Xüsusi psixologiya (ailə, və ev təhsili, 20 saat/seminar)



Yüklə 142,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü142,5 Kb.
#43095
1   2
Xüsusi psixologiya-PROQRAM yeni

Sıra

-si



Mövzu

saat

tarix

dərsin növü

əyani və texniki vəsaitlər

ev tapşı-rığı

1.

Xüsusi psixologiyanın möv­zu­su, vəzifələri, yaranması və inkişafı

2













2.

Xüsusi psixologiyanın tədqiqat metodları

2













3.

Psixi inkişaf problem­lərinin yaranma səbəb­ləri və təsnifatı.

2













4.

Psixoloji problemləri olan uşaqlarda davranış pozuntularının xarak­terik xüsusiyyətləri.

2













5.

Psixi inkişaf problem­ləri olan uşaqlarda dərk­et­mə və emosional-ira­di sahənin xüsusiyyətləri.

2













6.

Psixoloji problemləri olan uşaqların şəxsiy­yə­tinin xüsusiyyətləri.

2













7.

Psixi inkişaf ləngimə­ləri olan uşaqların diaq­nos­tika və korrek­siyası

2













8.

Psixi inkişaf ləngi­mə­ləri olan uşaqların psi­xoloji-xüsusiyyətləri

2













9.

Ağıl kəmliyi (oliqof­re­niya): etiologiyası və təs­nifatı. Daun sindromu.

2













10.

Ağıl kəmliyi olan uşaq­ların diaqnostika və kor­reksiyası

2













11.

Autizm sindromu: yaran­ma səbəbləri və təsnifatı

2













12.

Autizmli uşaqların dav­ranışı, öyrənmə və sosi­allaşma çətinlikləri

2













13.

Autizmli uşaqların psi­xoloji-pedaqoji diaq­nos­ti­kası və korreksiyası

2













14.

Epilepsiyalı uşaqların psixoloji xüsusiyyətləri, korreksiyası və terapiyası

2













15.

Surdopsixologiya: lal-kar, ağıreşidən uşaqla­rın psixoloji xüsusiy­yətləri və korreksiyası.

2













16.

Tiflopsixologiya: kor, zəifgörən uşaqların psi­xo­loji xüsusiyyətləri və korreksiyası.

2













17.

Serebral iflic (USİ) ke­çir­miş uşaqların psixo­loji xüsusiyyətləri və korreksiyası.

2













18.

İnklüziv təhsildə uşaq­lar­la işin xüsu­siyyətləri

2













19.

Xüsusi təhsildə uşaq­lar­la işin xüsu­siyyətləri

2













20.

İnklüziv və xüsusi təh­silə cəlb edilmiş uşaq­ların valideynləri ilə apa­rılan işin istiqamətləri

2













Cəmi

40 s.





Mövzu 1. Xüsusi psixologiyanın möv­zu­su, vəzifələri yaranması və inkişafı
Xüsusi psixologiyanın mövzusu. Xüsusi psixolo­gi­yanın ümumi psixologiyanın bir sahəsi kimi. Xüsusi psi­xologi­yanın məqsədi. Xüsusi psixologiyanın vəzi­fə­­ləri. Xü­su­si psixologiyanın başqa elmlərlə əlaqəsi. Yaş və inkişaf psixologiyası. Pedaqoji psixologiya. Ümu­­mi psixologiya. Xü­susi psixologiya və tibbi psixo­lo­giya. Kliniki psixologiya. Tibbi genetika. Nevro­logi­ya. Patopsixologiya. Psixiatriya. Xüsusi pedaqogika. Korreksiya pedaqogikası.

Xüsusi psixologiyanın yaranma tarixi. Xüsusi psi­xologiyanın kliniki-psixoloji inkişaf dövrü. Xüsusi psi­xologiyada müasir diaqnostika və korreksiya tex­no­lo­giyalarının yaranması. Mü­a­sir dövrdə xüsusi psi­xo­logi­yanın inkişaf istiqamətləri.


Mövzu 2. Xüsusi psixologiyanın tədqiqat metodları
Xüsusi psi­xologiyanın tədiqaqat metodlarının təs­nifatı. Klassik mü­asir metodlar. Müşahidə. Söhbət. Mü­sahibə. Anket-sorğu. Fəaliyyət məhsullarının təhlili. Eks­periment. Müəyyənedici eksperiment. Öyrədici ekspe­ri­ment. Formalaşdırıcı eksperiment. Strukturlaşdırma. Kon­­struksiyalaşdırma. Karatsis metodu. İmpressiya meto­du. Şərti-reflektor metodlar. Proyektiv metodlar. Anam­nestik metod. Testləşdirmə. Xüsusi cərrahi müalicə me­­todları. Xüsusi tibbi- tədqiqat metodları.
Mövzu 3. Psixi inkişaf problem­lərinin yaranma səbəb­ləri və təsnifatı
Psixi inkişaf problemlərini yaradan amillər. Endo­gen amillər. Ekzogen amillər. Formokoloji təsirlər. İr­si xəs­­tə­liklər. Yoluxucu və qan xəstəlikləri. Fiziki zə­də­lər. Bətndaxili inkişaf dövründə baş verən neqativ tə­sirlər. Anadan olandan son­rakı inkişaf dövründə uşa­­ğın inkişafında prob­lem yaradan amillər. Sosial mühit.

Psixi inkişaf və nitq ləngimələri. Autizmli uşaq­lar. Ağıl kəmliyi olan (oliqorfen) uşaqlar. Kor və zəif­gö­rən uşaqlar. Kar və zifeşidən uşaqlar. Uşaq serebral if­lici. Epilepsiya.



Mövzu 4. Psixoloji problemləri olan uşaqlarda davranış pozuntularının xarak­terik xüsusiyyətləri
Davranış pozun tularının psixika ilə əlaqəsi. Dav­ranış pozuntularının xarakteri. Davranış pozuntuları ya­radan psixoloji amillər. Davranış pozuntularının təs­­ni­fatı. Destruktiv davranış növləri. İmpulsiv davra­nış. Aq­­ressiv davranış. Etirazlı davranış. Simtomatik dav­ra­nış. Komformlu davranış. Delikvent davranış.

Mövzu 5. Psixi inkişaf problem­ləri olan uşaq­larda dərk­et­mə və emosional-ira­di sahənin xüsusiyyətləri
Psixi inkişaf problem­lərinin yaratdığı dərketmə çə­tin­likləri. Diqqətin pozulması. Siqnal sisteminin pozul­ma­sı. Qavrama çətinlikləri. Hafizə pozuntuları. Təfək­kür pozuntuları. Nitq ləngimələri və pozuntular.

Psixi inkişaf problem­lərinin yaratdığı emosional-iradi ləngimələr və pozuntular. Emosional sahəədə baş verən ləngimə və pozuntuların xarakteri. Psixi pozuntu­ların yaratdığı neqativ emosional hallar. Naharatlıq. Hə­yacan. Qorxu. Təşviş. Stress. Depressiya. Fobiyalar. Kom­­plekslər. İradənin zəif inkişafı. Empatiyanın olma­ma­sı və ya zəiflik.


Mövzu 6. Psixoloji problemləri olan uşaqların şəxsiy­yə­tinin xüsusiyyətləri
Şəxsiyyətin zəif inkişafı. Mən-təsəvvürün xüsusiy­yətləri. Mən-obrazın formalaşmasında çətinliklər. Fə­aliyyət məqsədlərini olmaması. Motivasiyanın forma­laş­maması. Apatiyalı vəziyyət. Özünüqiymələndirmə pozuntuları. Sosial qiymətləndirmələrə maraqsızlıq. So­si­al hadisələrin düzgün qiymətləndirilməməsi. Ünsiy­yət və münasibətlərin inkişafında çətinliklər. Sosial ha­disələr arasında səbəb-nəticə əlaqələrinin qurul­ma­sında çətinliklər.

Mövzu 7. Psixi inkişaf ləngimə­ləri olan uşaqların diaq­nos­tika və korreksiyası
Psixi inkişaf ləngimə­ləri olan uşaqların diaq­nos­ti­ka. Psixi inkişafın yaş səviyyələtinə görə diaqnos­tika­sı. Davranışın müşahidəsi. Nitq aparatının müayinəsi. Xüsusi metodlarla dərketmə səviyyəsini ölçülməsi. Segen lövhəsi. Koos metodu. Xalça metodu. Süjetli əla­vələr metodu. Proyektiv metodlar. Şəkil metodları. Den­ver testi ilə müayinə. Psixi inkişafın kliniki-psixoloji təhlili.

Hissi təcrübənin yaradılması. Kiçik və böyük mo­tor bacarıqların inkişafı. Davranışın korreksiyası. Dərk­et­mə sahəsinin korreksiyası. Emosional sahənin korrek­si­yası. Özünəxismət vərdişlərinin yaradılması. Sosial­laşma və uyğunlaşma. Ünsiyyət bacarıqlarının forma­laş­dırılması. Şəxsiyyətin struktur komponentlərinin kor­reksiyası. Şəxsiyyətlərarası münasibətlərin inkişafı.
Mövzu 8. Psixi inkişaf ləngi­mə­ləri olan uşaqların psi­xoloji-xüsusiyyətləri
Sensor sinalların qəbul edilməsində baş verən lən­gi­mələr. Qavramada ləngimələr. Hafizə prosesləriin qar­­­şılıqlı əlaqələrinin zəifliyi. Təfəkkür ləngimələri. Mən­­­tiqi əlaqələrin qirulmasında çətinliklər.

Nitq ləngimələri. Nitq və təfəkkür arasında qarşı­lıqlı əlaqənin yaranmasında baş verən ləngimələr. Nit­qin səs tərkibinin zəif inkişafı. Söz ehtiyatının zən­gin­ləşməsində çətinliklər. Nitqin səs aparatının düz­gün for­malaşmaması səbəbindən yaranan çətinliklər. Mə­kan oriyentasiyasını zəif inkişafı. Zaman his­si­nin zəif inkişafı. Hərəkət koordinasiyalarını zəif qurul­ması.


Mövzu 9. Ağıl kəmliyi (oliqof­re­niya): etiologiyası və təs­nifatı. Daun sindromu.
Oliqofrenlərin təsnifatı. Debillik. İmbesillik. İdi­o­ti­ya. Oliqofrenlərin kliniki xarakteristikası. Hərə­kət­lərini düzgün koordinasiya edə bilməmək. Refleksiv çətinliklər. Böyük və kiçik motor sahənin düzgün inki­şaf etməməsi. Bədən əzələlərinin qeyri- plastikliyi. Fə­aliy­yətin təsadüfi, situativ və sadə məqsədlərlə qurul­ması. Hərəkətlərin köçürülməsində çətinliklər.

Oliqofrenlərin psixoloji xarakteristikası. Primitiv bilik ehtiyatı. Qavrayışın kifayət qədər differensiasiya olunmaması. Diqqətin zəifliyi. Hafizənin daha çox pozulması. Təfəkkürün özünəməxsus xüsusiyyətləri. Ətraf alə­mə çətin bələdləşmə. Səbəb-nəticə əlaqələri qura bilməmək. Maraqların düzgün inkişaf etməməsi. Məqsədyönlülüyün olamamsı. Hər hansı iş üzərində (ilişib qalmaq. İradi zəiflik. Tapşırıqdan, intellektual gərginlik tez yorulmaq. Maraqsızlıq.

Daun sindromu. Daun sindromunun yaranma sə­bəbləri. Daun sindromlu uşaqların xarici görünüşü. Da­un sindromlu uşaqların psixoloji xüsusiyyətləri. Daun sindromlu uşaqların dərketmə imkanları. Daun sind­rom­lu uşaqların ünsiyyəti.
Mövzu 10. Ağıl kəmliyi olan uşaq­ların diaqnostika və kor­reksiyası
Ağıl kəmliyi olan uşaqlarla işləyən mütəxəs­sis­lər. Peda­qoq - defektoloq. Psixoloq. Həkim. Patopsi­xo­loq. Psi­xi­atr. Oliqofrenlərin tibbi-psixoloji müayi­nə­si. Kom­pü­ter müayinəsi.

Ağıl kəmliyi olan uşaqların psixoloji diaqnos­ti­kası. Diqqətin diaqnostikası. Qavrayışın diaqnostikası. Hafizənin diaqnostikası. Təfəkürün diaqnostikası. Kom­pleks diaqnostika.

Ağıl kəmliyi olan uşaqlarla korreksiya işini təş­ki­li. Sensor təcrübənin inkişafı. Rəng, forma, ölçü, mə­kan anlayışlarının inkişafı. Riyazi təsəvvürlərin inki­şafı. Hafizə üzərində iş. Sadə səbəb-nəticə əlaqələrini yaradılması. Ətraf aləm haqqında təsəvvürlərin inki­şafı. Sosiallaşma təcrübəsinin yaradılması. Ünsiyyət mədəniyytinin inkişafı.
Mövzu 11. Autizm sindromu: yaran­ma səbəbləri və təsnifatı
Autizmi yaradan amillər. Genetik amillər. Ana bət­nin­­də inkişafda yaranan problemlər. Farmo­koloji tə­sir­lər. Beynin funksiyalarının pozulması. Autizmin ti­polo­gi­yası. I tip. II tip. Yüksək funksiyalı autizm. As­perger sin­dromu. Erkən uşaqlığın autizmi (Kanner sin­dro­mu). Hiperleksiya. Mutizm. Atipik autizm. Qeyri-verbal öyrənmə qabi­liy­yətlərinin pozulması. Təfəkkürün və davranışın autizmi. Mərkəzləş­mə və duyğusal ça­tış­mazlıq sindromu. Reqressiv autizm tipləri. Xel­ler sindromu. Retta sindromu. Şi­zofrenik autizm

Mövzu 12. Autizmli uşaqların dav­ranışı, öyrənmə və sosi­allaşma çətinlikləri

Göz əlaqəsinin olmaması. Dərketmə çətinlikləri. Sen­sor siqnallara qarşı maraqsızlıq. İdrak proses­ləri­nin pozulması. Qavrama çətinlikləri. Verbal nitqin və jestikulyasiyanın pozuntuları. Sosiallaşmanın pozul­ması. Dezadaptasiya. Sizial mühitə uyğunlaşa bilmə­mək. Məkan dəyişmələrinə dözümsüzlük. Davra­nışın pozulması. Ünsiyyətin pozulması. Emosional sahənin pozulması. Narahatlıq, təşviş və həyacanlar. Vali­de­yn­lərlə empatik əlaqələrin pozulması. Valideynlərər qar­şı biganəlik. Ailədənkınar insanlarla ünsiyyətə kəs­kin reaksiyalar.


Mövzu 13. Autizmli uşaqların psi­xoloji-pedaqoji diaq­nos­ti­kası və korreksiyası
Autizmli uşaqlar haqqında məlumat anketi. Uşaq autizminin proyektiv test metodikası ilə təyini. Auti­zmli uşaqları müşahidə protokolları. Autizmin kliniki-psixoloji tədqiqi üzə an­ket - sor­ğu. Autizmli uşaqların inkişafının izlənilməsi.

Autizmin korreksiya və terapiyasının zəruriliyi. Auti­­zmli uşaqların inklüziv təhsilə inteqrasiyası. Sen­sor in­teqrasiya metodu. “Struktur təlimi” proqramı. Dav­ra­nışın funksional təhlili. Əsas reaksiyalara alışdırma. Təl­qinetmə, modelləşdirmə, təxirəsalma. Fiziki tapşı­rıqlar, bədən tərbiyəsi və idman. Söndürmə texnikası. Reaksiyaların dayandırılması, istiqamətin dəyişdiril­mə­­si. Valideynlərlə birgə təbii şəraitə müdaxilə. Rəğ­­bətləndirmə və həvəsləndirmə yolu ilə davranışın mo­difikasiyası. Ünsiyyət və kommunikasiya bacarıqla­rı­nın yaradılması. Alternativ ünsiyyət. Təsvirlərin də­yiş­­dirilməsinin kommunikasiya sistemi (PECS-əlaqə sis­temi). Sosial hadisələrin izahı: öz mülahizələrinə görə hərəkətetmə. Sosial bacarıqlar və funksional kommu­nikasiya treninqi. Yaşıdların iştirakı ilə müdaxilə və təlimatlandırma. Texnologiyanın köməyi ilə müdaxilə və vodeomodelləşdirmə. Vizual yardım. ABA-terapiya.
Mövzu 14. Epilepsiyalı uşaqların psixoloji xüsusiyyətləri, korreksiyası və terapiyası
Epilepsiyanın kliniki təbiəti. Epilepsiya ocaq­ları. Epilepsiyanın səbəbləri. Be­yin silkələnməsi. Beyin to­xu­malarının soyuqlaması, Anadangəlmə doğum trav­ması. Yüksən arterial təzyiq. Boyun ostraxandrozu. Orqanların xəstəliyi.

Epilepsiyalı uşaqların psixoloji xüsusiyyətləri. Epi­­­lep­tik tutmaların əlamətləri. Simptomatik tutmalar. İd­opatik tutmalar. Fokal epilepsiya. Temporal epilep­si­ya. Tonik qıcolmalar. Meylli qıcolmalar. Qasid tut­ma­lar. Xırda tutmalar. Epileptik yuxu. Epileptik tutmaalr zamanı ilk yardım. Epileptik tutmaları olan şəxslər üçün yaradılan sosial şərait.

Epilepsiyalı uşaqların emosional sahəsinin kor­rek­siyası və terapiyası. Rənglərlə təsir. Art-terapiya üsul­ları. Müsiqi terapiyası. Oyun terapiyası.


Mövzu 15. Surdopsixologiya: lal-kar, ağıreşidən uşaqla­rın psixoloji xüsusiy­yətləri və korreksiyası.
Lal-kar və ağıreşidən uşaqların psixoloji xüsusiy­yət­ləri. Ətraf aləmdə səmtləşmə. Görmə reseptor­ları­nın fəallığı. Bədənin koordi­nasi­ya sistemi­nin fərqli cə­hətləri. İdrak proseslərinin xü­su­­siyyətləri. Jestikul­ya­siya mimik-dil.

Lal-kar və ağıreşidən uşaqların təhsili. Surdope­da­qogikanın yaranma tarixi. Lal-kar və ağıreşidən uşaq­larla işləyən mü­tə­xəs­sislər. Sur­do­pe­daqoqlar. Jestlərin və bədənin dili. Jetlərlə “söh­bət”. Bar­maq­ların əlifbası.

Lal-kar və ağıreşidən uşaqların maraq göstər­dik­lə­ri sahələr. Lal-kar və ağıreşidən uşaqlarla korreksiya və terapiya işinin istiqamətləri.
Mövzu 16. Tiflopsixologiya: kor, zəifgörən uşaqların psi­xo­loji xüsusiyyətləri və korreksiyası.
Kor, zəifgörən uşaqların psi­xo­loji xüsusiyyətləri. Dərketmə sahəsi. Hiss və duyğularla dərketmə. Emo­sional aləmin fərqli cəhətləri.

Kor, zəifgörən uşaqların təhsili. Brayl əlifbası. Tak­til duyğuların fəallığı. Kor, zəifgörən uşaqların tak­til qa­biliyyətləri. Kor, zəifgörən uşaqların maraqları.
Mövzu 17. Serebral iflic (DSP) ke­çir­miş uşaqların psixo­loji xüsusiyyətləri və korreksiyası
Serebral iflic baş-beynin xəstəliyi kimi. Serebral if­lic keçirmiş uşaqların kliniki əlamətləri. Serebral if­lic nəticəsində bayin mərkəzlərində baş verən zədə­lən­­mələr. Dayaq-hərəkət pozuntuları. Dərketmə po­zun­tuları. Nitq pozuntuları.

Serebral iflic keçirmiş uşaqların psixoloji xü­su­siy­yətləri. Qabiliyyətlər və maraqlar. Ünsiyyət tərzi.

DSP-li uşaqların təhsili. Müasir texnologiyaalrla təlim. DSP-li uşaqların inklüziv təhsilə cəlb edilməsi. DSP-li uşaqlarla korreksiya işinin əsas istiqamətləri. Ki­çik və böyük motor sahənin inkişafı. Emosional-iradi sahənin inkişafı.
Mövzu 18. İnklüziv təhsildə uşaq­lar­la

işin xüsu­siyyətləri
İnklüziv təhsilə cəlb olunmuş uşaqların təsnifatı. İnklüziv təhsilə cəlb olunmuş uşaqların təhsilalma im­kanları. İnklüziv təhsilə cəlb olunmuş uşaqlarla işlə­yən mütəxəsislər. İnklüziv təhsilə cəlb olunmuş uşaq­lar üçün təhsil müəssisələrində yaradılmış şərait.

İnklüziv təhsilə cəlb olunmuş uşaqlar üçün dərslik və dərs vəsaitlərindən istifadə. İnklüziv təhsilə cəlb olunmuş uşaqların proqram materiallarını mənim­sə­məsi üçün mütəxəssisin fərdi yanaşması.



İnklüziv təhsilə cəlb olunmuş uşaqların sosial re­a­bilitasiyası. Sosiallaşma. Uyğunlaşma. Qarşılıqlı mü­na­­sibətlərin tənzimlənməsi.
Mövzu 19. Xüsusi təhsildə uşaq­lar­la

işin xüsu­siyyətləri
Xüsusi təhsilə cəlb olunmuş uşaqların təsnifatı. Xü­susi təhsilə cəlb olunmuş uşaqların təhsili və tər­biyəsi. Xüsusi təhsil müəssisələrində didaktik sistem. Xüsusi təhsil müəssisələrinə cəlb olunmuş uşaqlar üçün təhsil proqramları, dərslik və vəsaitlər. Xüsusi təhsilə cəlb olunmuş uşaqlar üçün resurslardan istifadə.


Mövzu 20. İnklüziv və xüsusi təh­silə cəlb edilmiş uşaq­ların valideynləri ilə apa­rılan işin istiqamətləri
Valideynlərin maarifləndirilməsi. Valideynlərlə iş me­tod­ları. Valideynlərlə iş formaları. Valideynlərlə kor­rek­siya işinin təşkili. Valideynlərə məsləhətlər. Va­lideynlərin elmi-metoik ədəbiyyatlarla tanış edil­məsi. Valideynlərlə konsiliumların təşkili.
İstifadə edilmiş ədəbiyyat:



Yüklə 142,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin