Biol.X.10. Şagird uzlaşdırıcı sistemlərin orqanizm üçün əhəmiyyətini təsdiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Orqanizmlərdə qıcıqlanmalara cavab olaraq yaranmış proseslər barədə mülahizə yürüdürsə;
Böyümə, inkişaf etmə və stimula cavab reaksiyalarının əlaqələndirilməsində bitki hormonlarının rolunu xarakterizə edirsə;
Müxtəlif növ hüceyrələrin və toxumaların normal fəaliyyəti üçün uzlaşdırıcı sistemlərin əhəmiyyətini təhlil edirsə;
Sinir və endokrinik sistemləri müqayisə edirsə (təsir zamanı, informasiya ötürülməsinin forması, cavabın müddətliliyi, təsir arealı). Nəticələri cədvəl şəklində təqdim edirsə;
Beynin müxtəlif sahəsinin əhəmiyyətini xarakterizə edir və mərkəzi sinir sisteminin inteqral funksiyasını əsaslandırırsa;
Sinir sistem üçün bəzi tip preparatın zərərli effekti barədə söhbət aparırsa;
Hormonun ayrılmasının iki tərəfli nizama salınması prosesini təsvir edirsə (mərkəzi sinir sistemində nizama salma və qanda verilmiş hormonun konsentrasiyasının nizama salınması);
Şərti və şərtsiz refleksləri fərqləndirir və refleks qövsünü sxematik əks etdirirsə.