İstiqa mət: Canlı aləm
Biol.X.5. Şagird hüceyrədə baş verən proseslər barədə mülahizə yürüdə və onların orqanizm üçün əhəmiyyətini əsaslandıra bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Hüceyrənin struktur komponentlərinin qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdür və hüceyrəni bir tam kimi müzakirə edirsə;
-
Membranın maye-mozaika modelindən hüceyrə ilə ətraf mühit arasında əlaqənin nümayiş etdirilməsində istifadə edirsə (məs., seçkili keçiricilik, diffuziya, osmos, fəal nəqliyyat, endositoz, ekzositoz, “özününkünün” və “yadın” tanınması);
-
Hüceyrənin tərkibinə daxil olan qeyri-üzvi və üzvi maddələrin orqanizm üçün zəruriliyini əsaslandırırsa;
-
İllüstrasiya və ya model vasitəsi ilə biopolimerlərin quruluşları arasında oxşarlıq və fərqləri göstərir və onların hər bir hüceyrə üçün və bütöv orqanizm üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə;
-
Suyun fiziki və kimyəvi xassələri arasında onun həyat üçün zərurətini əsaslandırırsa;
-
Sınaqlar keçirir və katalizatorlu proseslərin intensivliyinin bəzi faktorlardan asılılığını tədqiq edirsə (məs., temperatur, pH ), göstəriciləri qrafik şəkildə əks etdirir və nəticələri təhlil edirsə;
-
Anabolik və katabolik proseslərin məğzi barədə mülahizə yürüdür, onların gedişini təsvir edir və sxematik əks etdirirsə;
-
Hüceyrənin qeyri nəzarətli ayrılması prosesində - şişlərin inkişafında kanserogenik maddələrin rolu barədə informasiya toplayırsa;
-
Konkret halda (məs., əqli və fiziki yüklənmə, sakitlik vəziyyəti, hipoksiya, tireotoksikoz, diabet) hüceyrənin metabolizminin necə olacaq barədə mülahizə yürüdürsə, ehtimalı təsdiq etmək üçün informasiya toplayırsa.
Dostları ilə paylaş: |