İstiqamət: Cisimlər və hadisələr
Təb.VI.3. Şagird cisimlərin hərəkət trayektoriyasını xarakterizə edə, onların sürəti barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Cismin hərəkət trayektoriyalarını (xətt, sınıq, dairəvi) təsvir edir, bir-biri ilə müqayisə edir və sxematik əks etdirirsə;
-
Öz hərəkətinə diqqət yetirir, göstəricilər (keçilmiş məsafəni və zaman aralıqlarını ölçür) toplayır, onların bərabərliklərini təhlil edir və sürəti fiziki böyüklük kimi xarakterizə edirsə;
-
Sadə sınaqlar keçirir və müxtəlif cisimlərin sürətini ölçür, nəticələri müxtəlif əksetmə vasitələri ilə təqdim edə bilirsə;
-
Sürətin vahidini tərtib edir və onun ətrafında mövcud olan cisimlərin (məs., insan, velosiped, avtomobil) ehtimal edilən sürətləri müəyyənləşdirir, onları müqayisə edə bilirsə.
Dostları ilə paylaş: |