Riy.güc. XII. 8. Şagird göstəriciləri məsələni həll etmək üçün əlverişli formada təqdim edə və interpretasiya edə
bilər.
Riy.güc.XII.9. Şagird məsələni həll etmək üçün göstəriciləri əlverişli formada təqdim edə və interpretasiya edə
bilər.
Riy.güc.XII.10.Şagird təsadüfiliyi ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.
Riy.güc.XII.11. Şagird kəmiyyətləri analiz edə və nəticələrə nail ola bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: ədədlər və əməllər
Riy.güc.1. Şagird müxtəlif ədədi çoxluqları, ədədlərin ifadəsinin müxtəlif formaları və ədədlər üzərində əməllərin bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir:
Ədədi çoxluqların genişlənməsi prinsipləri barədə fikir ifadə edir ( natural ədədlərçoxluğu tam ədədlər çoxluğu rasional ədədlər çoxluğu həqiqi ədədlər çoxluğu kompleks ədədlər çoxluğu );
Kompleks ədədlərin təsvirinin müxtəlif formalarını bir-biri ilə əlaqələndirir və istifadə edir;
Müxtəlif formada verilmiş kompleks ədədlər üzərində əməlləri yerinə yetirir və ifadə formasına əsasən interpretasiyasını həyata keçirir (məsələn, qüvvətə yüksəltmənin həndəsi interpretasiyası, birləşmənin həndəsi interpretasiyası ).