1 www.sarigelin.net
Xudafərin körpüsü
© “Yazıçı“ nəĢriyyatı, 1982.
© Q.Kərimzadə, 2002.
Bu mətni müəllifin razılıgı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.
“Qarlı aĢırım“ əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası
Fərman Kərimzadənin “Xudafərin körpüsü“ romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində
baĢ vermiĢ tarixi hadisələr, ġah Ġsmayıl Xətainin uĢaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı
mübarizəsi qələmə alınmıĢdır.
Romanda həmçinin ġah Ġsmayıl Xətainin bir Ģair, sərkərdə və dövlət xadimi kimi yetiĢib
formalaĢdığı tarixi Ģərait təsvir edilmiĢ, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan
kimi tarixi Ģəxsiyyətlərin yadda qalan obrazları yaradılmıĢdır.
DƏMĠR AĞACDAN ASILAN BEġĠK
I hissə
PROLOQ
DaĢın uzü soyuq olur. Nə günəĢ Ģüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara,
üzü parıltılı daĢ bir deyildi, iki deyildi... Minlərlə daĢı çaylaqlardan gö-türmüĢdülər, karxanalarda
yonmuĢdular, qabar gücünə, taqətdən düĢən diz hesabına dağın sıldırım yalına qaldırmıĢdılar.
Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmiĢdilər. Bürclər ucaltmıĢdılar,
tağlı darvazalar hörmüĢdülər, iĢıqsız zindanlar qurmuĢdular.
Buludlara iliĢib onları yun əlçimi kimi parçalayan qaya da buz kimi soyuq idi. Quzey divarı
çayın sahilindən qartal uçuĢu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuĢdu. Oradan
da iyirmi beĢ, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır basmıĢdı,
pəncərədən az aralıda daĢların arasından dağdağan kolu bitib aĢağı sallanmıĢdı. Pəncərənin
yoğun dəmir barmaqlığını pas basmıĢ, pasın üstünü isə daĢ xınası örtmüĢdü. Pəncərənin aĢağısı
nov kimi yarıq idi. Bu pəncərədən aĢağıya baxmaq hər adamın iĢi deyildi. AĢağılarda səsi
eĢidilən çayı həmiĢə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə çəkirdi. Bə‟zən də
elə qalınlaĢırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub.
Düz baxanda meĢəli təpələr, dağlar görünürdü. Bu meĢələrin üstündə isə bir zirvə ucalırdı.
BaĢı kəllə qəndə oxĢayırdı, aĢağı getdikcə qarlı Ģırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə
Savalan dağı idi.
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.
AləmĢahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı “Emruzi bikr”
incisi kimi ağ yaĢ axırdı. O incinin danələrinə bənzəyən gilələr yuvarlanıb düĢürdü. Amma
yanaqlarında kədər əvəzinə Ģuxluq, alnında, çatma qaĢları arasındakı düyündə ağrı əvəzinə qürur
hissi vardı.
– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam?
2 www.sarigelin.net
– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına
gətirəndə sevindiyimdən ürəyim kövrəldi.
– Adam sevindiyindən də ağlayarmı, ana?
– Ağlayar, oğlum, ağlayar.
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.
AləmĢahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiĢ yarpağına oxĢar dodağını inci parıltılı
diĢlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə
bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.
– Gedərik, oğlum, gedərik.
AləmĢahbəyim qalxdı. Yeddi yaĢına qədəm qoymuĢ oğlu Ġsmayılın yumĢaq, kiçik
barmaqlarını ovcuna aldı, kiçik hücrənin qapısına getdi. Hücrənin səkkiz küncü vardı. Hər
küncdən tavanın dəbilqə içərisinə oxĢayan səqfinə xət gedirdi. O xətlər birləĢən yerdən bir qəndil
asılmıĢdı. Qızıl suyu ilə suvarılmıĢ qəndilin səkkiz Ģamlıq Ģamdanı vardı. ġamdanlar bir-biri ilə
qızılgül yarpaqları və qönçələri ilə birləĢmiĢdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan
tökülmüĢdü. ġamdanlardakı Ģamlar yarıya qədər yanmıĢ, yanlarında üst-üstə qalaqlanmıĢdı.
Yerə zərif naxıĢları olan iri xalça salınmıĢdı. Amma hücrənin alaqaranlığı xalçanın
rənglərini boğmuĢdu. Xalçanın, qəndilin incəliyi yanında divarların biri-birinə geydirilmiĢ iri
daĢları kobud və köntöy görünürdü. O daĢlardan soyuq Ģüalanırdı elə bil. Bu hücrə qalanın quzey
tərəfində olduğundan heç vaxt buraya gün düĢməmiĢdi. Pəncərədən süzülən sanki aydınlıq
gecənin ay iĢığı idi.
Ana-bala xalçanın üstündən keçib qapıya qədər getdilər və ayaqlarının səsi eĢidilmədi.
Ġsmayılın əynində güllü, xaraya oxĢar Gəncə parçasından kaftan vardı. Kaftanda təkcə güllər
deyil, əli oxlu, qılınclı, gül budaqlarının arasında görünən gənc döyüĢçülər də təsvir edilmiĢdi.
Belində gümüĢ kəmər parıldayırdı. Qırmızı atlasdan tikilən Ģalvarının qırıĢları tərpəndikcə
qırmızı parıltı alınırdı. Ayağındakı məstlər isə qızıl saplarla iĢlənmiĢdi. BaĢında ağ çalma vardı.
Hücrənin palıd qapısı yağlanmıĢ kimi parıldayırdı. Çərçivədən iki yerdən qapının eninə
paslı, ox ucu Ģəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmiĢdi.
Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar güclə açılar. Amma Ġsmayıl
əlini atan kimi qapı səssizcə açıldı. Ġçəriyə gün iĢığı düĢdü. Ananın da, oğlunun da gözləri
qamaĢdı, əllərini qaĢlarının üstünə qoymalı oldular. Bu iĢıq günəĢdən deyil, hücrənin
qabağındakı daĢ hovuzdakı sudan əks eləyirdi. Onlar çıxan hücrə tək deyildi. Yan-yana neçəsi
vardı. Hamısının da qapısı uzun bir daĢ eyvana açılırdı. Eyvanın üstü də tağ Ģəklində
hörülmüĢdü. Hər hücrənin qabağındakı sütunların arası çatma qaĢlar kimi dartılmıĢdı. Sütunların
arasındakı pillələr hovuz olan daĢ meydana enirdi. Bura kiçik bir karvansaraya da oxĢayırdı.
Meydanı hücrələr əhatə eləmiĢdi. Amma burada çox az adam yaĢayırdı. AləmĢahbəyim, oğlanları
Sultanəli, Ġbrahim və Ġsmayılla bura sığınmıĢdı. Bir də onların xidmətçisi Səkinə. Bu kiçik Ģəhər-
karvansaray onların məhbəsi idi. QuĢ quĢluğuyla buraya səkə bilməzdi. Onları ağızda dil, gözdə
gilə kimi qoruyurdular. Amma neçə ilin içində onlar keĢikçiləri görməmiĢdilər.
Hovuzun yanından bürclərin üstünə pillələr qalxırdı. Ana-bala həmin pillələri qalxdılar.
Əvvəllər Ġsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı! On-on
iki pilləni qalxıb bürcə çatdılar. Burada donmuĢ, qurumuĢ, daĢ geyinmiĢ döyüĢçülərə oxĢayan
qala diĢləri yan-yana dayanmıĢdı. Ana-bala onların yanından keçib gəzinməyə baĢladılar.
GünəĢ əyilmiĢdi. AĢağıdakı dərələri, vadiləri, dağları bənövĢəyi rəngə çalan kölgə
basmıĢdı. Təkcə qalanın bürclərini və Savalanı günəĢ iĢıqlandırırdı.
– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik?
– Hara, oğlum?
– Ərdəbilə, evimizə.
– Evimiz yadına gəlirmi?
– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kiĢnəyirdi.
Bu sözdən sonra AləmĢahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri,
qaĢları arasındakı düyün də ağlayırdı. Ġsmayıl təəccüblə dönüb anasına baxdı.
3 www.sarigelin.net
– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kiĢnəməsinə görə heç gör adam ağlayar?
Mən uĢağam, heç ağlamıram...
Ağlayan AləmĢahbəyim – Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uĢaq isə
ġeyx Heydərin oğlu Ġsmayıl idi.
BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN,
ATA HEYDƏR SƏFƏVĠ...
Gün qüruba əyilmiĢdi. Kirs dağının üstünə toplaĢan qara buludlar biri-biri ilə vuruĢan
əjdahalara oxĢayırdı. Amma o əjdahalarda güc, taqət qalmamıĢdı. Tökülən qanları özlərini və
səmanı qan rənginə boyamıĢdı. Ġndi daha yavaĢ-yavaĢ, halsız-halsız biri-birlərinə ağız atır,
quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil can verirdilər. Onların arxasında isə nəhəng bir
kürədən çıxan, məcməyiyə oxĢayan günəĢ elə bil bu qanlı döyüĢdən qorxub Kirs dağının dalında
gizlənib yaxasını qurtarmağa çalıĢırdı.
Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüĢə”
baxırdı. O qədər dərin fikrə getmiĢdi ki, anası Sara xatunun gəlib onun yanında dayan-masını
bilməmiĢdi.
– Sabah yaxĢıca yağıĢ yağacaq, oğlum. Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu,
yeriĢindən, duruĢundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmiĢdi.
Belində zümrüd qaĢlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli,
qollarının ağzı və ətəkləri daĢ-qaĢla bəzənmiĢ güləçə vardı: Yaylığının altından Ģah tacına oxĢar,
ondan ensiz, alnını tutan dingə qoymuĢdu. Belinə vurduqu sağ əlinin Ģana barmaqlarında çoxlu
üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı iĢığını əks elətdirirdi.
Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə
körməmiĢdi.
– Xeyir ola, ana?
– Xeyirdi, ağrın ürəyimə.
Uzun Həsən baĢını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır,
göyərirdilər. Təpədən aĢağıda ordugahın çadırları cərgə ilə düzülmüĢdü. Amma bu ordugah ona
çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmıĢ Teymurləng nəvəsi Sultan
Əbu Səidin qoĢunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə
olmalı idi. Qaraqoyunlu sultanı Cahan Ģah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin
sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən
babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.
Babası Fəxrəddin Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə
sədaqət göstərmiĢ, Ġldırımla Teymurun Anqara meydan döyüĢündə onun tərəfində olmuĢdur. Ġndi
üstündən altmıĢ altı il keçəndən sonra nəvələr düĢmən kimi üz-üzə dayanmıĢlar.
– Ana, deyirsən sabah yağıĢ yağacaq?
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmıĢdı.
Neçə vaxt idi ki, Qarabağa yağıĢ düĢmürdü. Düzənlərin otu qurumuĢdu, heyvanlar, atlar
otlamağa bir Ģey tapmırdı. Anası yağıĢı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri
dağıtmaq, ona yaz yağıĢı kimi sərinlik gətirmək istəyirdi.
– Ana, belə bəzənib, geyinmək də yağıĢa görədi? Ya toy var, mən xəbər tutmamıĢam?
Sara xatun qürurunu pozmadı.
– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda, bayramdayam. Nə oldu,
elçilər qayıtdı?
– Qayıtdı.
– Nə deyib?
– Deyib ki, tanımıram Uzun Həsəni. DüĢmənəm onunla.
4 www.sarigelin.net
– Ay hay... Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danıĢığa. Ġnanmıram
sənin göndərdiyin adamlara.
Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də
çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri
qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaĢlı üzük də onun barmaqlarını
nəcibləndirə bilməmiĢdi.
– Mən boyda oğulun anası düĢmənlə danıĢığa getsin?
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danıĢığa getmiĢdim?
– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü Ġohannın qardaĢı
Davusu xilas eləmək istəyirdik. Goruna lə‟nət. Necə ki, oldu. Əlinə dönüm o Fateh
Məhəmmədin, yeddi oğlunun özüylə bərabər baĢını vurdurdu.
Sara xatun oğluna e‟tiraz etdi.
– Hər necə olsa qayınatanın qardaĢı, arvadın Dəspinə xatunun əmisiydi.
– Arvadımın əmisi olsa da düĢmənim Cahan Ģahın qayınatasıydı.
Sara xatun dolub hirslənmiĢ oğlunu sakitləĢdirmək üçün dedi:
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. Ġndi mən
Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq.
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. Ġndi bu vaxt ona hər Ģeydən irəli idi.
– HazırlaĢ, sabah gedirsən. Kimi özünlə götürəcəksən?
– ġeyx Heydəri, sonrasına da baxarıq.
Hava qaralmıĢdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuĢan gecə quĢları görünürdü.
Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq Ģəklində dəyirmi qurulmuĢdu, çox böyük idi. BaĢ
tərəfdə taxt qoyulmuĢ, çubuqlardan hörülüb üstünə keçə çəkilmiĢ divarın dibinə döĢəkçələr
düzülmüĢdü. O, baĢını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamıĢdı. ġamların
zəif iĢığı qapıda dayanan iki keĢikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düĢmüĢdü. O
birisinin silueti isə havanın fonunda aydın seçilirdi.
– ġeyx Heydəri yanıma çağırın.
Xidmətçilər ġeyx Heydərin dalınca gedəndə Sara xatun yanaĢı qurulmuĢ üç çadırdan
hansına girəcəyini fikirləĢdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun,
ortadakı alaçıqda SəlcuqĢahbəyim, üçüncüdə isə Dəspinə xatun yaĢayırdı. Böyük gəlinin yanına
getmədi. O, hərəmxananın böyük xatunu, Ģahzadə Uğurlu Məhəmmədin anası idi.
SəlcuqĢahbəyim xatun isə oğluna iki oğlan doğmuĢdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü
gəlin Trabzon imperatorları olan Komnenoslardan IV Ġohannın qızı Feodara idi ki, bu ocağa gəlin
gələndə adını dəyiĢib Dəspinə xatun qoymuĢdular.
Sara xatun bir an ayaq saxladı.
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxĢı olar. Özü də qız anasıdır. Bu
dünyaya e‟tibar yoxdur, bilmək olmaz”.
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu ġiraz ətri deyildi. Görünür
onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axĢam saçlarını onunla sirab eləyib ərini
gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxĢayan
qızı AləmĢahbəyimin baĢını dizinin üstündən götürdü və ayağa qalxdı. AləmĢahbəyim də ayağa
durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans
ipəyindən tikilmiĢ pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, baĢdan
ayağa ağ geyimdə idi. DöĢləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi
irəli çıxmıĢdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs
cızaraq aĢağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaĢan telbasanla qızılı
saçlarını yığmıĢ, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmıĢdı.
– Sara xatun heyranlıqla ona baxırdı.
– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.
– Sağ ol, ana.
5 www.sarigelin.net
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi.
Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmiĢdi. YaxınlaĢıb
onun da alnından öpdü. YumĢaq, ipək üzlü pərqu döĢəkçənin üstündə oturdu.
– ƏyləĢ, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O
birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”
Dəspinə xatun da oturdu.
– Sən imperator qızısan. Ġndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi
gərək hər bəd xəbərə dözümlü olsun.
– Nə olub?
– Heç nə olmayıb. Ola bilər.
– Nə?
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmiĢə bizdə olmalıdır. Onu özgələri bilməyə
də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu
Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum
döyüĢdə uduzsa biz hamımız əsir oluruq.
– Yox, ana, mən əsir olan deyiləm.
– Sağ ol, qızım. Çingizlə XərəzmĢah Sultan Cəlaləddin vuruĢanda, Cəlaləddin bundan da
ağır bir gündəydi. QarĢısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri.
Hərəmləri ələ düĢməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli
çatmayıbmıĢ, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada
çay Arazdı, o da bir az aralıdı.
Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.
– Qapı açılır. Görsək ki, düĢmən güc gəlir, onda bu qaĢın içindəki süleymaniyyə zəhəri
köməyimizə çatar. Ölüm haqdı. DöyüĢdə ər ölürsə, o qəhrəmandı. Arvadı da onunla bərabər
ölürsə, o da namus qəhrəmanıdır.
Dəspinə xatun üzüyü aldı, qaĢına baxdı.
– Ana, bu üzükləri çoxdan saxlayırsan?
– Çoxdan. Fateh Sultan Məhəmmədlə danıĢığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim
artdıqca da düzəltdirmiĢəm.
– Gecən xeyrə qalsın, qızım. Deyir axĢamın xeyrindən səhərin Ģəri yaxĢıdır.
Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə
idi. Sara xatun əllərini göyə qaldırdı.
– Ey bu axĢamın sahibi, oğlumu sənə tapĢırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi
iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi iĢıqlı elə.
– Amin, - deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin“də” duadakından daha böyük
bir kədər, yalvarıĢ və titrəyiĢ vardı.
Uzun Həsən anasının “ġeyx Heydərlə gedəcəyəm” deməyinin mə‟nasını tez almıĢdı. O,
xəbər tutmuĢdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki ġeyx Səfiyyəddin pirində
ziyarət etmiĢ, oraya böyük nəzir-niyaz vermiĢdi. Hazırda həmin pirin Ģeyxi ġeyx Heydərdi.
Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiĢ,
onlardan Heydər dünyaya gəlmiĢdi. Cüneydi ġirvanĢahlar öldürəndən sonra Heydəri dayısı Uzun
Həsən böyütmüĢdü.
Alaçığa ruhanilər kimi uzun əba geyib baĢına ağ çalma qoymuĢ ġeyx Heydər girdi.
Dayısına tə‟zim eləyib:
– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırıĢınızla gəlmiĢəm,
dediyinizə müntəzirəm.
Heydər o zaman on dörd, on beĢ yaĢında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil
təhsil almıĢdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası
Cüneydin üzünü görməsə belə onun yolu ilə getmiĢ, Ģiəliyi, səfəvilərin batin elmini də
öyrənmiĢdi.
– Gəl otur.
6 www.sarigelin.net
O, dayısının göstərdiyi yerdə bardaĢ qurub oturdu. Ġri ağıllı gözlərini dayısına dikdi.
– EĢidirəm.
– Məsələdən yəqin ki, xəbərdarsan?!
– Bəli.
– Ġndi bizə vaxt qazanmaq, Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun tə‟sir köstərmək
lazımdır. Sabah tezdən, Allah qoysa sübh namazından sonra nənən Sara xatunla Əbu Səidin
ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid
sənə e‟tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox,
bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, Ġldırıma, Teymura qalmayan dünya bizə də
qalmayacaq. Ağılsızlıq ucundan ölənlər bu saydıqlarımın heç biri olmur. Biz Sultandan
gücsüzük. Ondan bir qıĢı Qarabağda qalmağa rüsxət alsaq, Allah qoysa yazda qoĢun toplayıb
öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qıĢı Qarabağda qalaq, yazda köçüb ata-
baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. Ġndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim
sənə aydın oldu, bacıoğlu?
– Bəli, gün kimi, hələ bir çox mətləblər var ki, onları da mən əĢyayi-sübut kimi gətirib
Sultanın fikrini döndərməyə çalıĢaram, inĢallah.
Onlar söhbət elədikləri müddətdə Sara xatun böyük hərəm Canbəyim xatuna da üzüyü
verib SəlcuqəĢahbəyim xatunun çadırına girmiĢdi.
SəlcuqəĢahbəyim xatun uzanıb yorğanı da baĢına çəkmiĢdi. Sara xatun gələndə kəniz onu
oyatdı. O, qalxdı, saçları pırtlaĢmıĢdı, çox yatdığından gözlərinin altı da ĢiĢmiĢdi.
“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. AxĢamnan yatıb heç
nədən də xəbəri yoxdur”
SəlcuqəĢahbəyim iri döĢləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun
onu həmiĢə qaraqabaq görərdi. Ġndi də onunla heç bir zarafat eləmədi, xoĢ söz demədi.
SəlcuqəĢahbəyim qalxıb gecə köynəyində qayınanasına yaxınlaĢdı, onun əlindən öpdü. O,
oturandan sonra özü də oturdu. Sara xatun dinməmiĢ özü baĢladı:
– Ana, bir Ģirin yuxu görürdüm. Görürdüm ki, göydə GünəĢlə Ay yaxınlaĢıb, bunlardan biri
oğlum Xəlilə, o birisi Yaquba oxĢayır. Bir də görmüĢəm ki, rəmmal gəlib, buna rəml atdırıram.
Deyir o GünəĢ ki var, tacdı...
Sara xatun əlini dodaqlarına qoydu.
– Sus! Hələ bu ölkənin günəĢi batmayıb ki, burnu selikli oğlunun baĢına tac qoyasan.
– Mən elə demədim, yuxumu danıĢdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə
dəyiĢəcək, biz hamımız gedəcəyik, Allah eləməsin sahibimizin baĢından bir tük əskik olsun. Olur
da, yə‟ni mənim bu gül balalarımın baĢına...
– Ayıbdı, SəlcuqəĢahbəyim. Mənim oğlumun düĢməni elə onun evinin içindəymiĢ ki. Al bu
üzüyü, qaĢında zəhər var.
– Mənə zəhər verirsən? Bir səhvdi elədim, ağlım kəsmədi. SəlcuqəĢahbəyim Sara xatuna
tərəf dizin-dizin süründü.
– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən.
Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı.
Torağaylar millənib göyün üzündə oxuyurdular. At belində oturan Sara xatun baĢını
qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaĢı at sürən ġeyx Heydərə döndü:
– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır?
– Xeyirliyə olar, nənə.
Hava iĢıqlaĢar-iĢıqlaĢmaz yola düĢmüĢdülər. Qaradonlu yanında Arazı bərəylə keçmiĢ, Əbu
Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almıĢdılar. Bir az da gedəndən sonra Əbu Səid
döyüĢçüləri onların qarĢısına çıxdı.
– Kimsiniz, hara gedirsiniz?
– Elçiyik. Sultanın yanına gedirik.
Sara xatun qara çin xarasından çarĢaf örtmüĢdü. O, belə səfərə çıxanda mütləq çadra
örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi.
7 www.sarigelin.net
– Bu zənən xaylağı da elçidir? – Dəstə baĢçısının ki-nayəsinə ġeyx Heydər cavab verdi:
– O zənən Uzun Həsənin anasıdır. Ona baĢ əyməlisən, ağayi baĢçı.
BaĢçı əlini döĢünə basıb tə‟zim elədi. Sonra da baĢını qaldırıb qadına baxdı. Sara xatun
barəsində çox eĢitmiĢdi. Onunla Fateh Sultan Məhəmmədin danıĢıqlarından da xəbəri vardı. Ġndi
elə bil çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə
baxırdı.
Sara xatunun da, ġeyx Heydərin də atları dayanmıĢdı. Çünki onların qabağını beĢ nəfərlik
bir dəstə kəsmiĢdi. Hamısı da quruyub qalmıĢdı. Nə edəcəklərini bilmirdilər.
Dostları ilə paylaş: |