Fiz.VIII.7. Şagird sadə elektrik və maqnit hadisələrini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Yüklənmiş cisimlərin qarşılıqlı hərəkətini öyrənmək üçün sınaqlar keçirir, təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Maddələrin elektrik keçiriciliyini müşahidə etmək üçün sınaqlar keçirir və müvafiq nəticələr çıxarırsa;
Cərəyanın gücünü, gərginliyini, müqavimətin onların müəyyən edilmiş kəmiyyətlərdən asılılığını miqdarca xarakterizə edirsə;
Elektrik ötürücü naqillərində paralel və ardıcıl birləşmələri qura bilirsə, elektrik naqilinin xarakterik parametrləri arasında kəmiyyət əlaqələrini tədqiq edirsə;
Naqilin dövriyyəsi üçün Om qanununu kəmiyyətcə formalaşdırır və ondan konkret problemin həllində istifadə edirsə;
Gündəlik həyatda istifadə olunan elektrik cihazlarının hərəkət prinsiplərini izah edir və elektriklə bağlı konkret problemlərin həlli yollarını tapırsa;
Coul-Lens qanunu kəmiyyətcə formalaşdırır və ondan konkret problemin həllində istifadə edirsə;
Sınaqların vasitəsi ilə cərəyanın maqnit təsirini müşahidə edir, xüsusiyyətinə görə təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Elektrik maqnitindən istifadə etməklə sadə cihaz modelini qurur və təqdim edirsə;
Eksperimentlərin planlaşdırılması və keçirilməsi zamanı eləcə də gündəlik həyatda elektrik cihazlarından istifadə etmək təhlükəsizlik qaydaları biliyini nümayiş etdirirsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan məsələlərin həllində adekvat istifadə edirsə.