Fiz.VIII.9. Şagird enerjinin formaları və mənbələri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Enerjinin formalarını (mexaniki, işıq, istilik, elektrik) fərqləndirir və onlardan istifadə etmək misallarını sadalayırsa;
İşığın və istiliyin təbii və süni mənbələrini fərqləndirir və təsvir edirsə, onlardan praktikada istifadə olunması barədə mülahizə yürüdürsə;
Enerjinin bir formadan digərinə çevrilməsi misallarını sadalayırsa (məs., su elektrik stansiyası; suyun mexaniki enerjisi – elektrik enerjisi-işıq (lampa), mexaniki (mühərrik) və ya istilik enerjisi, elektrik isidicisi);
Orqanizmin enerji mənbəyi kimi qida maddələrini müzakirə edə bilirsə;
Enerjinin bərpaolunan və bərpaolunmayan mənbələrini bir-biri ilə müqayisə edirsə, onların müsbət və mənfi cəhətləri barədə mülahizə yürüdürsə;
Enerjiyə qənaət etməyin mümkün yollarını izah edirsə, onun zəruriliyi barədə mülahizə yürüdür və bu barədə misallar gətirə bilirsə;
İnsan tərəfindən enerji yaranması və ondan istifadə olunması barədə qədim dövrdən indiyədək informasiya toplayır, referat hazırlayırsa;
Ona tanış olan ətraf mühitdə mövcud olan təbii enerji mənbələri barədə informasiya toplayır və onlardan istifadə etmək yollarını əks etdirə bilirsə.