Riy.güc.X.4. Şagird funksiyaları və onların xassələrini real vəziyyətin modelləşdirilməsi üçün istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Funksiyalardan və onların xassələrindən real prosesləri modelləşdirərkən istifadə edir;
Bu funksiyada təsvir olunan real proses/vəziyyət kontekstində funksiyanın sıfırlarını, funksiyanın maksimum/minimumunu interpretasiya edir;
Müstəvidə xətti optimallaşma metodlarından real vəziyyətlə bağlı məsələlərdə (məsələn, məhdud resursların effektiv istifadəsi məsələlərində) xətti funksiyanın maksimum/minimumunu axtararkən istifadə edir.