İngiltərə maarifçiliyi.
XVIII əsrdə əsasını inqilab dövrü filosofu olan Con Lokkun qoyduğu İmgiltərə intibahı özünün çiçəklənmə dövrünə qədəm qoydu.İntellektual hərəkat kimi İngiltərə üçün təbii insan ideyası xarakterikdir.Lokkda bu proses harmoniya, insan isə mükəmməl varlıq şəklində çıxış edir.Burada şəxsiyyətin hüquq və azadlıqları, mülkiyyət hüququ, demokratik azadlıqlar və s.təbliğ olunur.Lokk, C.Toland, D.Bollinqbrok və başqa ensiklopedik təhsil görüş adamlar şəxsiyyət azadlığı haqqında fikir yürüdür və xalqın suveriniteti və siyasi həyatda iştirak etmək hüququnun olduğunu qeyd edirdilər.
Fəlsəfədə insanın bütün bilik v ətəsəvvürlərini hissi təcrübəylə əsaslanıdran sensualizm möhkəmlənməyə başlayır.Sensualizmin banisi Dekartın “anadəngəlmə ideyaları”nı rədd edən Con Lokk olmuşdur.C.Berkli sensualizm məsələsində daha da uzağa gedərək qeyd edirdi ki, real dünya ancaq insanların qəbul edə biləcəyi qədərdir.Başqa filosof-idealist D.Yum sensualizmin əsasında dünyanın dərk oluna biləcəyi haqqında fikirlərə qarşı çıxırdı.Deizm və materializmə yaxın olan təlimlər də inkişaf etməkdə idi (C.Toland, C.Pristli, E.C.Kollinz, D.Hartli).
İqtisadi artımın ehtiyacları müvafiq iqtisadi təlimlərin də yaranmasına təkan verdi.Bu təlimin ən görkəmli nümayəndəsi Adam Smit hesab olunur.O, dövlətin iqtisadi cəhətdən varlanma nəzəriyyəsini inkişaf elətdirir, rəqabət azadlığını müdafiə edir və dəyər təlimini əsaslandırırdı.Əsasən radikal-demokratik istiqamətli yeni siyasi təlimlər də yaranmaqda davam edirdi.Onun yaradıcıları T.Men, C.Pristli, U.Hodvin idilər.Özünün utopik layihələrində T.Spens sosial-iqtisadi quruluşunun təzələnməsini təklif edirdi.
Tarix və ədəbiyyat da özünün növbəti addımlarını artmaqda idi.Dyum və Hyubbon iri tarixi əsərlər yaratdılar.Ədəbiyyatda roman aparıcı janra çevrildi.”Robinzon Kruzo”nun ardınca S.Riçardsonun, Q.Fildinqin, T.Smolletin romanları tanınmağa başladı.İngiltərə dünyaya C.Svift və L.Stern kimi orijinal və görkəmli yazıçı-satiriklər verdi.Əsrin sonunda O.Qoldsmit və L.Stoun ilə təmsil olunan yeni ədəbi istiqamət-sentimentalizm inkişaf etməyə başladı.Rəssamlıq da yüksək inkişaf nöqtəsinə çatdı:XVIII əsrdə U.Haqort, Ç.Reynolds, T.Heynsboro kimi rəssamlar yaşayıb yaratmışlar.
İngiltərə XIX əsrə iqtisadi cəhətdən ən inkişaf etmiş, formalaşmış ictimai münasibətlər—torpaq sahibləri ,sənaye, ticarət və maliyyə, burjuaziya, fəhlə sinfi, yüksək və çoxtərəfli mədəniyyətə sahib olan qüdrətli müstəmləkə dövləti kimi daxil oldu.
Dostları ilə paylaş: |