Kombinatorikanın elementləri.
Köçürmə, toplama və yerləşdirmənin kəmiyyətlərinin hesablanması düsturları . Binomial əmsalların xassələri, Paskal üçbucağı.
-
Fəzada nöqtə, xətt və müstəvi.
Kəsişən, paralel və kəsişməyən düz xətlər. Düz xətlərin paralellik əlamətləri. Kəsişməyən düz xətlər arasında məsafə, düz xətlə müstəvinin çarpazlaşması əlaməti. Düz xətlə müstəvinin paralellik əlaməti. Düz xətlə müstəvi arasındakı bucaq. İkiüzlü bucaq. İkiüzlü bucağın ölçüsü. Müstəvilər arşındakı bucaq. Müstəvilərin paralellik əlaməti. İki müstəvinin kəsişməsi əlaməti.
Perpendikulyar və mail. Nöqtədən müstəviyədək olan məsafə. Üç perpendikulyar teoremi. Müstəvidə paralel proyeksiya. Müstəvi fiqurunun sahəsi ilə bu fiqurun müstəvidə proyeksiyasının sahəsi arasında əlaqə;
-
Çoxüzlü.
Təpə, til, üz. Onların miqdarları arasında əlaqə (Eyler teoremi). Düzgün çoxüzlülər (platonik cisimlər);
-
Prizma.
Prizmanın oturacağı, yan səthi, yan tili, hündürlüyü, diaqonalı.
Prizmanın xüsusi növləri (düz prizma, düzgün prizma, düz paralelepiped, düzbucaqlı paralelepiped, kub);
-
Piramida.
Piramidanın təpə nöqtəsi, yan tili, oturacağı, yan üzü, hündürlüyü. Düzgün piramida. Apofem. Kəsik piramida;
-
Kubun, düzbucaqlı paralelepipedin, düz prizmanın, piramidanın, silindrin və konusun hissələri və kəsikləri.
Cismin onun hissələri əsasında bərpası. Fəza fiqurunun kəsiklərinin qurulması.
-
Dostları ilə paylaş: |