İstiqamət: Cisimlər və hadisələr
Təb.IV.3. Şagird istilik keçirən və keçirməyənləri bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Təhlükəsizlik qaydalarına əməl edirsə və müxtəlif materialdan hazırlanmış cisimlərin istilik keçirmə qabiliyyətini müşahidə etmək üçün sadə sınaqlar keçirirsə, nəticələri təqdim edir və nəticələr çıxarırsa;
-
Gündəlik həyatdan istiliyin saxlanılması misallarını sadalayırsa (məs., binanın istilik izolyasiyası, yun paltar, termos);
-
Məişət əşyalarından istilik keçirənləri və istilik izolyatorlarını tanıya bilirsə;
-
İstilik saxlama ilə əlaqədar sadə problemləri həll edirsə;
-
Təbii istilik izolyatorlarının (məs., yun, pambıq, yağ) orqanizm üçün əhəmiyyətini təsvir edə bilirsə.
Dostları ilə paylaş: |