Fiz.güc.VIII.6. Şagird enerjinin formaları və mənbələri barədə mülahizə yürüdə bilər
səhifə 153/240 tarix 25.12.2016 ölçüsü 289,44 Kb. #3075
Fiz.güc.VIII.6. Şagird enerjinin formaları və mənbələri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir , əgər şagird:
Enerjinin formalarını – mexaniki, işıq, istilik, elektrik enerjiləri növlərini fərqləndirə bilir və onlardan istifadə etmə misalları gətirirsə;
İşığın və istiliyin təbii və süni mənbələrini seçir və təsvir edirsə , onlardan praktikada istifadə etmək barədə mülahizə yürüdürsə ;
Enerjinin bir formadan digərinə çevrilməsi misallarını (məs., su elektrik stansiyası: suyun mexaniki enerjisi – elektrik enerjisi – işıq (lampa), mexaniki (mühərrik) və ya istilik enerjisi (elektrik isidici) gətirirsə;
Qida maddələrini orqanizmin enerji mənbəyi kimi müzakirə edirsə ;
Enerjinin bərpaolunan və bərpaolunmayan mənbələrini müqayisə edir, onların müsbət və mənfi cəhətləri barədə mülahizə yürüdürsə;
Enerjiyə qənaət etməyin mümkün yollarını izah edir, onun zəruriliyi barədə mülahizə yürüdür və misallar gətirirsə ;
İnsan tərəfindən enerjinin alınması və ondan istifadə olunması barədə qədim dövrdən bu günədək mövcud informasiyaları toplayır, referat hazırlayırsa;
Yerli mühitdə mövcud olan təbii enerjinin mənbələri barədə informasiya toplayır və ondan səmərəli istifadə etmək yollarını təsvir edə bilirsə.
Dostları ilə paylaş: