da belə təbiətin
gözəlliyinə, duruluğuna, Ģirinliyinə oxĢayaydılar.
Gölün qırağında çiçəklərin, otların arasından qara torpaq yumĢalmıĢdı, oradan sısqa axınla
su axırdı. Sultanəli qızıl kəmərinə keçirdiyi üstündə zümrüd qaĢları olan qızıl iĢləməli qılıncını
açıb yerə qoydu, əyilib torpağı təmizlədi. Su azacıq bulandı, durulanda gözünü təmizlədiyi
bulaqdan dumduru su axmağa baĢladı. O, bulaq açmıĢdı. Əllərini yudu, bulağın qabağına xırda
daĢlar düzdü, su ĢiĢdi. Bundan sonra dizini torpağa qoyub əyildi, dodaqlarını söykəyib o sudan
içdi.
– Sultanəli bulağı!
Bu səs Lələnin səsiydi.
O baĢını qaldırıb ona baxdı və gülümsədi. Bu gülüĢdə bulaq kimi duru və sərin bir uĢaq
sadəlövhlüyü, təmizliyi vardı.
– Lələ, deyəsən bir yaxĢı iĢ gördüm axı. Bir bulaq gözü açmaq, bir ağlayan uĢağı kiritmək,
ovundurmaq qədər savab iĢdi.
– Həm də hökmdarın öz əliylə açdığı bulaq. Bunu bilənlərin hamısı o kiçik bulaqdan su
içəcək, bir də görəcəksən ki, bulaq böyüdü, geniĢləndi, gurlaĢdı.
Sultanəli qalxıb kəmərini götürüb belinə qurĢadı. Təbiətə heyranlıqla tamaĢa eləməyə
baĢladı.
– Lələ, buranın harası cənnət bağından əskikdi? Demək ulu tanrı o dünya yox, elə bu
dünyada da cənnət yaradırmıĢ.
– Bəli. Bunun da hamısı nurdandı. Bax, əsl nur elə budur, elə deyilmi?
– Nurdu, nur. – Sultanəli bura elə vurulmuĢdu ki, qollarını geniĢ açmıĢdı. Uçmaqmı
istəyirdi, ya bu gözəlliyi özü iləmi aparmaq istəyirdi, ya nədi, bir an gözünü buradan çəkmirdi. –
Lələ, bu torpaqlar babamın türbəsinin soyurğalıdı, ona görə də burada yaĢamaq üçün yaylaq evi
tikdirmək olar.
– BaĢ üstə!
– Bilirsənmi harada?
– Harada?
– Bax, o qayanın üstündə. Oradan gölə pillələrlə enərik, göl kənarında cığırla gəlib bu
bulaqdan su içərik. Bu çiçəklik, bu çəmənlik toxunulmaz qalar. O, qanadları qanovuz
kəpənəklərin də xətrinə heç kim toxunmaz.
Hüseyn Lələ bəyin də xoĢuna gəldi bu təklif. Qayalar buradan uzaqlaĢırdı. Təbriz yolu
onların dibi ilə dolanıb gedirdi. Amma qayalar çılpaq deyildi. Göldən ayrılıb axan çay palıdların,
fısdıqların arasından keçib axırdı. Suyun kənarında hündür baldırğan kolları bitmiĢdi. DaĢların,
qayaların üstü, ağacların kötüklərini qalın mamır basmıĢdı. Bu yaĢıl yarğanda xırda, ulduz-ulduz
çiçəklər bitmiĢdi. Yol bu çəmənliyə, gölün kənarına qalxmırdı, aĢağıdan keçib gedirdi. QarĢı
tərəfdəki meĢəli dağların üstündən qar Ģırımları nəhəng saqqala oxĢayan Savalan gözə dəyirdi.
Onun zirvəsi yenə də görünmürdü. Zirvənin taleyi belədir də, oradan heç vaxt duman əskik
olmur. Haraya bir dərd-ələm, qayğı varsa bulud Ģəklində gəlib onun ətrafında yığılır.
AĢağıda, Təbriz yolundakı keĢikçinin fit səsi eĢidildi. Hamı gərginləĢdi elə bil.
– Atları tutun. – deyə Dədə bəyin səsi eĢidildi.
Bu vaxt bir atlı çapa-çapa gəlib Sultanəlinin yanına çatanda at yıxıldı, atlı isə yəhərdən
tullanıb düĢdü. At əvədidi, dal ayaqları göydə quruyub qaldı. Çapar isə nəfəsini güclə dərib
udqundu. Lələ onu indi tanıdı. Bu Ağqoyunlu sarayının sahibi xəbəri Murad bəy idi. Lələ
soruĢdu:
– De görək nə olub?
– Əbih Sultanla Hüseyn bəy Əlixani beĢ min atlı ilə dalınızca gəlir. Bu yerə bir azdan
çatacaqlar. Mən özümü güclə yetirdim, tədbir görün.
Sultanəli Dədə bəyi, tuncdan tökülən, cəng atan qədim heykələ oxĢar kobud Qara Piri bəyi,
qədd-qamətli Ġlyas bəyi yanına çağırdı.
– Fikrinizi deyin. Əbih Sultan beĢ min atlı ilə üstümüzə gəlir. Nə eləyək?
115 www.sarigelin.net
Lələ fikrini dedi:
– Mənə elə gəlir ki, Ərdəbilə girib qapıları bağlayaq, ondan sonra onlarla vuruĢmaq daha
əlveriĢli olar.
– Lələ, qələbə ilə qayıdırıq. Ərdəbil bizi Ģadlıqla qarĢılayacaq. Belə bir vaxtda əgər düĢmən
əlindən qaçıb Ģəhərə girib qapıları bağlasaq, camaat yanında hörmətimiz qalarmı? Mən belə baĢa
düĢürəm ki, qalmaz. Həm də qabağımıza çıxan camaata deyəcəyik siz dayanın, biz gizlənək?
Lələ bəy onun bu sözləri qarĢısında dinmədi. Düzgün fikir idi. Amma beĢ min atlının
qabağında yeddi yüz nəfər nə eləyə bilərdi? Onları sərçə kimi qırıb tökərdilər.
Dədə bəy dedi:
– Mən belə baĢa düĢürəm ki, Lələ bəyin sözündə də həqiqət var, gənc hökmdarımız da
doğru deyir. Amma bəxtimizi burada sınasaq, yaxĢı olar. ĠĢdi olmadı belə, oldu elə. Onda Ərdəbil
Əbih Sultanın qarĢısında aciz qalır. Bir tərəfdən də hökmdarımızın anası, qardaĢları
Ərdəbildədir, onların qayğısına qalmaq lazımdır. Məni eĢitsəniz, Lələ bəy hökmdarla Ərdəbilə
qayıdar, biz bacardığımız qədər onların qabağını saxlayarıq. Tez bir vaxtda Ģəhər camaatı silah
götürər, əgər biz onların qabağını saxlaya bilməsək, orada hazır olarlar. Həm də Ərdəbil qalasına
da e‟tibar yoxdur, qalanın neçə bürcü uçub.
Bu təkliflə Qara Piri bəy də, Ġlyas bəy də razılaĢdılar. Amma bir məsələ ilə Sultanəli
razılaĢmadı.
– Lələ bəy getməlidi. Bu çox vacibdi. Amma mən heç yerə getməyəcəm. Bu yeddi yüz atlı
mənim getdiyimi görsə qolları boĢalacaq, deyəcəklər hökmdarımız bizi düĢmən qarĢısında qoyub
qaçdı.
Ona nə qədər yalvardılarsa, yenə də bir Ģey çıxmadı. Axırda Sultanəli qətiyyətlə dedi:
– Qulaq asın. Hökmdar fərmanından çıxan buradaca e‟dam olunacaq. Məni fikrimdən heç
nə döndərə bilməz.
Bundan sonra onlar döyüĢə hazırlaĢdılar. Atları meĢəyə baldırğanlığın arasına çəkdilər.
Dədə bəy düz deyirdi ki, onların atları susuzdur və bu göldən suvaracaqlar. Atlar su içəndə
qəfildən onlara həmlə eləmək lazımdır. Onda üstünlük qazana bilərlər. Yoxsa açıq meydan
döyüĢündə uduzarlar.
Hüseyn Lələ bəy əlacsız qalıb, Allahdan onlara uğur diləyib Salmanı da götürərək Ərdəbilə
tərəf çapdı. Dədə bəy göstəriĢ verdi, atların ağzını bağladılar, baldırğanlığı keçib meĢəyə
çəkildilər. Bütün göstəriĢləri Dədə bəy verməliydi.
Bir müddətdən sonra Əbih Sultanın qoĢunu göründü. Sultanəli ürəyində deyirdi ki, kaĢ
gölün yanına dönsünlər. Dönməsələr, dönüb Ərdəbil yoluna düĢsələr iĢlər pozulacaq. Onda gərək
arxadan onları izləsinlər. Söz yox ki, bir azdan qaranlıq düĢəcək. Gecə düĢərgə salanda onları
haqlayıb qılıncdan keçirmək olardı.
Amma... Elə onlar istədiyi oldu. Əbih Sultan atını gölə tərəf döndərdi, bir an dayanıb
baxdı, quĢların səsinə qulaq asdı. Qəribədir bu dünya... Onu hamı sevir. Onun gözəlliyindən
boynu vurulmaq üçün kötüyün yanına gətirilən, insanların xoĢbəxtliyi naminə qurban gedən də,
insanları ümidsiz qoyub qılıncı baĢa endirən də. Kəpənəklərin uçuĢu, arıların vızıltısı, suyun
Ģırıltısı Əbih Sultanın da xoĢuna gəlirdi.
– Burada dincliyinizi alın. Ətrafa keĢikçilər qoyun. Bir adamı Ərdəbilə tərəf buraxmayın.
Belə gözəl yeri o dərviĢ nəvələrinə verməkmi olar!
Bu sözləri Sultanəli eĢidirdi və yalnız indi Hüseyn Lələ bəyin sözündən çıxdığına görə
özünü qınayırdı. O, doğrudan da zindandan kənarda yaĢayan tanımadığı adamları mələk bilmiĢdi,
özünü onların yanına atmaq istəmiĢdi. Amma gör bu adamların arasında necələri var? Əbih
Sultan kimilər. Bir adamda neçə sifət, neçə ürək, neçə beyin olarmıĢ.Axı nərd zərləri altı üzlüdür,
amma hər üzün öz qiyməti var. Hər vaxt o qiymət artıb-azalmır. Əbih Sultan isə nifrət elədiyi
adama məhəbbətini də izhar eləməyi bacarır. Sonra da o nifrəti elə yerdə üzə çıxarır ki, qarĢıdakı
hələ onun məhəbbətindən soyumayıb, düĢmənini tanımağa belə macal tapmayıb.
“Səhv elədim, böyük, bağıĢlanmaz səhv. Lələnin sözünə baxıb gərək onları zindana
göndərib torpağımızı böyüdəydim. Onda daha belə çətin vəziyyətə düĢməz, ikiüzlülüyü
116 www.sarigelin.net
görməzdim.” Ərdəbil padĢahını izləyən beĢ min süvari atlardan endi, onları cidarlayıb arıların
bayaq bal əmdiyi çəmənliyə buraxdılar. Ayğırlar madyanlara qarıĢdı, at kiĢnərtisi hər tərəfi
baĢına götürdü. Nallı dırnaqlar təbiətin bakirəliyini viran qoydu. Əzdi, tapdaladı, torpağa qarıĢdı.
DöyüĢçülərin demək olar ki, hamısı silahlarını çıxarmıĢ, ayaqlarını soyunmuĢ, dəbilqələrini
yerə qoymuĢdular. Yolun yorğunluğunu və tozunu hələ insan ayağı dəyməmiĢ bu duruluq
mücəssəməsi olan gölün sularına tökürdülər. Artıq məqam yetiĢmiĢdi. QızılbaĢlar at belində
oturub diqqətlə onları izləyirdilər. Hamı Sultanəlinin iĢarəsini gözləyirdi. Birdən o əllərini
göylərə qaldırıb dua elədi. Hamı gərgin vəziyyət aldı. Duadan sonra onun iĢarəsi olmalıydı.
– BaĢlayın!
Yeddi yüz atlı bir anda pusqudan çıxdı. Hamısı bir ağızdan qıĢqırırdı:
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢidim!
Elə bir hay-küy qopdu ki, çəmənlikdəki atlar hürkdü, qabaqlarına çıxan sahiblərini ayaqları
altına aldılar. Atlarla göldə yuyunan döyüĢçülər arasında boĢluq yarandı və qızılbaĢ seli bu
boĢluqda rahatca, sür‟ətlə çıpıb suyun üstündən qalxanları qılıncla doğrayıb nizə ilə dəlik-deĢik
edib gölün kənarına yıxırdı. Yüzlərlə adam qorxudan özünü gölə atdı və o dumduru sulara batıb
boğuldu.
Əbih Sultan ilk nidaları eĢidəndə heç bir çıxıĢ yolu görməyib aĢağı yolda dayanan,
silahlarını hələ də yerə qoymayan dəstəyə tərəf qaçdı. Onu çəməndəki at ilxısı ayaqları altına
salıb döyəclədi, amma onun bəxtindən qabaqdakı ayğırın gözünəmi, baĢınamı yaxından atılan ox
sancıldı, o vəhĢi bir kiĢnərti ilə Ģahə qalxdı və beləliklə ilxının axınını döndərdi. Əbih Sultan
çəmənlikdən aĢağıdakı dərəyə enən eniĢdə özünü saxlaya bilməyib sürüĢdü və gəlib yolun içində
dayandı. Yoldakı keĢik çəkən atlılar hələ nə olduğunu ayıra bilməmiĢdilər və bir neçə an Əbih
Sultan da onlara heç bir Ģey baĢa sala bilmədi. Gücü ona çatdı ki, birini dartıb atdan saldı, özü
yəhərə qalxdı, qılıncını siyirib hələ özü də bilmədiyi bir məqsədin dalınca atını çapdı. Bu vaxt
aĢağıdakı süvarilərin üstünə ox yağıĢ kimi yağmağa baĢladı. Atından salınmıĢ süvari Əbih
Sultanın dalınca əl-qolunu ölçüb-biçirdi. Bu vaxt əli göydə qaldı, bir an sanki havadan asıldı. O
üzü üstə yerə gələndə kürəyindən dəyib ürəyinin yanından çıxan oxun ucu daĢa dəyib xırçıldadı.
Əbih Sultan bircə onu bacara bildi ki, qıĢqırıb sağ qalanları dalınca səsləyə bildi.
– Dalımca gəlin, dalımca!
Atlarını tuta bilənlər, çəmənlikdə yox, aĢağıda dayananlar və bir də qılınc əlindən canını
qurtarmaq üçün əllərini dəbilqənin üstünə qoyub, dabanları yumĢaq yerinə dəyə-dəyə qaçanlar
Təbriz yoluna üz qoydular.
Qısa bir müddətdə beĢ minlik qoĢunun çox hissəsi qılıncdan, nizədən keçirildi, oxa
sancıldı. Dədə bəy böyük bir dəstə ilə əllərini dəbilqələrinə qoyub qaçanları, öz atlarına minə
bilməyənləri doğradı. Əbih Sultan böyük bir dəstə ilə qayaların arasında yoxa çıxdı.
Dədə bəy daha onları izləmədi. Qüvvələri az idi, hamısı bir yerdə olmalıydı. Ona görə də
geri qayıtdı. Sultanəli at üstündə oturub dik bir yerdən bütün bu mənzərəyə baxırdı.
– Əlimizdən bu dəfə qaçıb qurtardı. Gələn dəfə haqq-hesabını çəkərik, – dedi.
– Əzəmətli padĢahımız və ġeyxül əzəmimiz, bir həftədə qazandığın ikinci qələbə ilə səni
təbrik eləyirəm. Hələ müharibələr tarixində görünməmiĢ bir iĢ idi. Yeddi yüz nəfər beĢ min
nəfəri darmadağın elədi.
– Sağ olsun sərkərdələrimiz, igid müridlərimiz. Əbih Sultan da gücümüzə bələd oldu, daha
bu tərəflərə üz tutmaz.
Müridlər atları tutur, gəbərmiĢ atların yəhərlərini, yüyənlərini çıxarır, silahları toplayır,
özlərini saxlaya bilməyib ölənlərin əyinlərindən paltarları, ayaqlarından məstləri, ciblərindən pul
kisələrini çıxarırdılar.
ġeyx Heydərdən sonra onlar iki yürüĢə çıxmıĢdılar. Hər ikisində də qənimətlər bol
olmuĢdu. Neçə illərdi ki, döyüĢə getməyən, qənimət ələ keçirməyən müridlər yoxsullaĢmıĢ,
müflisləĢmiĢdi. Belə bir fürsəti isə əldən qaçırmaq istəmirdilər. Sultanəli əvvəl onları bu iĢdən
çəkindirmək fikrinə düĢdüsə də, həmin fikrindən vaz keçdi. “Can qoyublar, qanlarını töküblər.
117 www.sarigelin.net
Mən isə hələ onlara heç nə verməmiĢəm. Çünki verməyə bir Ģey də yoxdu. DüĢməndən alınan
qənimət onlarındır, qoy götürsünlər”
Əbih Sultanın atının yüyəni birinin, tapqırı o birisinin əlinə keçmiĢdi. Çünki bu yüyən də,
yəhər də qiymətli idi. Yəhər sədəflə iĢlənmiĢdi. Tapqırın üstündə, üzəngidə qızıl, gümüĢ bəzəklər
vardı.
Yüyəndən tutan dedi:
– Burax, atı mən tutmuĢam.
– Yəhərdən də mən yapıĢmıĢam. Sən əlini çək, yoxsa sənə qan qusdurub, ananı ağlar
qoyaram.
– Sən məni qorxudursan? Mən bu saat heç əzrayıldan da qorxmuram!
Cibo Səfər onların bu mübahisələrinə qarıĢmaq istədi:
– Gör nədən ötəri qızılbaĢ adını korlamaq istəyirsiz. Dünyada qalacaq dünya malından
ötəri. Yəhərdən tutan qıĢqırdı:
– Sən də get ağlına dua yazdır. Mən can qoymuĢam. QoĢunun ən qorxulu yerinə mən idim
özümü vuran.
Cibo Səfər susub geri çəkildi. Bu vaxt qıĢqırıq eĢitdi. Mübahisə eləyənlərin hər ikisi
qılınclarını bir-birinin çiyninə endirmiĢdilər. Biri ölmüĢdü, o birisi hələ can verirdi, gözləri irilib
hədəqəsindən çıxmıĢdı və onlardan yaĢ axırdı.
– Bədbəxtlər, – deyən Cibo Səfər yaxınlaĢdı, yüyəni ölənin indi-indi soyuyan barmaqlarının
arasından çıxarıb atı çəkib apardı.
Bir talan, bir qarət baĢlamıĢdı ki... Heç kəs heç kəsi tanımırdı. QardaĢ-qardaĢa güzəĢtə
getmirdi. Soyduqları paltarları, tapdıqları əĢyaları tutduqları atlara yükləyirdilər. Elə adam vardı,
beĢ at tutmuĢdu, eləsi vardı heç birini də tutmamıĢdı və öz atı da talan olunanlara qoĢulmuĢdu,
tapdıqlarını Ģələ kimi bağlayır, qıĢqırırdı:
– Atımı verməsəniz, hökmdara deyəcəm. Gözlər elə qızmıĢdı ki, indi heç hökmdarı da
saymazdılar.
Müridlərdən biri yerdəki yaralının ayağından məstinin bir tayını çıxartmıĢdı. O birisi tayını
dartıb çıxara bilmirdi. Yaralının ayağı ĢiĢmiĢdi, məstin içinə qan dolmuĢdu. Qırmızı rəngli məst
isə müridin çox xoĢuna gəlmiĢdi, necə olursa-olsun, onu çıxarmaq istəyirdi.
Yaralı isə ona yalvarırdı.
– Qurban olum, ay müsəlman qardaĢ, səni and verirəm Allahın birliyinə, arxalığımı götür,
papağımı götür, məstə dəymə, qonĢudan əlborcu almıĢam.
– Sənin qonĢunun... – Yeddi mərtəbə söyüĢ yağdırdı. Bu dəfə də əlinə tüpürdü, əl atıb məsti
dartanda yaralı qıĢqırdı.
– Öldüm axı, ay insafsız!
– Hələ ölməmisən. O xəncərini çəkib onun sinəsinə sancdı. Bədbəxt bircə dəfə çimçəĢdi və
canını tapĢırdı. Mürid bir dəfə də məstə əl atanda onun baĢına bir qılınc endi. Dönüb baxa da
bilmədi. Polad tiyə baĢ qapağını parçalayıb beyinə iĢləmiĢdi. Qılıncı vuran Dədə bəy idi. Bu
əhvalatı bayaqdan izləyirdi və adını mürid qoyan vəhĢinin insafsızlığına dözməmiĢdi. O, gur
səslə müridləri intizama çağırır, heç kimin qulağı eĢitmirdi.
Əbih Sultan dünyanın bütün naqis iĢlərindən xəbərdar idi.O, dünyanın ən bic tülküsünü
toyuq hininə salıb, oradan ac çıxarırdı. Müharibələri də çox görmüĢdü. Qalibiyyət də dadmıĢdı,
məğlubiyyət də. Qaliblərin bir zəif cəhətini hamıdan yaxĢı bilirdi. DöyüĢdən sonra qənimət
toplamağı. Ona görə də qaçıb oradan çıxandan sonra uzağa getmədi. Nə qədər qüvvəsi vardısa
bir yerə yığdı, onları sakitləĢdirdi, dilə tutub geri qaytardı. Aralıdan mənzərəni görürdü və
qızılbaĢlara lap yaxınlaĢmıĢdı. Çünki artıq onların keĢikçiləri də yox idi. KeĢikçi boĢ-boĢuna
dayanacaq, o biriləri yüklərini tutacaqdılar? Ay dayandı ha.
QızılbaĢlara lap yaxınlaĢdılar və birdən-birə dördnala çaparaq, silahını ağır yük bilib atan,
Dostları ilə paylaş: |