Xüsusi nisbilik nəzəriyyəsinin postulatlarl.
2) Lorens çevrilmələri
Klassik mexanikada t-nin mütləq olması, təsirlərin ani yayıldığını nəzərdə tutur. Halbuki, sübut olunmuşdur ki, qarşılıqlı təsirlər ani deyil, sonlu - işıq sürətilə yayılır. Bunlar nəzərə alınmaqla Eynştyen xüsusi nisbilik nəzəriyyəsinin əsasını təşkil edən iki postulat vermişdir.
I postulat – inersial hesablama sistemi daxilində aparılan (təkcə mexaniki deyil – Qalileyin nisbilik prinsipi ) istənilən (elektrik, optik və s.) təcrübə vasitəsilə sistemin sükunətdə və bərabərsürətli düzxətli hərəkətdə olduğunu təyin etmək mümkün deyil.
II postulat – İşığın vakuumda yayılma sürəti ( c), işıq mənbəyinin və ya müşahidəçinin hərəkət sürətindən asılı deyil – bütün inersial hesablama sistemlərində eynidir (bü təcrübi faktdır).
Qeyd etmək lazımdır ki, işıq sürətinin sabit olması Qaliley çevrilmələrini ödəmir. Belə ki, əgər hərəkət edən inersial hesablama sistemində işıq sürəti c -dirsə, onda Qaliley çevrilmələrinə görə, sükunətdə olan inersial hesablama sisteminə görə bu sürət: ( c + v) olmalıdır. Ona görə də Qaliley çevrilmələrini əvəz edəcək yeni çevrilmə elə olmalıdır ki, işıq sürəti bütün inersial hesablama sistemlərində eyni olsun.
Dostları ilə paylaş: |