Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5
Umudlu/ pp 257-273
Winter 2019
269
hərəkatında iştirakından söhbət gedə bilməzdi. Ermənilərə gəldikdə isə bəhs olunan
dövrdə onların bir güc olaraq göstərilməsi düzgün deyildir.
Gəncəni qırğınlar törədərək işgal edən ruslar, ətrafdan, xüsusilə Osmanlı Dövləti
ilə İrandan təsirli bir təzyiq olmadığını görüncə istila hərəkətinə davam etdi.
43
Tarixçi
Nağı Keykurunun (Şeyxzamanlı) fikrincə ruslar ən çətin mübarizəni Gəncə xanlığı ilə
edərək çoxlu itkilər vermişilər. Müəllif yazır: ”Şəhərə girən vəhşi rus əskərləri
qarşılarına çıxan hər canlını qəddarcasına məhv edirdilər. Bu rus çarının onlara icazə
verdiyi qələbə haqqıdır.”
44
Rusların Gəncə və Azərbaycan xalqına etdikləri vəhşət və
hunharlıq unudulmayacaq qədər ağırdır.
45
Müəllif qeyd edir ki, “xalqımız heç bir zaman
ruslara isınmamış, onlara həmişə nifrət və kin dolu nəzərlərlə baxmışdırlar. Özünə
inanan kənd gəncləri fürsət düşdükcə rus idarəçi jandarmlarını öldürür, sonra da
silahlarını alıb dağa çıxardılar”.
46
Müəllif yazır: ”Burası qətidir ki, o zamanlar
Azərbaycanın hər tərəfində amansız bir istiqlql mübarizəsi vardı. Mübarizə hər sahədə
özünü göstərirdi.”
47
Müəllif Cemalettin Taşkıranın fikrincə, Gəncə xanlığının süqutundan sonra digər
bütün xanlıqlar bərabər olmayan güc tarazlığı və müxtəlif hiylə yolları ilə süqut etdilər.
Qarabğlı İbrahim xan 1805-ci ilin mayında ruslar ilə anlaşmaq məcburiyyətində qaldı.
48
Gəncə xanlığının süqutu digər Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalını
asanlaşdırdı.
49
Qafqaz tarixinin tədqiqinə həsr olunmuş “Dünden Bugüne Kafkasya” adlı
akademik araşdırmanın müəllifi Muharrem Yıldız, böyük əksəriyyəti türk-oğuz
boylarına mənsub olan Azərbaycan türklərindən, Gəncə xanlığının rus hakimiyyətini
qəbul etməsindən sonra digər xanlıqların da zorla Rusiyanın tərkibinə daxil
edilməsindən bəhs edir. Müəllifin fikrinə davam edərək yazır: “Xanlıqlar arasındakı
ziddiyyətlərdən doğan bu böyük fəlakətin acı nəticələrini vaxt keçdikcə anlayan
Azərbaycan türkləri yurdlarını, tarixin, taleyin ağrılı oyunlarından, rus zülmündən
43
Mirze Bala Mehmedzade, “Gence” maddesi, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, c.4, İstanbul:
TDV Yay., 1991, 762-766.
44
Naki Keykurun, Azerbaycan İstiklalMücadelesinden Hatıralar(1905-1920), Ankara: İlke Kitabevi
Yayınları, 1998, 5.
45
Keykurun, Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 7.
46
Keykurun, Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 7.
47
Keykurun, Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 8.
48
Cemalettin Taşkıran, Keçmişten Günümüze Karabağ Meselesi, Ankara:Genelkurmay Basımevi, 1995,
68.
49
Umudoğlu, Kuzey Azerbaycanın Çar Rusiyası Tarafından İşğali ve Sömürgeçilige karşı Mücadele
(1801-1828
),
74.
|