Xxi əsrin əvvəlində Rusiyanın xarici siyasəti Tərkib Giriş I fəsil


II Fəsil. XXI əsrin əvvəlində Rusiyanın Qafqaz və Orta Asiya siyasəti II.1. Rusiyanın Qafqaz və Orta Asiyaya qayıtması



Yüklə 99,45 Kb.
səhifə4/6
tarix11.05.2023
ölçüsü99,45 Kb.
#111048
1   2   3   4   5   6
Rusiyanin XXI srd xarici siyasti

II Fəsil. XXI əsrin əvvəlində Rusiyanın Qafqaz və Orta Asiya siyasəti
II.1. Rusiyanın Qafqaz və Orta Asiyaya qayıtması
XVI əsrin II yarısından etibarən, ruslar ekspansionist siyasət çərçivəsində diqqətlərini Orta Asiyaya yönəltdilər. Keçmişdə bu istiqamətdən güclü dağıdıcı hərbi yürüşlərə şahid olmuş Rusiya bir daha bunun təkrarlanmaması üçün sərhədlərini bu regionun içinə qədər genişləndirməyi düşünmüşdü. Qazaqıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistandan ibarət bu ərazi Rusiya üçün həmişə strateji əhəmiyyət kəsb edib. Güney sərhədlərinin təhlükəsizliyini təmin etmək, ticarət yollarını nəzarətdə saxlamaq və başda İngiltərə olmaqla digər gücləri regiondan kənarda saxlamaq Çar Rusiyasının bu bölgəyə yönəlik siyasətinin təməlini təşkil edirdi. XVII əsrin əvvəllərində bölgəyə “ekspedisiya” adı altında hərbi yürüşlər təşkil edən ruslar, buranı tamamilə yalnız 250 ildən sonra, XIX əsrin II yarısında ələ keçirə bildilər. Bundan sonra təqribən 150 ilə yaxın Rusiya burada fasiləsiz hakimiyyətdə oldu və yalnız SSRİ-nin parçalanması ilə, 1990-cı illərin sonunda bölgədəki ölkələr müstəqilliklərinə qovuşa bildilər. Lakin, Sovetlərin çöküşü ilə yaranan böhranın ağrıları hələ 20 il də tarixən Türküstan adlanan bu bölgə yaşamalı oldu. Qazaqıstanın Rusiya ilə 7200 km uzanan sərhəddə malik olması və müstəqilliyinin qazandığı ilk illərdə Qazaxıstanın əhalisinin 40 %-ni rusların təşkil etməsi, istər-istəməz Orta Asiyanın bu ən böyük və ən zəngin ölkəsini Rusiyaya qarşı daha diqqətli siyasət yürütməsinə səbəb olmuşdur. Digər tərəfdən, dövlət başçısı Nursultan Nazarbayev 1990-cı ildən sonra çox istiqamətli xarici siyasət izləməyə başlamış və Moskvaya "xüsusilik" tanımadan ABŞ, Çin, İran, Türkiyə kimi ölkələrə eyni məsafədə durmuşdur. Rusiyanın iqtisadi problemlərlə çarpışması, o zaman heç bir halda Qazaqıstana investisiya və yardım etməyə icazə vermədi. ABŞ, Çin və Türkiyə bu mənada bir üstünlük əldə etdilər. Rusiyanın kosmik bazası Baykonurun icarə xərclərini ödəyə bilməməsi16 2 ölkə arası münasibətlərdə bir müddət narahatlıq yaratsa da, bir neçə görüşdən sonra bu asanlıqla həll olundu. Lakin iki ölkənin geosiyasi mövqeləri və bir-birlərinə duyduqları ehtiyac, Yeltsin dönəmində yaşanan bəzi problemlərə rəğmən münasibətlərin korlanmasının qarşısını alaraq Vladimir Putin dövründə tam fərqli istiqamətdə davam etmişdir. Eyni dövrdə ABŞ və Çin şirkətləri bölgənin enerji resursları üzərində bir-birləri ilə yarışa girdilər. 11 sentyabr hadisələrindən sonra buranın önəmi ABŞ üçün də artdı, Qırğız Respublikası və Özbəkistanda rəsmi Vaşinqton silahların və hərbi ləvazimatların daşınması üçün 2 hərbi baza açıldı. Bölgədə ABŞ-ın hərbi aktivliyinin artması, NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq Rusiyada narahatlıq yaradırdı. Kreml qorxurdu ki, bu onun bölgədəki təsirini azaldar və NATO Orta Asiyaya qədər genişlənər. Rusiya tarixən bura imperial baxımdan yanaşaraq və Avropaya bu məqsədlərini guya barbar əhalisini mədəniləşdirmək, bura “sivilizasiya gətirmək” adı altında pərdələməyə çalışıb. Hal-hazırkı Neo-Avrasiyaçı ideoloji zəmində də “bölgə xalqlarının mədəni birliyinin qorunma missiyası”17 və Orta Asiyanın geosiyasi mövqeyi və enerji resurslarına nəzarət əsas yer təşkil edir. Yenidən supergüc olmaq iddiasında olan Rusiya üçün bu region çox vacibdir. Rusiya xarici siyasətində bu regionda dominantlıq sanki supergüc olmanın şərtlərindən biridir. Neft-qaz kimi enerji qaynaqları, strateji ticarət yolları üzərində yerləşməsi, Əfqanıstan kimi qaynar bölgə ilə qonşuluqda olması, Rusiya, İran, Türkiyə, Ərəb dünyası, Çin və Hindistan kimi ölkələrlə tarixi münasibətləri kimi faktorları nəzərə alsaq, bu bölgənin ABŞ, Avropa və Rusiya üçün önəmi anlaşılır və məhz bu səbəbdən də bura indi böyük bir geosiyasi mübarizə sahəsinə çevrilmişdir. Bütün bu məsələləri gözdən qaçırmayan Rusiya üçün də Orta Asiyanın əhəmiyyəti daha da artmış və nəticədə bu bölgəyə təsirini gücləndirməyə çalışmaqdadır. Rəqib güclərin bütün səylərinə baxmayaraq, Rusiya tarixi əlaqələr, qonşuluq və digər ünsürlərdən istifadə edərək, hələ də regionun əsas siyasi oyunçusu kimi qalmağı bacarmışdır. Yüzillərlə Rusiyanın tabeliyində olan bölgənin bu durumunu və Rusiya ilə yaxın münasibətlərini bu çərçivədə anlamaq çətin deyil, digər baxımdan kolonialist siyasətin nəticəsi olaraq, bölgədə kifayət qədər rus və rusdilli (ruslaşmış yerli əhali) əhali vardır. Xüsusən bu Qazaqıstan və Qırğız Respublikasında nəzərə çarpır. 28 il vaxt keçməsinə, bu istiqamətdə mühüm addımlar atılmasına baxmayaraq bu gün də Qazaq höküməti qazaq dilini hakim dil kimi qəbul etdirməkdə çətinlik çəkir, dövlət idarələrində belə rus dili ünsiyyət dili kimi hələ də işlədilir. Sadalanan ölkələrdə kifayət qədər rus və rusdilli əhalinin varlığı, SSRİ-dən qalma Rusiya hərbi bazalarının hələ də mövcudluğu bu ölkələrin beynəlxalq siyasətdə manevr etmə imkanlarını məhdudlaşdırır. ABŞ, Rusiya, Çin və Tükiyənin bu bölgə uğrunda güclü rəqabətinə baxmayaraq, İran, Hindistan və Avropa Birliyi üçün də Orta Asiya əhəmiyyətli regiondur.
Region ölkələrindən Qazaqıstan, Türkmənistan və Özbəkistanın genişmiqyaslı neft, qaz, qızıl və digər təbii ehtiyatları bu ölkələri daha cəlbedici edir. Qazaqıstanın zəngin neft yataqları, Türkmənistanın isə postsovet məkanında Rusiyadan sonra ən zəngin qaz yataqlarına malik olması təkcə Moskvanın deyil bütün dünyanın diqqət mərkəzindədir. Qırğız Respublikası isə dağlıq ərazi kimi strateji əhəmiyyətə malikdir. Okeandan uzaqda yerləşməsi və heç bir dənizə çıxışlarının olmaması bu bölgə üçün neft və qaz ixracı baxımdan çətinlik yaratdığından, indiyə qədər region ölkələri üçün yeganə marşrut xətti Rusiya vasitəsilə olub. Bundan yararlanan Moskva region dövlətlərindən təbii resursları bazardakından xeyli ucuz qiymətə alaraq, öz iqtisadiyyatına fayda verməklə yanaşı, regiona bu baxımdan zərər vurmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar Qazaqıstan və Türkmənistan yeni tranzit yolları axtarışında Xəzər vasitəsilə Azərbaycan, İrandan keçməklə Türkiyəyə və Əfqanıstandan keçməklə Pakistan və Hindistana neft və qaz idxalını nəzərdən keçirərək, bunlardan bəzilərini artıq reallaşdırıblar. Rusiya da enerji daşıyıcılarının nəqliyyatı baxımından üstünlüyünü saxlamağa çalışaraq, 2007-də Qazaqıstan və Türkmənistanla bu 2 ölkənin qaz kəmərlərini Rusiya mərkəzi qaz kəməri sisteminə birləşdirilməsi haqqında müqavilə imzalayıb. Çin də bu sahədə ciddi rəqabət aparaq 2005-ci ilə qədər Qazaqıstanın 2 neft yatağını işləmək haqqında müqailə imzalayıb, buradan Sinstyan Uyğur Muxtar Vilayətinə neft kəməri çəkilməsinə nail olub. 2009-də Türkmənistandan Çinə çəkilən qaz kəmərinin açılışı, sonradan isə Türkmənistan-Hindistan (TAPI) qaz kəməri ilə bu ölkə enerji resurslarının daşınma nəqliyyatında şaxələndirməyə nail olub. 2011-də Qazaqıstandan Özbəkistan vasitəsilə Çinə çəkilən Mərkəzi Asiya-Çin neft kəməri isə Orta Asiya ölkələri üçün enerji daşınması baxımdan Rusiyanın əhəmiyyətini azaldıb. Bütün bunlara baxmayaraq Rusiya və Çin heç vaxt bu bölgə üzərində təsir baxımından açıq qarşıdurmaya getməyiblər və bunun hər 2-si üçün ziyanlı bitəcəyini bilirlər.
Əfqanıstana hərbi müdaxilə ilə əlaqədar, Orta Asiya yaxınlığında ABŞ və ümumilikdə Qərbin hərbi varlığının güclənməsi, Özbəkistanda tranzit-karqo məqsədli ABŞ aviabazasının açılması Rusiyanın maraqlarını təhlükə qarşısında qoydu. Paralel olaraq, Moskva da Tacikistanda qoşunlarının sayını artırdı və uzun sürən danışıqlardan sonra Manas aviabazasının bağlanmasına nail oldu. Bundan başqa regionda ərazi mübahisələri, dini radikalizm məsələsi (Qazaqıstanla Qırğızıstan arasında və Özbəkistanla bağlı Fərqana vadisi məsələsi) də bir neçə dəfə qızışaraq, qonşu xalqlar arasında və həm də ölkə daxilində qarşıdurmaya gətirib çıxarıb. Rusiya bu fəaliyyətini bölgədə dindarlığın artması ilə dini radikalizmə şəraitin yaranması və buna qarşı mübarizə aparması ilə bağlayır. Bu da regionun xaotikliyini, qeyri-stabilliyini xarakterizə edən faktorlardandır və buraya çox diqqətli yanaşmanı tələb edir. Rusiyanın Orta Asiyaya yanaşmasında əsas prioritetlər bunlardır:

  • Digər aktorların regiondan hər cür fəaliyyətini məhdudlaşdırmaq və qarşılamaq

  • Regionda stabilliyi təmin etmək (Rusiyanın təhlükəsizliyi baxımından)

  • Bölgənin enerji resurslarına hədsiz çıxışı və onların ixracı yolları üzərində üstünlüyü əldə saxlamaq

  • Regionda hərbi mövcudluğu (bazalar və s.) saxlamaq

  • Xəzərin statusu məsələsində hakim mövqedə olmaq

  • Rusiyayönümlü liderləri dəstəkləmək

  • Region ölkələrini Rusiyanın yaratdığı təşkilatlara sövq etmək

  • Dil və mədəniyyət vasitəsilə bölgədə təsiri yaymaq və dərinləşdirmək

Regionun Rusiya qarşısında hərbi baxımdan zəifliyini təmin etmək məqsədilə, Rusiya Qazaqıstanda qalan son nüvə silahlarını da 1990-cı illərin sonlarında məhv etdi. Sadalananlardan da göründüyü kimi Rusiyanın Orta Asiyada əsas məqsədi bütün sahələrdə burada hegemon olmaq və digər gücləri mümkün qədər uzaqda saxlamaqdır. Rusiyanın bu regionda, eləcə də digər postsovet ölkələrində dominantlığını qoruyan digər səbəb isə müvafiq ölkələrin siyasi, iqtisadi və hərbi baxımdan Rusiyadan dəfələrlə zəif olması və bu dövlətlərin rəhbərlərinin Moskvaya öz rejimlərinin qarantı kimi yanaşmasıdır. Həmin rəhbərlər yaxşı başa düşürlər ki, Kremlin diktəsini yerinə yetirməsələr və digər böyük güclə yaxınlaşsalar, bu onların hakimiyyətinin sonu ola bilər. Rusiya yaratdığı çoxtərəfli ticari-iqtisadi, siyasi və hərbi müqavilələrlə bu ölkələri özünə bağlı durumda saxlaya bilir, MDB, Gömrük Birliyi kimi təşkilatlar da rəsmi Moskva üçün sadəcə təsirini regionda saxlamaq üçün bir alətdir. 1991-də SSRİ-nin dağılma ərəfəsində Rusiyanın qurduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə Orta Asiya və Qafqazda Rusiyanın hərbi baxımdan komandanlığını təmin edir. Özbəkistan bu təşkilatdan 1992-də çıxsa da 2006-da yenidən geri qayıtdı. Təşkilatın məqsədi postsovet regionunda təhlükəsizlik boşluğunu doldurmaqdır. 2000-ci ildə təşkilatın Terrorizmə qarşı Mübarizə Mərkəzi yaradılıb və Bişkekdə onun filialı açılıb. Digər sahələrdə olduğu kimi, Moskva hərbi sahədə də regionda monopoliyanı əldə saxlamaq niyyətindədir. Qərbdən NATO, Şərqdə isə Çinin güclü hərbi potensialı ilə qarşı-qarşıya qalan Rusiya Güney regionunu bu baxımdan tabeliyində saxlamaqda qərarlıdır. Güclü təzyiqlər və yaratdığı konfliktlər nəticəsində Rusiya bölgədə hərbi varlığını daha da artırıb, vətəndaş müharibəsinin bitdiyi 1997-ci ildən etibarən Tacikistan sərhədlərini rus patrulları qoruyur, bu ölkədə həmçinin Nurk kosmik radar stansiyası da ona məxsusdur. Qazaxıstanda 1 hərbi baza, 1 kosmodrom və 2 ballistik raket sınaq mərkəzi, Qırğız Respublikasında Oş şəhərində hərbi baza da Rusiyaya aiddir18. 2001-də Çinin yaratdığı Şanxay Əməkdaşlıq Təşkilatı da Mərkəzi Asiyaya doğru yönəldi və burada Rusiya və Çindən başqa kənar güclərin təsirinə qarşı çevrildi. 2005-də bu təşkilatın ABŞ-a bölgədəki bazalarını bağlamağa çağırması da bunu sübut etdi, ancaq, sonradan İranın bu təşkilata qəbul edilməməsi onun anti-amerikan məqsədli olmadığını göstərdi. ŞƏT “3 şər” hədəf19 olaraq, islamçılıq, terrorçuluq və seperatizmi görür. 2004-də ŞƏT-in Daşkənddə Terrorizmə qarşı Koordinasiya Mərkəzi quruldu. Təşkilat əsas məqsədi kimi Orta Asiyada sülh və sabitliyin təminatını, terrorizmə qarşı mübarizəni vurğulayır. Buna baxmayaraq, bölgədəki ölkələrin daxili stabilliyi, kriminogen durum Rusiyanı burada o qədər də maraqlandırmır, əsas məqsəd hegemonluğu saxlamaqdır. Əgər bir gün bu ölkələr arasında və ya hansısa ölkə daxilində vətəndaş müharibəsi başlasa belə rəsmi Moskvanın bunun həllində ciddi maraq göstərəcəyi şübhə doğurur. Onun üçün əsas hədəf ABŞ və digər NATO ölkələrini buradan uzaqlaşdırmaqdır. İqtisadi təsir baxımından Rusiya Qazaqıstan, Qırğız Respublikası və Tacikistanda daha güclüdür, çünki bu ölkələr 1995-dən etibarən sonradan Avrasiya İqtisadi Birliyi adlanacaq Gömrük İttifaqına qoşuldular. 2000-ci ildə Rusiya region ölkələri ilə Avrasiya İqtisadi Cəmiyyəti yaratdı. Bundan başqa rəsmi Moskva 2004-də bölgə dövlətlərinin (Türkmənistandan başqa) Mərkəzi Asiya Cəmiyyətinə qoşuldu. Yalnız Türkmənistan, qismən də Özbəkistan bölgədə özlərini Rusiya təsirindən maksimum uzaqda saxlamağa, bu ölkə ilə məsafə saxlamağa çalışırlar.
Rusiyanın region dövlətlərində daha bir təsir imkanı da bu ölkədə işləyən və yaşayan milyonlarla Orta Asiya mənşəli insanlardır. Bunların çox iqtisadi durumun kəskinliyi səbəbindən öz ölkələrindən çıxmağa məcbur olmuş əmək miqrantlarıdır. Xüsusən Tacikistanda bu baxımdan vəziyyət daha pisdir və Rusiyada işləyən taciklərin öz ölkələrinə göndərdiyi maliyyə bu ölkənin ÜDM-də önəmli pay təşkil edir. Rusiya tacik və özbək miqrantları ölkədən çıxarmaq qərarına gələrsə bu ölkələr humanitar və iqtisadi böhranla qarşı-qarşıya qalmalı olacaqlar. Türkmənistan və Özbəkistan sosial iqtisadi sahədə siyasətlərini şaxələndirib Çin, Hindistan, İran, Pakistan kimi ölkələrlə yaxınlaşmağa çalışsalar da, digər ölkələrdə bunun hələ xeyli vaxt aparacağı görünür. Türkmənistan xüsusilə neft-qaz məsələlərində Pakistan, Hindistan, İran, Türkiyə kimi ölkələrlə yaxınlaşmağa çalışır. Rusiyanın region ölkələrinə təsiri təkcə siyasi, iqtisadi və hərbi yollarla yekunlaşmır, social-mədəni yollarla da Moskva nüfuzunu gücləndirməyə çalışır. Bu məqsədlə yaradılmış “Rus Dünyası” fondu, “Rus Əməkdaşlıq” təşkilatları fəal iş aparır, xüsusilə rus dilinin təbliği və yayılması sahəsində geniş iş aparırlar. Təhsil sahəsində də böyük mübadilə proqramları keçirilməkdədir. Rəsmi Moskva hər il bu 5 ölkədən, əsasən qazaq və qırğızlardan on minlərlə tələbəni Rusiyanın dövlət universitetlərinə oxutmaq üçün qəbul edir. Orta Asiya ölkələrində də hər il çox sayda rus məktəbləri açılır. Rusiyanın bu siyasətinə ən açıq ölkələr isə böyük rus icmasının yaşadığı Qazaqıstan və Tacikistandır. Hər 2 ölkədə orta məktəblərdə rus dilinin keçilməsi məcburidir. Özbəkistan 2006-cı ildə xarici siyasət istiqamətini Qərbdən Rusiyaya çevirsə də, bu ölkəni yaxınına buraxmamaqda iddialıdır. Qırğızıstanda yerli əhalinin və hökümətin bütün təyiqlərə rəğmən ruslara qarşı sərt münasibəti, buradakı rus əhalinin çoxunun köçüb getməsi ilə bərabər, Rusiya milli-mədəni çərçivədə təbliğatının qarşısını alıb. Türkmənistan isə Rusiyadan hər sahədə olduğu kimi burada da qaçmağa çalışan tək ölkədir. 2002-ci ildə Rusiya televiziya və radiolarına, rusdilli qəzet, jurnal və kitablara qoyulan yasaq 2003-ci ildə Türkmən tərəfinin təkidləri ilə ikili vətəndaşlığın ləğvi, 1 il sonra isə Rusiya diplomlarının ölkədə tanınmasının ləğvi ilə pik həddə çatmışdır. Hələlik siyasi, iqtisadi, hərbi və mədəni səviyyədə əməkdaşlıq üzrə Rusiya region ölkələri üçün ən önəmli tərəfdaşdır ,ancaq, bütün bunlara baxmayaraq, bu ölkələrdəki əhalinin dil və din baxımından ona yaxın Türkiyəyə marağı, Çinin əməkdaşlıq üçün daha əlverişli şərtlər təklif etməsi, ABŞ-ın bölgəyə artan marağı və beynəlxalq sanskiyalar qarşısında mövqeləri zəifləyən Rusiya fonunda bu regionun yaxın gələcəkdə Rusiyanın təsir dairəsindən çıxaraq, tam müstəqil siyasət yeridəcəyinə, davamlı inkişaf edəcəyinə inamı artırır. Dövlətlərin bu məsələdə tərəddüdü daha çox bir gücün təhdidləri olacağı zaman digərinin onun qarşısında tutmaq istəyidir. Regionun həm də Çin kimi böyük əhali sayına və nəhəng texnoloji imkanlara malik, digər tərəfdən Əfqanıstan və Pakistan kimi qeyri-stabil dövlətlərlə qonşu olması müvafiq ölkələri seçim zamanı çətin vəziyyətdə qoyur.
II.2. Rusiya siyasətində “Böyük Qara Dəniz” və Xəzər regionu
Qafqazda Rusiya təsirinin qədim tarixi vardır. Hələ 1559-cu ildə Çar IV İvan Terek qalasının tikintisinə başlamaqla bunu təşviq etmişdi. Sonrkı əsrlərdə Rusiya buradakı hərbi ekspedisiya və işğalları ilə ətraf əraziləri də ələ keçirərək, 1829-cu ildə Qacarlarla Türkmənçay müqaviləsinin bağlanması ilə Araz çayına qədər torpaqlara hakim oldu. Həmin zamandan bəri Rusiya bu bölgədə dominantlığını qoruyub saxlamaq niyyətindədir. Rusiyanın işğalçı siyasətinə qarşı Qafqazda üsyanlar bu regionda millətçiliyin güclənməsinə səbəb olmuşdur. 1829-da müqavilə bağlansa da Rusiya 1864-ə qədər Qafqaz xalqları ilə müharibə aparmalı olmuşdur. 1917-ci ildə Rusiyada inqilabın baş verməsi ilə qafqazlılar müstəqil dövlətlərini qurmağa cəhd etsələr də, beynəlxalq geosiyasi vəziyyətlə əlaqədar bu alınmadı. Sovet hakimiyyəti qurulduqdan sonar belə 20 ilə yaxın müddət ərzində bu regionda kommunist idarə üsuluna qarşı dəfələrlə irili-xırdalı üsyanlar olmuşdur. Qafqazda rus hakimiyyətinə qarşı silahlı mübarizə artıq bir ənənəyə çevrilib. Təsadüfi deyil ki, SSRİ dağıldıqdan sonra da, burada müstəqil dövlət qurmaq uğrunda mübarizə başlandı. Regionun dağlıq relyefi və keçid ərazidə yerləşməsinin verdiyi strateji üstünlük onun həmişə strateji mübarizə meydanında hədəf olmasına səbəb olub. Rusiya ilə Osmanlının çoxillik müharibələrinin, həmçinin Hitlerin Sovet İttifaqına qarşı hücumunda Qafqazı tutmaq çox önəmli məsələ idi. Bu gün belə ABŞ və müttəfiqləri ilə Rusiya arasında gedən geosiyasi savaşda Qafqaz əsas yerlərdən birini tutur. 1994-1996-cı illərdə Rusiya Çeçenistanla müharibədən heç də qalib durumunda çıxmadı. İmzalanan sülh müqaviləsi ilə Çeçenistandan rus qoşunları və əhalisi çıxarıldı və bu ölkəyə böyük muxtariyyət tanındı. Bundan öncə isə Gürcüstanla Rusiyanın dəstəklədiyi Abxaziya və Quzey Osetiya arasında müharibə baş verdi və gürcülər hər 2 əraziyə nəzarəti itirdilər. 1991-1994-cü il Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında baş verən müharibə ilə isə rəsmi Moskvanın nüfuzuna regionda böyük xələl gətirdi. 1999-2009-cu illərdə II Çeçen müharibəsində Rusiya qələbə qazansa da Quzey Qafqazda silahlı üsyan bundan sonar partisan müharibəsi formasında davam etdi. 2008-də Gürcüstanın Güney Osetiyada nəzarəti ələ keçirmək uğrunda başladığı əməliyyatlar Rusiyanın sərt cavabı ilə üzləşdi və bu ölkədə Rusiyaya nifrəti daha da artırdı. Rusiya bütün bu reaksiyalara rəğmən, regionda tarixi aqressiv siyasətini davam etdirir və Qafqazı Rusiya tarixinin ayrılmaz bir hissəsi hesab edir. Regionda uzun müddət əsas oyunçu olması, müvafiq ölkələrin siyasətinə də təsir edir. Özünün qurmaq istədiyi Avrasiya Birliyində bu region strateji önəm daşıyır. Digər tərəfdən Qafqaz Rusiya üçün İran, Ərəb ölkələri və Türkiyəyə aparan roldur və buranı itirmək həm də sadalanan regionlara çıxışı itirməkdir. Qərblə Rusiyanın maraqlarının toqquşduğu əsas qaynar nöqtə də buradır.
Qafqaz regionu tarixən çox həssasdır. Etnik düşmənçilik və “əzilmiş millətçilik” qeyri-stabilliyin qaynaqlarındandır. Bu regionda heç bir yerli xalq rsuları sevmir. Böyük bir ərazi olmasına baxmayaraq burada onlarca xalq yaşayır və Rusiyanın xarici siyasətində “həyati vacib” zona və “milli təhlükəsizlik üçün strateji əhəmiyyət” anlamı daşıyır. Regiondakı münaqişələr və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə bu əhəmiyyət də xeyli artdı. 11 sentyabr hadisələrindən sonra ABŞ-ın da bura diqqəti artdı və qlobal terrorla mübarizədə Qafqaz diqqət mərkəzinə çevrildi, 2004-dən sonra isə bura ABŞ-ın Əfqanıstandakı missiyası üçün transit marşrutlardan biri oldu. Regiona uğrunda hegemoniya mübarizəsi ideoloji çərçivəyə də keçdi. Qərbdə bəzi dairələr Xəzər və Qara dəniz hövzəsi Rusiya avtoritarizmi ilə Qərbin liberal demokratik dəyərləri ilə arasında mübarizədə “azadlıq cəbhəsi” kimi qiymətləndirir, Moskva isə bunu özünə qarşı hücum kimi qiymətləndirir və Avrasiyaçılığı alternativ kimi irəli sürməyə çalışır. Hər 2 tərəf bu mübarizədə güzəştə getmək istəmir və konfliktlərin həllində danışıqların faydalı olmayacağını irəli sürür. Enerji təhlükəsizliyi antaqonizmin əsas qaynaqlarında biridir. Xəzər regionunun enerji ehtiyatları ilə zənginliyi və Qara dəniz hövzəsinin bu ehtiyatların nəqlində dəhliz kimi vacib əhəmiyyətə malik olması buranı geosiyasi mübarizə sahəsinə çevirib. Rusiya tərəfi Qərbin buranın enerji ehtiyatlarını ələ keçirmək istəməsini iddia etsə də, əks tərəf bunu rədd edir və enerji ehtiyatlarına geniş çıxışın bütün tərəflərin xeyrinə olduğunu müdafiə edir. Sovet dövründə Xəzərin enerji ehtiyatları Rusiyanın monopoliyasında olsa da, “Əsrin müqaviləsi” ilə Moskva bu monopoliyanı itirdi və Qərb şirkətləri neft-qazın istehsalı və satışında iştirak etməyə başladılar. 2006-cı ildə tamamlanan Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan və Gürcüstanı Qərbə daha da yaxınlaşdıran “qırılmaz bağ” kimi təsvir olunur. 2009-da qazın qiyməti ilə bağlı Rusiya və Ukrayna arasında yaşanan konflikt və nəticədə Avropaya qazın verilişinin qəfil kəsilməsi Avropalıları enerji təchizatçılarının diversifikasiyası məsələsində Xəzərin hidrokarbogen ehtiyatlarına yaxınlaşdırdı. Xəzər regionu hal-hazırda Avropa tərəfindən enerji təminatı üçün Norveç, Rusiya və Afrikadan sonra “dördüncü ox” kimi qiymətləndirilir və qoca qitənin enerji ehtiyaclarının 20 %-ni ödəməyə qadirdir20. Xəzər hövzəsindən Avropa bazarlarına enerji daşınması üçün “Güney Dəhlizi” və Azərbaycandan başlayaraq Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilməsi nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) bu məqsəd üçün nəzərdə tutulur. Öncəki Nabukko layihəsinin kiçik versiyası kimi qiymətləndirilən bu addım Rusiyanın enerji hegemoniyasına qarşı kiçik də olsa bir cavabdır. 2014-də Ukraynadakı siyasi böhranla əlaqədar Avropa Birliyinin Rusiyanın irəli sürdüyü “Güney Axını” layihəsindən imtina etməsi də Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın bu baxımdan önəmini artırdı. Rusiyanın bundan sonra yeni alternativ irəli sürməsi və öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyi isə regionun enerji sahəsində geosiyasi rəqabət kəskin olaraq qalır.
Hantinqtonun Xristian və İslam sivilizasiyaları arasında “qırılma xətti” adlandırdığı Qafqaz məzhəblərarası yerli münaqişələrin də baş verdiyi ərazilərdən biri olaraq, dini ekstremizm və terror üçün yetişmiş meyvədir. Çeçen müharibəsinin sonradan dini zəminə keçməsi də bununla bağlı idi. Dünya tərəfindən “qlobal cihad inqilabı hərəkatının tərkib hissəsi və Əl-Qaidəyə bağlı” hesab edilən “Qafqaz əmirliyi” yaratmaq iddiası, bu məqsədlə illərlə Rusiya ilə qafqazlı ekstremistlər arasında baş verən silahlı toqquşmalar, 2013-də 2 çeçenin ABŞ-da Boston marafonunda terror törətmələri Qərbdə də narahatlıq yaratdı. Əslində Rusiya region xalqlarına qarşı aqressiv davranmaqla, rus cəmiyyətində onlara qarşı qərəzli yanaşma da bu radikallığın güclənməsinə şərait yaradır. Rəsmi Moskva bu islamçı hərəkatın daha da böyüyərək bütün Rusiya ərazisinə yayılmasından narahatdır, çünki təkcə bu ölkənin paytaxtı və digər böyük şəhərlərində milyonlarla müsəlman yaşayır və onların da önəmli bir hissəsi dindarlardır. Rusiya üçün bu ərazinin digər önəmi də onu Qara, Xəzər və Baltik dənizlərinə, daha geniş desək Mərkəzi Asiya, Avropa və Yaxın Şərqi bir-birinə əlaqələndirən hissədir. Buna görə də Qafqaz regionu Moskva üçün periferiya yox mərkəzi əhəmiyyət daşıyır. ABŞ-ın burada əsas məqsədi isə buradakı dövlətlərin müstəqilliyinin güclənməsi və Qərblə əməkdaşlıqlarını gücləndirməyə dəstək verməkdir. Rusiya isə bunu onun Qafqaza girmək, burada qeyri-stabillik yaradaraq, müvafiq ölkələrin rəsmi Kremldən uzaqlaşmasını təmin etmək və onlarda anti-rus əhval-ruhiyyəsini gücləndirmək cəhdi kimi qiymətləndirir. Moskvanın müstəqil olan Güney Qafqazın 3 dövlətinə münasibəti isə bunların suverenliklərini öz xeyrinə məhdudlaşdırmaq, onların Rusiyadan asılılığını artırmaq və tədricən öz daxilinə çəkməkdir. 5 günlük Gürcüstan-Rusiya müharibəsi zamanı Qərbin Gürcüstana laqeydliyə yaxın münasibəti, Rusiyanın hərəkətlərinə verilən zəif reaksiya və rəsmi Tbilisyə kifayət qədər dəstəyin olmaması region dövlətlərində Qərbə qarşı məyusluq yaratdı və bu da istər-istəməz müvafiq dövlətləri Rusiyanın çevrəsinə doğru itələdi. Eyni zamanda bu Qafqazda ABŞ və Avropanın nüfuzuna ciddi zərbə vuraraq, onların etibarına kölgə saldı. Bundan sonra Rusiyanın qondarma Abxaziya və Osetiyanın “müstəqilliyini” tanıması, Qərbin Kosovanı tanımasına qarşı bir cavab kimi qiymətləndirilərək geosiyasi mübarizədə Rusiyanın xeyrinə oynadı. Buna baxmayaraq, Gürcüstan NATO və digər Qərb institutlarına inteqrasiyadan vaz keçmədi və bu gün də həmin siyasət davam etdirilir. Bu istək ABŞ və Avropada çox isti qarşılanaraq, bu məqsədlə böyük yardımlar edildi, ordunun müdafiə qabiliyyəti artırıldı, ölkəyə böyük investisiyalar yatırıldı. Rusiyanın bu hərəkətləri onun, lazım gələrsə öz maraqları uğrunda hərbi müharibəyə də hazır olduğunu göstərdi və Qərb ölkələrini öz strategiyalarında dəyişiklik etməyə məcbur etdi, Güney Qafqazda Avropanın siyasi fəaliyyəti zəiflədi. 2008-ci il müharibəsi Rusiya üçün taktiki qələbə olsa da uzunmüddətli perspektivdə bu onun əleyhinə oldu, izolyasiya olunmasını başlatdı. Rusiyanın Gürcüstanda “yumşaq güc” işlətmə imkanlarının da üzərindən birdəfəlik xətt çəkildi. Gürcüstanın bu sahədə uğursuzluğu isə ölkədə hakimiyyət dəyişiklikliyinə gətirdi. Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Gürcüstanın geosiyasi baxımdan əsir saxlaya bilmədi, əksinə bu Qərblə yaxınlaşmanı gücləndirdi. Düzdür, 2008-ci il müharibəsi Gürcüstanın Qərbyönümlü prezidenti M. Saakaşvilinin növbəti seçkilərdə hakimiyyətdən getməsi ilə nəticələnsə də, rəsmi Tbilisinin xarici siyasi kursu dəyişmz qalıb. Rusiya üçün isə bütün bu münaqişələr öz nüfuzunu bu regionda qorumaq üçün vasitədir. Qara dəniz sahili digər ölkələrin (Türkiyə, Ruminiya və Bolqarıstan) NATO-ya üzv olması, 2014-dən sonra Ukraynada Qərbyönümlü siyasi sistemin qurulması və Rusiyadan uzaqlaşma isə Gürcüstan üçün xeyli böyük imkanlar yaratdı. NATO ilə geniş əməkdaşlıq çərçivəsində bu ölkə öz ordusunu modernləşdirir və Rusiyanın özündən uzaq saxlaya bilir.
Dağlıq Qarabağ məsələsi isə daha mürəkkəb və daha təhlükəli xarakterlidir. Konfliktin yaranmasına səbəb olan Rusiyanın Fransa və ABŞ-la birlikdə Minsk qrupunun həmsədri olması həll prosesinə maneə yaradır. O, həmçinin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana geniş silah tədarükçüsü və erməni tərəfin ən böyük diplomatik dəstəkçisidir. Problemin kökü tarixən erməni və azərbaycanlı əhali arasında baş verən toqquşma və qırğınlarla bağlıdır. Hələ Çar Rusiyası dövründən imperiyanın xristian təəssübkeşliyinin dəstəyilə müsəlman azərbaycanlılara qarşı irili-xırdalı terror aktları törətmiş ermənilər 1923-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində muxtariyyət əldə etməyə nail olmaqla iddialarını daha da artırdılar. Dəfələrlə, 1930-cu illərdən sonra xüsusən 1950-ci illərdən sonra ermənilər xaricdəki lobbilərinin də dəstəyi ilə SSRİ rəhbərliyinə Qarabağı Ermənistana birləşdirmək barədə çağırış etdilər. Bölgədəki muxtar idarəçilikdə və SSRİ-nin yüksək vəzifələrində təmsil olunan erməniyönümlü şəxslərin köməyi ilə ermənilər tədricən bu regionda əhali nisbətini öz xeyirlərinə dəyişməyə nail oldular. Qarabağın ermənilər yaşayan hissələrinə göstərilən yüksək diqqət və qayğıya rəğmən, azərbaycanlılara diqqət aurılmır, qərəzli siyasət yürüdülürdü. Bir tərəfdən ermənilərin beynəlxalq aləmdə bu yönümdə cəhdləri, digər tərəfdən icmalar arası gərginlik Sovetlərin dağılma ərəfəsi olan 1980-ci illərdən etibarən etnik qarşıdurmaya gətirib çıxardı. 1985-ci ildən ermənilər Dağlıq Qarabağda dinc əhaliyə qarşı hücumlara terror aktlarına başladılar. 1988-ci ildə keçmiş Azərbaycan torpaqları olan Ermənistandan azərbaycanlıların deportasiyası və eyni ildə Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarı ilə dövlətlər arasında münasibətlər gərginləşdi. Artıq ermənilərin işğalçı niyyətləri üzə çıxırdı və Ermənistanın dəstəyi ilə bölgədə seperatizm güclənirdi. SSRİ rəhbərliyi bölgə üzrə xüsusi nümayəndə ayırıb konfliktin həllinə cəhd etsə də bütün bunlar uğursuz qaldı, çünki hər 2 tərəf Sovetlərin çöküşünü görürdü. 1991-də Xankəndi və Xocavənddə erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı hücumları ilə başlayan müharibə Qarabağ və ətraf ərazilərin ermənilər tərəfindən işğalı ilə nəticələndi və 1994-cü ilin may ayında Bişkekdə imzalanan atəşkəslə başa çatdı. O dövrdə Azərbaycanda baş verən siyasi hərc-mərclik, hakimiyyət mübarizəsi, milli ordunun qurula bilməməsi Qarabağın itirilməsində mühüm rol oynadı. Ermənilərin üstünlüyü bu müharibəyə öncədən gizli şəkildə hazırlaşmaları və azərbaycanlıların hazırlıqsız yaxalanması idi. 1992-1993-cü illər zamanı Əbülfəz Əliyev hökümətinin Rusiya və İrana qarşı sərt, düşmən xarakterli münasibəti də bu ölkələrin Ermənistana kömək etmə səbəblərindən idi. Uğursuz siyasət nəticəsində Azərbaycan tək Ermənistanla yox Rusiya və İranla da düşmən vəziyyətinə düşdü. Rəsmi Moskva Ermənistana fəal hərbi yardımından başqa, Azərbaycanın digər bölgələrində də sabitliyi pozmağa, seperatçılıq yaratmağa çalışırdı. Təbii ki, burada əsas məqsəd Rusiyanın regionda təsirini saxlamaq üçün konfliktli zonanın olmasında maraq idi. Qarabağ konfliktinin həlli hər 2 ölkənin Rusiyadan asılılığının bitməsinə səbəb olardı. Uzun illərdir ki, bu münaqişənin hələ də həll olunmasının səbəbləri altında bunlar yatır.Hətta tərəflərin konfliktinin həllinə maksimum yaxınlaşdığı 1998-ci ildə Ermənistanda daxili sabitliyin pozulması, parlamentin atəşə tutulmasının Rusiya tərəfindən təşkil edildiyini iddia edənlər də az deyil. 2014-cü ildə Soçi danışıqları zamanı həll variantına yaxınlaşıldığı bir vaxtda cəbhədə qəflətən atəşkəsin pozulması və hər 2 tərəfdən 40 nəfərin öldürülməsi21 də şübhələr yaratdı. 2016-cı il Aprel döyüşləri zamanı da Azərbaycanın cəbhədə böyük uğurlar qazandığı zamanda Rusiyanın döyüşlərin dayandırılması üçün təkid və təhdid etməsi də onun bu müharibənin “dondurulmuş” vəziyyətdə qalmasını istədiyini göstərir. Bəzi ekspertlər tərəfindən Dağlıq Qarabağın Rusiyanı keçmiş imperiyanı bərpa etməsi yolunda bir cəbhə kimi görülməsi də bu vəziyyətdən doğur. Münaqişəni donmuş halda saxlamaqla Rusiya hər 2 tərəfə öz şərtlərini rahatlıqla diktə edə bilir. 2013-cü ildən sonra Azərbaycanda siyasi vəziyyətlə əlaqədar, ABŞ-ın mütəmadi narahatçılığı, insan hüquqları və demokratiya, ölkədə seçki prosesini şübhə altına alan bəyanatları siyasi istiqamətin daha çox Rusiyaya meyillənməsinə səbəb olub. Rəsmi Vaşinqton üçün demokratikləşmə prosesinin vacibliyi, bu çərçivədə Azərbaycan müxalifətinə verdiyi dəstək rəsmi Bakı tərəfindən dəfələrlə narazılığa səbəb olub. Rusiyanın isə qarşılıqlı münasibətlərdə belə tələblər qoymaması Dağlıq Qarabağ probleminə rəğmən bu ölkə ilə daha rahat münasibətlər qurulmasını təmin edir. Son illərdə Azərbaycanın Avropada maraq doğuran böyük enerji layihələri, TAP boru kəməri həm Avropa həm də ABŞ-la münasibətlərdə enerji məsələsini əsas danışıqlar predmetinə çevirib və münasibətlərdə hərdən yaşanan soyuqluq dövrü başa çatıb. Avropanın enerji siyasəti ABŞ üçün də strateji məsələdir və bu məsələdə Balkan yarımadasında Rusiyadan qaz asılılığının azaldılmasında Azərbaycanın verə biləcəyi töhfə əməkdaşlıqda digər məsələləri kölgə altına salır.
Güney Qafqaz ölkələri içində Rusiyanın ən böyük təsiri olduğu ölkə Ermənistandır. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası bu ölkəni faktiki olaraq Moskvanın nəzarətində saxlayır. Bu gün Ermənistan siyasi, iqtisadi, hərbi məsələlərdə tamamilə Rusiyadan asılıdır. Bu da onun danışıqlar masasında Azərbaycanla razılaşmasına ən böyük maneədir. Rusiyanın Ermənistana dəstəyi təkcə Azərbaycana deyil Türkiyəyə qarşı da çevrilib. Ermənistanla Türkiyə sərhəddində rus hərbçilərinin patrulluq etməsi təkcə deyildiyi kimi “bölgədə sabitliyi qorumaq” deyil, həm də Ermənistanı hər tərəfdən çəmbərə almaq məqsədi daşıyır. Regionda Rusiya-İran-Ermənistan birgə əməkdaşlığı həm də Azərbaycan-Gürcüstan-Türkiyə birliyinə qarşı çevrilib. Neft və qazla zəngin Azərbaycan isə regional baxımdan üstünlükdədir, Türkiyə ilə tarixi və etnik yaxınlığdan yaranan yaxın əməkdaşlıq ona çoxsahəli xarici siyasət yürütməyə imkan verir. 2009-da Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasından sonra, Rusiyanın buradakı hərbi mövcudluğu sona çatdı. Ölkə bazarına Rusiyanın çoxtərəfli girişinə, o cümlədən rus dövlət və özəl şirkətlərinin Azərbaycan bazarına buraxılmaması, eləcə də Moskvanın qurduğu hərbi və siyasi bloklara qoşulmamaq istəməsi Azərbaycanın Qərbyönümlü olduğunu deməyə də əsas vermir. Avropa Birliyi ilə bu sahədə sazişin imzalanmaması, Avropa Şurası öhdəlik və qərarlarının yerinə yetirilməsində problemlər də bunu göstərir. Buna baxmayaraq, ölkənin enerji siyasəti tamamilə qərbyönümlüdür. Rusiyanın Azərbaycanın ən böyük silah satıcısı olması, siyasi ənənələrin yaxınlığı, beynəlxalq məsələlərdə Azərbaycanın bu ölkə ilə əlaqələri pozacaq addımlar atmaması ona Moskva tərəfindən heç bir təhdid yaratmır. Digər tərəfdən Azərbaycan vətəndaşları üçün də Rusiya artıq cəlbedici deyil, Kremlin bütün cəhdlərinə baxmayaraq bu ölkədə ona doğru münasibəti yaxşılaşdırmağa hesablanmış “yumşaq güc” taktikaları işləmir. Azərbaycanlıların çoxu Ermənistana dəstəyi məsələsinə görə Rusiyaya neqativ yanaşırlar və ölkə gəncliyinin böyük bir hissəsi ideoloji baxımdan özlərini liberalizm, demokratiya kimi Avropa dəyərləri ilə assosiasiya edir və ona inteqrasiyanın tərəfdarlarıdır. Güney Qafqaz, xüsusən Ermənistan və Azərbaycan Rusiyanın imperialist siyasətinin ən bariz nümunələrindən biridir, problemin həllində aidiyyatı ölkələr üzərində təsir və nüfuzu ilə həlledici rola malik olan rəsmi Moskva bu regionda təsir rıçağının saxlanması və hər 2 ölkənin tam suverenliyinin qarşısını almaq üçün, heç də bu münaqişənin həllində maraqlı deyil və prosesi maksimum müddətə uzatmağa çalışır.
II.3. Rusiya və Orta Asiya ölkələri münasibətləri
Mərkəzi Asiya ölkələrinin dənizə çıxışlarının olmaması, siyasi qeyri-sabitlikləri və iqtisadi problemləri bu ölkələri bir-birlərindən və beynəlxalq aləmdən çox asılı edir. Bu ölkələr üçün quru tranzit xətləri və qonşularla əlaqələr bir-birləri üçün iqtisadi və siyasi nəfəs borularıdır. Keçən dövrdə beynəlxalq siyasi həyatda baş verən dəyişikliklər, qlobal terrorizmə qarşı kəskinləşən mübarizə bu regionu Rusiyanın xarici siyasətində daha önəmli yerə gətirib. Stabilliyin əsas məsələ kimi vurğulanması və Rusiyanın avtoritar rejimlərə dəstəyi burada demokratik inkişaf və insan hüquqları məsələlərini arxa plana atır. Terrorizm, fundamentalizm və siyasi stabillik bu ölkələrin Rusiya və digər ölkələr, eləcə də beynəlxalq təşkilatlarla münasibətlərində əsas prioritetlərdir. Taktiki və strateji səbəblərdən dolayı Orta Asiya ölkələri özlərini Rusiya ilə daha yaxın siyasi xəttdə görürlər.MDB-nin digər ölkələri ilə müqayisədə bu regionun Rusiya ilə siyasi və iqtisadi yaxınlığı əməkdaşlığın əsasını təşkil edir. Bu region elə bir zonada yerləşir ki, Rusiya ilə xoşagəlməz münasibətlər təkcə bir ölkə üçün yox, bütün bölgə üçün çox pis nəticələnə bilər. Təsadüfi deyil ki, BMT-nin İnkişaf Proqramının apardığı sorğuda22 region ölkələri vətəndaşlarının 41 %-i təbii və vacib tərəfdaş kimi Rusiyanı seçmişdilər, qalan 59 %-i isə öz fikirlərini 10 ölkə üzrə bölüşür. Buna baxmayaraq, bu ölkələrin hər biri Rusiya ilə münasibətlərdə ehtiyatlı davranır, özlərini ondan güclü şəkildə asılı etmək istəmirlər. Orta Asiya ölkələri bəzən daxili məsələlərin həllində belə kənar vasitəçiyə ehtiyac duyurlar, bu isə onların xarici siyasətdə müstəqil davranmasına mane olur. Bütün avtoritar rejimlərdə olduğu kimi, bu regionun da dövlət başçıları arasında qarşılıqlı inam və etibar sıfıra yaxındır. Bu səbəbdən onlar tez-tez aralarında olan mübahisələrin həlli üçün Rusiyaya müraciət edirlər. İqtisadi və hərbi hegemonluğu Moskvanı burada əvəzedilməz edir. Məhz bu səbəbdən də Orta Asiyaya vahid aktor kimi yanaşmaq mümkün deyil. Hal-hazırda region dövlətləri arasında inteqrasiya yox seperatizm güclənir. Qazaqlarla qırğızlar, özbəklərlə türkmənlər dəfələrlə ərazi mübahisələrinə görə az qala müharibə vəziyyətinə çatıblar. Regionun zəngin resurs və bazarları ölkələr üçün çəkişmənin əsas səbəblərindən biri olaraq qalır. Bu həm də Rusiyanın regiona təsir aləti kimi qalır, bu regionla bağlı hər hansı mühüm hadisələr zamanı belə hallar çox qeydə alınıb. Türkmənistanın millətçi siyasəti, Özbəkistanın vaxtilə GUAM-a qoşulması, Qazaxıstan və Çin yaxınlaşması da MDB-nin artıq bu dövlətləri öz əhatəsində saxlaya bilmədiyini və faydasız bir təşkilata çevrildiyini göstərir. Etnik və dini baxımdan yaxınlıqlarına baxmayaraq, bu ölkələr coğrafi baxımdan, əhali və ərazi nisbətindən, təbii ehtiyatlar, iqtisadi fəaliyyət, siyasi vəziyyət, sosial inkişaf və bir-birləri və dünya ilə münasibətlərdə kəskin fərqləri ilə sezilirlər. Müstəqil olmalarının qısa vaxtına baxmayaraq, bu müddət ərzində demək olar ki, bu 5 ölkənin hər biri tam ayrı siyasi istiqamət və inkişaf yolu tutmuşdur və daha çox qapalı avtoritar rejimlərə çevrilmişlər. Sovetlər dövründən qalma bütün ağrı-acılara baxmayaraq ümumi tarix və coğrafiya və son zamanlar aktuallaşan daxili və xarici təhdidlərə qarşı birgə reaksiya bu ölkələri yaxınlaşdırır. Orta Asiya ölkələri arasında qalan əsas problemlərə sərhədlərin demarkasiyası, regionalizm və enerji resursları uğrunda mübarizə durur. Xüsusən bu ölkələrdəki infrastrukturun, ticarət-nəqliyyat yollarının yararsızlığı və beynəlxalq bazara çıxış problemi son zamanlar çox müzakirə olunan mövzulardandır. Qərbdən demokratikləşmə ilə bağlı çağırışlar bu ölkələri onlarla əlaqədə siyasi stabilliyə daha çox önəm verən Rusiyaya yaxınlaşdırır.
Çinin Orta Asiyada artan nüfuzu Rusiyanı bu bölgədə narahat edən məsələlərdir. Çinlilərin region ölkələrində və Rusiya daxilində saylarının artması da rusları gələcək üçün təşvişə salır. Zəifləyən Rusiya iqtisadiyyatı fonunda Çinin güclənən iqtisadiyyatı hesabına Orta Asiyada güclənməsi, buraya böyük yatırımlar etməsi və böyük şirkətlərinin bazarda iştirakı artıq regionda reallığa çevrilib. Çinin region ölkələrində böyük həcmli layihələrdə iştirakı və bu məqsədli müvafiq dövlətlərə böyük məbləğlərdə verdiyi borclar Rusiya üçün gələcəkdə bu ölkələrin Çinin iqtisadi asılılığına düşəcəkləri fikrini yaradır. Xüsusən Qazaxıstan və Türkmənistanın Çinlə geniş əməkdaşlığı həm bu ölkələrin öz iqtisadiyyatlarını şaxələndirmək, həm də yeni investisiya cəlb etmək istəklərindən doğur. Çinin isə bu ölkələrlə münasibətlərində əsas prioritetlər artan Qərb nüfuzuna qarşı bölgəni neytralda saxlamaq, Rusiya ilə münasibətlərdə üstün tərəf kimi çıxış etmək və tərkibindəki Uyğur Muxtar Vilayətində uyğurların artan müstəqillik istəklərinə qarşı etnik və dini baxımdan onlarla qohum olan bölgə xalqlarından gələ biləcək dəstəyin qarşısını almaqdır. Rusiya Orta Asiya ölkələri ilə əlaqələrdə son illərdə təhlükəsizlik siyasətinə, bunun tərkib hissəsi isə siyasi sabitliyə daha çox önəm verir. Rusiyanın ən çox narahat edən məsələlərdən biri Əfqanıstandan gələ biləcək olan ekstremizmin Orta Asiya ölkələrinə yayılma ehtimalı və beləcə Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Davamlı siyasi sabitlik Rusiya üçün burada uzunmüddətli siyasi, iqtisadi, mədəni və digər maraqlarını həyata keçirməyə imkan verir. Siyasi narazılıqlar zamanı Moskvanın bu dövlətlərə dəstəyi isə onlara siyasi müxalifəti istədikləri kimi repressiya etməyə, insan hüquq və azadlıqlarını asanlıqla pozmağa şərait yaradır. Siyasi və hərbi sabitlik Rusiya üçün bu regionda qalmağa bəhanədir və o, konfliktlərin qarşısının alınmasını özünün buradakı rıçağı kimi görür. Putin tərəfindən dəfələrlə keçmiş Sovet ölkələrində siyasi və hərbi sabitliyin qorunması öhdəliyinin vurğulanması da buna dəlalət edir. Bunu nəzərə alaraq, regionda baş vermiş konfliktlərin yaradılmasında Kremlin əlinin olması ehtimalı güclənir. Region ölkələrindən hansısa biri Qərbə doğru siyasi inteqrasiya siyasəti yürüdürsə Moskvanın münaqişə yaradacağı ehtimalı da diqqətdən qaçırıla bilməz.
Mərkəzi Asiya ölgələri zəngin təbii sərvətlərə malik olsalar da avtoritar idarəetmə forması və bundan doğan kütləvi korrupsiya, daxili qarşıdurmalara xalqın bu resurslardan düzgün formada istifadəsinə imkan vermir. Nəticədə bütün bu zənginliklərə rəğmən əhalinin əksəriyyəti kasıb yaşayır. Regional konfliktlərin həlli isə buranı qaynar bir duruma gətirə bilər. Qırğız Respublikası avtoritarizmdən qurtulub demokratiyəyə keçid edə bilsə də digər ölkələr xüsusilə Özbəkistan repressiv siyasəti ölkədaxili problemlərlə bağlayaraq, buna haqq qazandırırlar. Buna baxmayaraq, 2002-ci ildə ABŞ-ın Qırğızıstanda Manas hərbi aviabazasını açdıqdan sonra, 2003-cü ildə bu ölkədəki Kant hərbi aerportunun Rusiya bazasına çevrilməsi qırğızların nəinki beynəlxalq, həm də daxili siyasətində suverenliyi əlindən almışdır. Həmçinin, bu ölkədə Sovet dövründən qalma Rusiya hərbi laboratoriyaları, Balxaş radar stansiyası və seysmik qurğular da vardır. Qonşu ölkə olan Qazaqıstanda Baykonur kosmodramu, Sarı-Şağan təlim poliqonu və Kustanay hava alayı da Rusiyanın mülkiyyətindədir23. Bundan başqa Rusiya KTMT vasitəsilə də Orta Asiyada ola biləcək hər hansı hərbi qarşıdurmaya müdaxilə etmək gücündədir. 2004-ci ildə Qırğız Respublikasında çevriliş zamanı daxili aktorların çağırışı ilə bu ölkəyə müdaxilə olunub. 2005-ci ildə Özbəkistanla Qırğızıstan arasında yaranmış Əndican hadisələri regionda narahatlığı daha da artırdı. Rusiya bölgədə iqtisadi və siyasi konfliktlərdən faydalansa da humanitar və sosial böhranlar onun özünə də ziyan vura bilər. Bu səbəbdən Əndican hadisələrinə Moskva sərt reaksiya verdi və tez bir müddətdə bunun həllinə çalışdı. Rusiyanın regionun bütün ölkələri ilə əməkdaşlıqda üstün mövqeyi nəzərə alınarsa, onun bura təsir imkanlarının, həmçinin bir dövlətdən digərinə qarşı istifadə etmək imkanlarının da geniş olduğu aydın olur. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Mərkəzi Asiya ilə bağlı Rusiya və Çinin birgə əməkdaşlığına baxmayaraq, bölgəyə baxışda Çin daha çox problemlərin həll yolu ilə həllinə (2005-ci il Əndican hadisələri zamanı) can atır, Rusiya isə buna qarşıdır. ŞƏT-in daxili işlərə qarışmamaq prinsipi çox zaman Rusiya tərəfindən Qərb dövlətlərinin regiona doğru yönəlmiş demokratikləşmə çağırışlarına cavab kimi istifadə edilir və rəsmi Moskva Avropalı və Amerikalı rəsmiləri bölgə dövlətlərin daxili işlərinə qarışmaqda ittiham olunur. Digər tərəfdən bu prinsip Rusiyanı Çinlə müqayisədə regional rəqabətdə daha üstün duruma gətirir, çünki digərinə hərbi müdaxilə şansı verilmir. Moskvanın regionda digər bir üstünlüyü isə onun rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının burada təmsilçiliyidir. Qazaxıstan, Qırğız Respublikası və Özbəkistanla Tacikistanın bu təşkilata üzvlüyü, həmçinin təşkilatın Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən Anti-Terrorizm Mərkəzi burada Rusiyanın maraqları üçün mühüm rol oynayır. Rusiyanın regionla keçmişindən gələn yaxınlığı, bu ərazini, əhalini daha yaxşı tanıması da ona regionda problemlərin həllində mediator və həlledici kimi imkanları yaradan üstünlüklərdəndir. Bütün bunlardan istifadə edən rəsmi Moskva Orta Asiyanı özünə elə bir formada möhkəm bağlayıb ki, bu ölkələrin Rusiyadan uzaqlaşmaq istədikdə daxili və bir-birləri ilə konfliktlə üzləşmələri çox asan məsələdir. Tarixən bir-birləri ilə davamlı müharibələrdə olmuş bu dövlətləri sabit vəziyyətdə saxlanmasında və hər hansı müharibə baş verməsinin qarşısının alınmasında Rusiyanın siyasətinin böyük rolu vardır. Regionda su ehtiyatlarının məhdudluğu səbəbindən içməli su resursları uğrunda mübarizə də bu ölkələr arasında qırılma nöqtələrindən biridir. Rusiyanın regionda daha bir üstünlüyü isə müvafiq ölkələrin aralarındakı problemləri özləri həll edə bilmələri və bunun üçün tez-tez Rusiyaya müraciət etmələridir. 2005-ci il Əndican hadisələrindən sonra üsyançı özbəklərin repressiyadan qorxaraq Qırğızıstana sığınmaları və bu ölkənin Özbəkistanın tələblərinə baxmayaraq onların geri verməməsi 2 ölkə arasında münasibətləri kəskinləşdirdi. Özbəkistan qonşu ölkəni qazın veriləcəyini dayandırması ilə hədələdi və bu zaman qırğız prezidenti kömək üçün Rusiyaya müraciət etdi24.
1992-ci ildən region ölkələri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər. 2010-cu ildə ATƏT-ə sədrliyi Qazaqıstan həyata keçirib. Şərq-Qərb dialoqunu gücləndirmək və müvafiq problemləri sülh yolu ilə həll etməyi qarşısına məqsəd qoyan bu təşkilat həm də region ölkələri üçün öz xarici siyasətlərini şaxələndirmək üçün çox faydalıdır. Ancaq, Mərkəzi Asiya ölkələrində olan avtoritar siyasi rejim və insan hüquqlarının tapdalanması, kütləvi şəkildə qanun pozuntuları və korrupsiya ATƏT-in qınaq obyekti olduğundan bu ölkələr son illərdə onunla əməkdaşlıqdan narazıdırlar. Rusiyanın da yuxarıdakı səbəblərdən dolayı bu təşkilatı dəfələrlə tənqid etməsi və region ölkələrinin ATƏT-lə əlaqələrin səviyyəsini aşağı salması onun Mərkəzi Asiya ölkələrində fəaliyyətini zəiflədib və xeyli məhdudlaşdırıb. 2005-ci il Əndican hadisələri və Qırğız Respublikasında prezidentin hakimiyyətdən salınması və ölkədən qaçması, digər ölkə hökümətlərində hakimiyyətdə qalmaq üçün avtoritar meyilləri daha da gücləndirdi. Rusiya isə təbii olaraq, bu məsələdə yerli hökümətlərini dəstəkləyirdi, çünki Orta Asiyaya gələcək demokratikləşmə dalğasının özünə keçəcəyindən narahatdır və Sovet dövründən qalma tarixi müttəfiqlərinin hakimiyyətdə qalması onun üçün daha əlverişlidir, nəinki dəyişiklik nəticəsində gələcək və tanımadığı bir siyasi liderlə yenidən münasibətlər qurmaq. ATƏT-in regionda siyasi iştirakçılığının qarşısını almaq üçün Rusiya da MDB timsalında 2003-də Seçkilərin Monitorinqi Təşkilatını yaradıb. Bu təşkilatın məqsədi demək olar ki bütün anti-demokratik seçkilərdə müvafiq ölkələri dəstəkləmək və ATƏT-in Müşahidə Missiyasının dediklərinə əks fikirlər söyləməkdir. Region ölkələrindən Qazaqıstan Rusiyanın yaratdığı siyasi institutlarda daha fəal iştirak edir və bir neçə dəfə bu təşkilatlara sədrlik etmə niyyətini də bildirmişdir, bunu qazaqların öz ölkələrinə Kremlin təsirini azaltmaq cəhdi kimi başa düşmək olar. Rusiyanın regionda daha bir rıçağı isə onun mediasıdır. Rusiyanın böyük TV şirkətlərinin buranın media bazarındakı hakim mövqeyi, Qazaqıstan və Özbəkistanın bir neçə media şirkətini alması tək bu ölkələrdə deyil bütün regionda narahatlıq yaratdı. Rus dilinə region əhalisinin geniş çıxışı və intellektual cəmiyyətin əsasən rusdillilərdən ibarət olması Kremlin burada media siyasətini həyata keçirməsini rahatlaşdırır.
Rusiya və Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrdə miqrasiya da əsas yerlərdən birini tutur. Miqrasiyada əsasən 2 dalğa gözə çarpır. Siyasi və iqtisadi səbəblərdən yaranmış region ölkələrindəki rus azlığın öz ölkələrinə geri qayıtması və iqtisadi çətinliklər səbəbindən ölkələrini tərk edib işləmək üçün Rusiyaya üz tutmuş əmək miqrantları. 1989-dn başlayan miqrant axınında əsasən Qazaqıstan fərqlənib. Bu ölkə əhalisinin təxminən 20 %-i25 SSRİ dağıldıqdan sonra Rusiyaya qayıdıb və bunların əksəriyyəti ruslar idi. 1990-cı illərdə yaranan siyasi və iqtisadi böhran səbəbindən iqtisadi miqrasiya başlandı. Rusiya ilə bu ölkələr arası əhali axını rəsmi Moskvanın əlində regiona qarşı işlətdiyi güclü silahlardan biridir. Əsasən Tacikistandan Rusiyaya əmək miqrasiyası daha böyükdür və bu qeyri-rəsmi miqrasiya da nəzərə alınarsa ümumi tacik əhalisinin 18 %-ni təşkil edir26. Tacikistanın Rusiya ilə ikili vətəndaşlıq haqqında yeganə müqaviləsi olna Orta Asiya ölkəsi olmasına rəğmən, bu ölkənin iflic durumunda olması 1990-cı illərdən sonra buradakı rusların sayının kəskin azalmasına gətirib çıxarmışdır. Qırğızıstanda rəsmi rəqəmlərə görə Rusiyada 30 min civarında qırğız miqrant var, ancaq hər 2 ölkədə olan qeyri rəsmi rəqəmlərə əsasən bu 500 mindən çoxdur27, yəni bütün qırğız əhalisinin 8%-i. Rəqəmlərin belə kəskin fərqlənməsi mövsümi miqrasiya ilə bağlıdır. Əksər insanlar ilin müəyyən dövrünü Rusiyada işləyib, yaşayaraq sonra geri dönür və bu hər il təkrarlanır. Ümumilikdə, müvafiq ölkələrdə yerli əmək bazarında iş təminatının çətinliyi, xüsusilə gənclərin bununla üzləşməsi belə bir axım yaradır. Müstəqilliklərindən xeyli müddət keçsə də, hələ də bu ölkələrdə müvafiq siyasi və iqtisadi islahatların aparılmaması, tüğyan edən korrupsiya və monopoliya ilə bağlıdır. Bəzi miqrantlar elə sonradan da Rusiyada qalır, buradan evlənir və beləcə həmin ölkələr üçün demoqrafik problem yaradır. İnstitusional və sosial faktorlar, siyasi təzyiqlərin az olması, daha yüksək gəlir əldə etmək imkanı və şəxsi inkişaf perspektivləri də Mərkəzi Asiya insanlarını Rusiyaya bağlayan faktorlardandır. Rusiyada işləyən miqrantların ölkələrinə göndərdikləri pul bu ölkələrin ÜDM-də önəmli yer tutaraq, onların iqtisadi inkişafında mühüm rol oynayır. Rusiyadakı miqrantların çoxu qeyri-qanuni əsaslarla işləyir və yaşayır, heç bir əmək hüququ təmin edilmədən işləyir və rusların imtina etdikləri ən aşağı gəlirli işlərdə çalışırlar. Rusiya üçün onlar bir tərəfdən əlavə yük olsa da, bu miqrantlardan imtina etmək də mümkün deyil, çünki ruslar onların işlədikləri sahələrdə çalışmaq istəmirlər və nəticədə əmək bazarında başluq yaranır. 2004-də Rusiya ilə Tacikistan arasında əmək miqrantları ilə bağlı müqavilə bağlanması, bu məsələnin nə qədər ciddi olduğunu bir daha göstərdi. Rusiyanın Tacikistana qarşı istifadə etdiyi siyasi rıçaqlardan başlıcası miqrantlar məsələsidir. Qeyri-rəsmi mənbələrə görə əmək miqrasiyası Rusiyanın Tacikistanı bu ölkədəki rus bazası ilə əlaqədar təhdid etdiyi məsələlərdəndir. 2005-ci ildən miqrasiya ilə bağlı qanunvericiliyə Rusiyanın dəyişikliklər etməsi və sənədləşmənin mürəkkəbləşdirilməsi bu ölkəyə qeyri-qanuni miqrant axımını artırıb.
İqtisadi rıçaqlar da Rusiya üçün miqrasiyadan az önəmli rol oynamır. Bu Orta Asiyada əsasən dövlət şirkətləri vasitəsilə edilir. Bu ölkələrdə müxtəlif sahələrdə həyata keçirilən layihələrdə rus şirkətləri geniş miqyasda iştirak edir, demək olar ki bu sahədə infrastrukturun qurulması ilə əsasən Rusiya məşğul olur. Rəsmi Moskvanın bu ölkələrdə investisiya kapitalı çox genişdir və bu bu həmin ölkələri böyük həcmdə borclandıraraq Rusiya qarşısında öhdəliklər götürməsinə səbəb olur. Regionun riskli xarakteri isə digər böyük dövlətləri bura investisiya yatırmaqdan çəkindirsə də, Moskvanın buradakı iqtisadi mühitə yaxından bələdliyi onun üçün bunu asanlaşdırır. Tacikistan və Qırğızıstanda enerji sahəsində böyük layihələr, eləcə də RusAlın bu ölkələrin bazarına geniş çıxışı Kremlin buradakı marağının göstəriciləridir. Rusiyanın özəl şirkətləri belə bu ölkələrdəki iqtisadi layihələrdə iştirak edirlər.Regionda maliyyə və biznes sahəsində çətinliklər, əmək bazarının məhdudluğu, zəif infrastruktur və korrupsiya Qərb şirkətlərini buradan uzaqlaşdırmaqla Rusiya və Çinə geniş meydan açır. 1998-də Qırğızıstanın Ümumdünya Ticarət Təşkilatına üzv olması onun maliyyə və biznes sahəsində nisbətən şəffaf siyasət yürütməsinin əsas səbəbidir. Rusiyanın son illərdə həyata keçirdiyi Gömrük Birliyi və bu çərçivədə qurmaq istədiyi Azad İqtisadi Zona isə Çini bu regiondan həm də uzalqşadırmağa yönəlib. Rusiyanın regiondakı hərbi rıçaqları da buradakı sosial və iqtisadi maraqları qorumağa yönəlib. Təhdidləri ümumiləşdirsək, belə nəticəyə gələ bilərik ki Rusiyanın Mərkəzi Asiya ölkələrinə münasibətdə istifadə etdiyi əsas rıçaqlar siyasi, iqtisadi, humanitar, enerji və hərbi sahədədir. Rusiyanın əsas strateji məqsədi isə bu regionu MDB-nin xüsusi eksklüziv sahəsində saxlamaqla kənar qüvvələri buradan uzaqlaşdırmaqdır. Rusiya hələ də bu ölkələri təsir sahəsi kimi görür və geosiyasi dəyişiklik olmazsa və ya bu dövlətlərin siyasətində köklü dəyişiklik baş verməzsə bu belə də qalacaq. Kreml üçün buradakı rejimlərlə birbaşa əlaqələr və onların dəstəklənməsi bu strateji məqsədə xidmət edir. Tacikistan və Qırğızıstan kimi kiçik ölkələr isə Rusiyanın təsirinə daha açıqdır. Qazaxıstanın isə geniş ərazisinə rəğmən əhalisinin az olması və rus azlığın olması ona müstəqil siyasət yürütməkdə mane olur. Türkmənistanın yerləşdiyi mövqe, İranla qonşu olması və bol enerji ehtiyatları səbəbindən ətraf dünya üçün cəlbediciliyi və qapalı siyasi rejimi isə onu Rusiya təsirindən müəyyən məsafədə saxlamağı bacarır.
Mərkəzi Asiya hazırda böyük geosiyasi güclərin kəskin mübarizə məkanına çevrilib. Tədricən onun şiddətlənməsi mümkündür. Burada böyük dövlətlərin bir-birinə güzəştə getmək istəməməsi yaranmış vəziyyətə xüsusi məzmun verir. Onu da nəzərə almaq lazımdır ki, Asiya getdikcə daha böyük miqyasda qlobal geosiyasətin təsiri altına düşür. Bu məkanda dünyanın taleyini həll edə biləcək proseslər gedir. Çinin məhz həmin regionda yerləşməsi və onun Amerikanın əsas rəqibinə çevrilməsi Mərkəzi Asiyanın əhəmiyyətini daha da artırır. Bunların fonunda Mərkəzi Asiyaya yaxın regionlarda cərəyan edən geosiyasi proseslərdə risk faktoru arta bilər. Çinin “Böyük İpək Yolu” və bunun ardınca “Bir kəmər, bir yol” geosiyasi platformasında Mərkəzi Asiya da mühüm yer tutur. Qeyri-müəyyənliyin bu cür məzmun kəsb etməsi gələcəkdə qarşısıalınmaz və gözlənilməz hadisələrə təkan verə bilər.


Yüklə 99,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin