Biol.X.9. Şagird nəqletmə sisteminin orqanizm üçün əhəmiyyətini əsaslandıra bilər.
Nəticə göz önündədir, əgər şagird:
Bitkilərdə suyun və qida maddələrinin nəqletmə mexanizmini təhlil edirsə;
Ətraf mühit şəraitlərinin təsiri ilə suyun nəqlinin intensivləşməsinin bitkilərdə dəyişikliklərini tədqiq edirsə;
Qan dövranı sisteminin 4 əsas komponentini (sahə-qan, keçirici millər – qan damarları, nasos-ürək, dövranın bilavasitə seqmenti-kapillyarlar) xarakterizə edir və maddələrin nəqli prosesində hər birinin əhəmiyyəti barədə mülahizə yürüdürsə;
İllüstrasiyadan istifadə etməklə qanın qırmızı hüceyrəsinin qan dövranı sistemində hərəkətini təsvir edirsə (məs., bir eritrositin aortadan sol kisəciyə hərəkəti);
Antigen və anticisimin qarşılıqlı təsiri modelini yaradır və bu qarşılıqlı təsirin əhəmiyyəti barədə fikir yürüdürsə;
Sistolik və diastolik təzyiqləri fərqləndirirsə. Qan təzyiqini ölçə bilirsə. Ürəyin işi və qan təzyiqi arasında mövcud olan qarşılıqlı asılılıqlar barədə mülahizə yürüdə bilirsə;
Avtonom sinir sistemi tərəfindən ürəyin və qanın təzyiqinin nizama salınması prosesini təsvir edirsə;
Sağlam həyat tərzini və sağlamlığa təsir göstərən risk-amillərin təsirinin azaldılmasının əhəmiyyətini təhlil edirsə;
Bəzi ürək-qan-damar patologiyasını xarakterizə edirsə (məs., atreskleroz, ürək çatışmazlığı, ürək əzələsinin iflici).