Riy.XI.4. Şagird praktiki işdən irəli gələn problemləri həll edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Ədədin qüvvəti və loqarifmdən, qüvvət və loqarifmin xassələrindən praktiki məşğuliyyət və ya elmi müxtəlif sahələrindən irəli gələn məsələlərin həlli zamanı istifadə edə bilər (məsələn, biologiya və fizikada entrofiya, radioaktiv parçalanma və tarixləndirmə metodları);
-
Ölçünün dəyişmə sürətini təsvir etmək üçün müvafiq vahidləri müəyyənləşdirir və istifadə edir.
İstiqamət: Qanunauyğunluqlar və cəbr
Riy.XI.5. Şagird funksiyaları və onların xassələrini real vəziyyətin modelləşdirilməsi üçün istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Funksiyalardan (triqonometrik, xətti, pilləvari, üstlü, loqarifmik) və onların xassələrindən real prosesləri modelləşdirərkən istifadə edir;
-
Bu funksiyada təsvir olunan real proses/vəziyyət kontekstində funksiyanın sıfırlarını, funksiyanın maksimum/minimumunu interpretasiya edir;
-
Müstəvidə xətti diaqramlar metodundan optimallaşma problemlərini (məsələn, məhdud resursların effektiv istifadəsi məsələlərində) həll edərkən istifadə edir.
Riy.XI.6. Şagird funksiya/funksiyalar ailəsinin xassələrini öyrənmək üçün qrafiki cəbri metodlardan və texnologiyalardan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Funksiya qrafikinin həndəsi əlamətlərindən (məsələn, koordinat oxunun paralel xəttə nisbətən simmetrikliyi, koordinat başlanğıcına nisbətən mərkəzi simmetriklik, paralel köçürməyə nisbətən invariantlıq) funksiyanın xassələrini müəyyənləşdirmək üçün istifadə edir;
-
Uyğun qrafiki, cəbri metodlardan və ya texnologiyalardan (triqonometrik, xətti, pilləvarı, üstlü, loqarifmik) funksiyanın aşağıdakı xassələrini müəyyənləşdirmək üçün istifadə edir: artma/azalma, qiymətlər çoxluğu, dövrilik/dövr, köklər, ekstremumlar;
-
Funksiyanın parametrlərinin dəyişməsinin funksiyanın qrafikinə hansı təsir göstərdiyini təsvir edirsə.
Riy.XI.7. Şagird problemin modelləşdirilməsi və həll etmək üçün diskretiv riyaziyyat anlayışı və aparatından istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Elə strukturları sadalayır (məsələn, ardıcıllıqlar, təsvirlər; o cümlədən) hansıların ki, təsviri zamanı rekkurent qaydadan istifadə mümkünüdür; belə strukturu təsvir etmək üçün rekkurent qaydadan istifadə edir;
-
Qaydaların isbatı üçün müvafiq hallarda, riyazi induksiyadan istifadə edirsə (o cümlədən cəbri/həndəsi silsilə ilə bağlı bəzi düsturları almaq üçün);
-
Variantları saymaq, planın/cədvəli qurmaq üçün, optimallaşmanın diskretiv məsələlərini həll etmək üçün ağacvarı diaqram və qrafalardan istifadə edir.
Dostları ilə paylaş: |