Xviii əsrin birinci yarısında İngiltərənin siyasi və sosial-iqtisadi inkişafı



Yüklə 38,84 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü38,84 Kb.
#39023
1   2   3
ingitere XVİİİ esrde

Sənaye çevrilişinin başlanması. XVIII əsr sənayesində də əhəmiyyətli dəyişikliklər baş verdi.Kiçik ölçülü məhsul istehsalı öz yerini manufakturaya verməyə başladı.Manufakturanın inkişafına olan ehtiyac mexanika sahəsində bir sıra ixtiralara gətirib çıxardı.Bu ixtiralar XIX əsr İngiltərə sənayesinin simasını tamamilə dəyişdirdi.Hələ 1733-cü ildə ipin ayrılmasını sürətləndirdən dəzgah kəşf olundu.1738-ci ildə insan əlinin iştirakı olmadan ip əyirən dəzgah kəşf olundu.1768-ci ildə C.Harqrivs mexaniki “Cenni” dəzgahını ixtira etdi.1771-ci ildə R.Arkrayt ilk iptoxuyan fabrika açdı:buradakı maşınlar su çarxının vasitəsilə hərəkətə gətirilirdi.1780-cı ildə İngiltərədə 20, 10 ildən sonrasa artıq 150 belə fabrika var idi.

Sənayenin başqa sahələri də əhəmiyyətli dəyişikliyə uğradı.1765-ci ildə Ceyms Uatt buxar maşının ixtira etdi,1771-ci ildəsə onu daha da təkmilləşdirdi.Buxar maşının ixtirası fabrika quruculuğunda əhəmiyyətli dəyişikliyə səbəb oldu.Buxar maşını sənaye istehsalının çayların enerjisindən asılılığını ləğv etdi və fabriklərin hər yerdə yayılmasına təkan verdi.Buxar maşının işləməsi üçün kömür lazım idi:bunun sayəsində kömür sənayesi sürətlə inkişaf etməyə başladı.Metala olan ehtiyac dəmirini əridilməsinin yeni üsullarının meydana gəlməsinə səbəb oldu.Bu da öz növbəsində metallurgiyanın təkmilləşməsinə gətirib çıxardı.Bu dövrdən başlayaraq metallurgiyada da ağac yox, kömürdən istifadə edilməyə başladı.

Sənayenin inkişafı Mançester, Birmingem kimi yeni şəhərlərin yaranmasına səbəb oldu, yollar və nəqliyyat inkişaf etdi, ölkənin ayrı-ayrı rayonları arasında əlaqələr möhkəmləndi.Bu proses fabriklərdə, maşın arxasında işlə məşğul olan yeni sinif-proletariatın yaranmasına səbəb oldu.Bu fabriklərdəki işçi orta əsr sənətkarı və manufaktura işçisindən çox fərqlənirdi.Fabrik işçisi elə bil ki, mexanizmin canlı əlavəsi idi.Fabriklərdəki əmək ağır və yekcins idi, o gündə 14-18 saat davam edirdi.Əmək haqqı aşağı idi-fabriklərdə işləyən çoxsaylı qadın və uşaqlar kişilərdən də az əməkhaqqı verirdilər.Hökumət qanunları işçilər arasında sərt intizam tətbiq edərək, onları ən kiçik səhvə görə belə ağır əczalandırırdı.Yeni maşınların ixtirası işdən qovulmalarla müşaiyət olunurdu.Bu da öz növbəsində işçilərin narazılığına səbəb olurdu.Bu etirazın ən primitiv forması öz ifadəsini maşınların, əmək alətlərinin işçilər tərəfindən qırılmasında tapılırdı.1769-cu ildə parlament maşın qıranları ölümə məhkum etmək haqqqında xüsusi qanun verdi.Amma luddçular adlanan bu hərəkat sonradan da davam etdi.Luddçu adının onlar guya ki, birinci dəfə mexanizmi qırmış əfsanəvi Ned Luddun şərəfinə götürmüşdülər.XVIII əsrin ikinci yarısında tətil hərəkatı da formalaşmağa başladı.Pərakəndə halda olan, amansız təzyiqə məruz qalan işçilər tədricən birləşir və öz hüquqları uğrunda, əmək haqqının azaldılmasına qarşı, əmək şəraitinin yaxşılaşdırılması uğrunda mübarizəyə başladılar.

Sənayenin inkişafı ilə əlaqədar olaraq başqa bir sinif də böyüyür və öz təsirini artırmaqda davam edirdi.Bu sinif sənaye burjuaziyası idi.O, bir sıra aristokratik ailələrinin siyasi inhisarına qarşı çıxış etməyə başladı.Viqlər və torilər partiyasına siyasi islahatlar uğrunda mübarizə aparan bir qrup radikal da qoşuldu.Hakim dairələrinin böhranının əsas göstəricisi xalq tərəfindən dəstəklənən parlament üzvü Uilksin çıxışı və “Yuniusun məktubu” adlı siyasi pamfletlərin böyük tirajla yayılması oldu.

Fəhlə hərəkatı və burjuaziyanın siyasi müxalifəti ilə yanaşı Amerika inqilabı da (1773-1775) yetişirdi.Şimali Amerikanın ingilis müstəmləkələri metropoliyanın asılılığından azad olmaq uğrunda mübarizəyə başladılar.İngilislərə qarşı irlandların müqavimət hərəkatı da güclənirdi.1783-cü ilə İngiltərə sülh müqaviləsi bağladı və Amerikadakı 13 müstəmləkənin müstəqilliyini tanıdı.Amma Kanada və Hindistanda İngiltərənin hakim mövqeyi qorunub saxlanıldı.Sonuncu İngiltərənin metropoliyalaran götürdüyü əsas gəlir mənbəyi oldu.


Yüklə 38,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin