Xülasə Məqalə Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafına həsr edilmişdirNaxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalı
Qeyd: Cədvəl1 www.statistika.nmr.az saitinin məlumatları əsasında, müəllif tərəfindən hazırlanmışdır. Cədvəl1 məlumatlarından göründüyü kimi 2001-ci ildən başlayaraq, hər il muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun illik həcmi nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. Təkcə onu demək kifayətdir ki, 2001-ci ildə 11390,9 min manat dəyərində sənaye məhsulu istehsal edilmişdirsə və bu adambaşına 32,1 manat sənaye məsulu təşkil etmişsə, 2020-ci ilin statistik göstəricilərinə görə 1040475,9 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da adambaşına 2259,1 manat sənaye məhsulu düşməsi deməkdir. İnkişafın bütün dövrlərində adambaşına sənaye məhsulu istehsalı muxtar respublikada özündən əvvəlki il ilə müqayisədə hər il 1,4% çox istehsal olunmuşdur. Sahibkarlığın inkişafına yaradılan əlverişli şərait hesabına yeni hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin sayının artması sənayedə istehsal proseslərini xeyli sürətləndirmiş, ümumu daxili məhsulun həcminin armasına gətirib çıxarmışdır.Göründüyü kimi sənaye potensialının müntəzəm əsasda gücləndirilməsi məqsədilə həyata keçirilən sistemli, məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Muxtar respublikada innovativ texnologiyalara əsaslanan maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi üzrə çoxsaylı istehsal sahələri yaradılması nəticəsində, 383 növdə məhsulun istehsal olunduğu məkanda 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada istehsalın həcminin artırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmi mütəmadi olaraq artmışdır. Cədvəl2 Naxçıvan MR-də Ümumi Daxili Məhsul istehsalı
Qeyd: Cədvəl 2 www.statistika.nmr.az saitinin məlumatları əsasında, müəllif tərəfindən hazırlanmışdır. Cədvəl 2 məlumatlarından göründüyü kimi 2019-cu ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox, 2020-ci ildə isə 2 milyard 908 milyon manatdan çox olmuşdur. Ümumi daxili məhsulda sənayenin payı 27,6 faiz təşkil etmişdir. Ötən il sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuş, 2019-cu illə müqayisədə 2020-ci ildə sənaye məhsulu 1,4 faiz artımla müşahidə olunmuşdur. Sənaye istehsalında mühüm nəticələrin əldə olunmasında dövlətin sahibkarlığa, xüsusilə, istehsalyönlü məhsul istehsalçılarına göstərdiyi dəstək diqqətçəkicidir. Məsələn, 2019-cu ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 84 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 63 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib [5]. Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ildə 10 milyon 944 min 900 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur [8]. Ötən il muxtar respublikada sənayenin inkişafı məqsədilə atılan mühüm addımlardan biri də muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən belə bir sənaye məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar açacaqdır[ 6]. Dünya təcrübəsi göstərir ki, sənaye məhəllələri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin praktikasında uğurla tətbiq olunan innovasiya infrastrukturu layihələrindən hesab edilir. Sənaye parklarının, sənaye məhəllələrinin təşkil olunduğu ərazilərdə yerli xammal ehtiyatlarına uyğun məhsul istehsalı üçün hər cür imkanlar yaradılır. Dövlət tərəfindən təchiz edilən infrastruktur təminatı kiçik və orta sahibkar subyektlər tərəfindən məhsul istehsalı zamanı çəkilən xərclərin aşağı salınmasına gətirib çıxarır ki, bu da hazır məhsulun maya dəyərini xeyli azaltmaqla, qiymətini aşağı salır. Nəticədə, yeni texnologiya ilə istehsal olunan məhsulun həm keyfiyyəti yüksəlir, həm də maya dəyəri aşağı düşməklə rəqabətə davamlılığı artır. Belə sənaye məhəllələrində istehsal fəaliyyəti kompleks xarakter daşıdığından, istifadə olunan su, kanalizasiya, qaz, enerji, nəqliyyat, kommunikasiya və digər xidmətlərdən istifadə imkanları ekoloji tarazlığın ümumilikdə qorunmasına şərait yaradır. Muxtar respublikada sənayenin inkişafı üçün çox böyük potensial imkanlar mövcuddur. Son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət muxtar respublikada sənayeləşmə prosesini daha da sürətləndirmiş, yeni innovativ müəssisələrin yaradılması hesabına rəqabətədavamlı və ixracyönlü məhsulların istehsal həcmi xeyli artmışdır. Məhz, bunun nəticəsidir ki, 2020-ci ildə sənaye məhsullarının istehsal həcmi 1 milyard manatı ötərək yuxarıdakı cədvəl 1 məlumatlarından göründüyü kimi 1 milyard 40 milyon manatdan çoxa olmuşdur. Muxtar respublikada 2020-ci ilin məlumatlarına əsaslanaraq deyə bilərik ki, sənaye istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənaye məhsulları istehsalının 94,1 %-i özəl sektorun hesabına həyata keçirilmişdir ki, bunu digər iqtisadi rayonlarla müqayisədə yüksək göstərici hesab etmək olar [4]. Cədvəl3.
Yüklə 36,42 Kb. Dostları ilə paylaş: |