– buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat
tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm
– buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi
gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir
xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və
Böyük olan
Allah
Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin
olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim»
deyəcəkdir.
Allah
ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü
istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (
Allah
a ibadət etməkdən) imtina
etdin və şirkdən uzaq olmadın».
Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun
ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil
edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə
cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə
soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç
50
kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki,
Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır.
Allah
oranı
yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər
məsafə vardır.
Allah
dan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun
üzərində
Allah
ın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir.
Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».
Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar.
«Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış
Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə
geniş olub,
Allah
a və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq
üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu
Allah
ın dilədiyi kimsəyə əta etdiyi lütf,
mərhəmətdir.
Allah
çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).
Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri,
Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların
olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali
İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin
çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin
çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti
vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs
almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca
Allah
a
şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə
nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən
soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra
səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə
Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan
Allah
a and olsun ki, mənim
gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey
Allah
ın
Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına
qonan bir quşdur. Ta ki, Uca
Allah
qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə
qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm –
buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd!
Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora
dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi,
Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil
Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».
Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar.
Allah
Cənnəti
və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri
də O, yaratmışdır. Cənnət ehli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə
Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli
Allah
ın lütfü ilə Cənnətə, Cəhənnəm
əhli isə
Allah
ın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslami) ilk əvvəl qəbul edib (başqalarını bu işdə)
qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə
gəldikdə,
Allah
onlardan, onlar da
Allah
dan razıdırlar.
Allah
onlar üçün əbədi qalacaqlar, altından
çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt
olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca
Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar
51
oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbəttə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad
54) və s. ayələr- də
Allah
həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi
olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada
ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).
Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki,
Allah
bağışlayan və onlara
Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə
Allah
üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu
Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki,
Allah
kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir
hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu
gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları
yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı
yüngülləşdirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s.
ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.
ŞƏFAƏT
Şəfaət - vasitə hər hansı bir şeyi tələb etmək deməkdir. İstilahi mənası isə kimin üçünsə xeyr
diləmək, şərr və əzabdan uzaq etmək deməkdir.
Allah
Qurani-Kərimdə bir çox ayələrdə şəfaətin
yalnız ona məxsus olduğunu və heç kimsənin bu işdə hər hansı bir payı olmadığını bizə bildirir.
«Yoxsa onlar (müşriklər)
Allah
dan qetrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) de ki: «Onlar
heç bire şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda şəfaətmi edəcəklər?». De ki:
«Bütün şəfaət yalnız
Allah
a məxsusdur. Göylərin və yerin hökmü onun əlindədir. Sonra siz onun
hüzuruna qaytarılacaqsınız». (əz-Zumər 43-44).
Nə zaman olacağına gəlincə, Uca
Allah
bizə şəfaətin ancaq izni ilə olacağına xəbər vermişdi.
«
Allah
ın izni olmadan onun yanında kim şəfaət edə bilər». (əl-Bəqərə 255). Onun izni olmadan heç
bir şəfaət edən ola bilməz». (Yunus 3). «Axirət də, dünya da ancaq
Allah
ındır. Göylərdə neçə-neçə
mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq
Allah
öz istədiyi və razı olduğu
kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verər)». (ən-Nəcm 25-26). «Onun hüzurunda izn
verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz». (Səba 23).
Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca
Allah
bizlərə şəfaətin ancaq onun izn verməsindən
sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu xüsusda ancaq onun sevdiyi kimsələrin şəfaət
edəcəyini də xəbər vermişdir. «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn
verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38).
«
Allah
dan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar».
(Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Hər bir peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu
duasını etmişdir. Lakin mən duanı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq
ümmətimdən
Allah
a heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəalllah bu şəfaətə nail
olacaqlar».
Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca
Allah
bizlərə ancaq
Allah
ın razı olduğu kimsələr üçün
şəfaət ediləcəyini də xəbər vermişdir. «
Allah
onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar
yalnız
Allah
ın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». (əl-
Ənbiya 28). «O gün izn verdiyi və söz danışmağa razı olduğu kəslərdən başqa heç kimin şəfaəti
fayda verməz». (Ta ha 109).
Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız
Allah
ın söz və əməlindən razı olduğu kimsələrə
izn verdikdən sonra və
Allah
ın razı olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə
müşriklərin (yəni
Allah
dan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında inandıqları şirk
52
olan şəfaətdir. Çünki onlara görə
Allah
ın izni və rizası olmadan onların bütləri onlara şəfaət
edəcəklər.
Allah
bu cür şəfaət istəyənlər haqqında buyurur: «Onlar
Allah
ı qoyub özlərinə nə bir
xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar
Allah
yanında bizdən ötrü şəfaət
edənlərdir» deyirlər. De ki: «
Allah
a göylərdə və yerdə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər
verirsiniz?
Allah
özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18). «Çünki biz sizi (siz
bütləri) aləmlərion Rəbbi ilə bərabər tutduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət
edən kimsələrmiz, nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik,
möminlərdən olaydıq». (əs-Şuəra 98-102). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi,
udquna belə bilməyəcəkləri yaxın günlə (qiyamət günü ilə) qorxut. (O, gün) zalimlərin nə bir dostu,
nə də bir şəfaətçisi olar». (əl-Mumin 18). «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz». (əl-
Muddəssir 48). «Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən
(gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və
(
Allah
ın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz». (əl-Bəqərə
123). «Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar et. Onların
Allah
dan
başqa heç bir hamisi və həvadarı yoxdur. Bəlkə də onlar pis əməllərdən çəkinsinlər». (əl-Ənam 51).
«(
Allah
a qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz
şəriklərini inkar edəcəklər». (ər-Rum 13).
Allah
ın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən peyğəmbər
də olsa belə ondan qəbul olunmaz.
Allah
Qurani-Kərimdə üç peyğəmbəri xatırladaraq buyurur ki,
onların şəfaəti, şəfaət etdikləri insanlara heç bir fayda verməmişdir.
Allah
onların şəfaətini qəbul
etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə (dua ilə) müraciət edib
dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən
hakimlərin hakimisən».
Allah
buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş
görmüşdür. (Və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir
şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına:
«Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni
Allah
dan
(
Allah
ın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur) deməsi istisnadır». (əl-
Mumtəhinə 4). Peyğəmbər – sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi üçün
Allah
dan bağışlanma dilədikdə
Allah
ona bu əməli qadağan edərək buyurdu: «Müşriklərin
Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə,
Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).
Belə ki,
Allah
yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir.
1) Şəfaət edəndən
Allah
ın razı olması.
2) Şəfaət olunandan
Allah
ın razı olması.
3)
Allah
ın şəfaət edənə şəfaət etmək üçün izn verməsi. Bu üç şərtsiz şəfaət edən istər
mələk olsa, istər peyğəmbər olsa belə, şəfaəti qəbul olunmayacaqdır.
Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü vardır.
1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə
məxsusdur.
Allah
ın ona vəd etmiş olduğu Məqami-Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni
(qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət
məqamına) göndərsin». (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun
dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə
Allah
on dəfə
rəhmət deyər. Bundan sonra
Allah
dan əmim üçün vəsiləni istəyin.
Allah
onu istədiyi qullarından
birinə verəcəkdir və mən ümid edirəm ki, o mənəm. Mənim üçün
Allah
dan bunu istəyəcək olana
Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar». Cabir b. Abdullah – radıyallahu anhu
– rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim şəfaətim vacib olar o,
adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan
Allah
ım
Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt».
53
2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cənnətliklərin cənnətə girməsi üçün şəfaət
edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış olmaqla birlikdə, ancaq onun şəfaətindən
sonra Cənnətə girmələri üçün onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir
ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça
ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah – sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox
xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən qiyamət günü
bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada gəlib-getmiş nə qədər insanlar
varsa bunların hamısını
Allah
qiyamət günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş
bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər xalqını bir
baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq insanları qəm-qüssə bürüyür. Dəhşətli və
ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalır. İnsanların bir qismi digərinə: «Bizim
başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza
Allah
yanında şəfaət edəcək
birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – əleyhissəlam – ın yanına gedək?»
deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan.
Allah
səni əli ilə yaratdı
və öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim
üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn
bu müsibəti görmürsən?» deyəcəklər. Adəm – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk
qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə qəzəb etmişdir, nə də bundan sonra belə
bir qəzəb edəcəkdir.
Allah
bu ağacdan yeməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum
(artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən
başqa bir şəfaətçiyə gedin. Nuh –əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Nuhun yanına
gələrək: «Ey Nuh! Sən
Allah
ın insanlara göndərdiyi ilk rəsulsan.
Allah
səni (Quranda) «Çox şükr
edən qul». (əl-İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh – əleyhissəlam
– da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O dərəcədə ki, nə bundan qabaq belə bir
qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya
həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə
etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz
məndən başqa bir şəfaətçiyə gedin. İbrahim – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar
İbrahim – əleyhissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə
Allah
ın peyğəmbəri və
Allah
ın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən?
Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim - əleyhissəlam - da: «Şübhəsiz ki,
Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə
də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam (artıq
sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir
şəfaətçiyə gedin. Musa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın
yanına gələrək: «Ey Musa! Sən
Allah
ın peyğəmbərisən.
Allah
sənə risalətini verməklə və səninlə
vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən
bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa –
əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan
qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə)
Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm (artıq sizə şəfaət edə bilmərəm,
indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa –
əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələrək: «Ey İsa! Sən
Allah
ın rəsulu,
Allah
ın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla
danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza
gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün
bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan
sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə
54
bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçi yə
gedin. Məhəmməd – sallallahu aleyhi və səlləm – in yanına» deyəcəkdir. Nəhayət onlar mənim
yanıma gələrək: «Ey Məhəmməd! Sən
Allah
ın rəsulu və peyğəmbərlərin sonuncususan.
Allah
sənin
keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra
mən həmin Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanıram. Sonra səcdədə
Allah
a
edilən həmd-sənadan sonra (
Allah
) məndən əvvəl heç bir peyğəmbərə deyilməyən təriflər deyər:
«Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İtə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul
edilir!» buyurur. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət
edərəm. Bundan sonra: «Ya Məhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin
qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan
Dostları ilə paylaş: |