d) İstiqamətlərin təsviri
Təbiətşünaslığın məktəb kursu istiqamətlərə bölünmüşdür, onların hər biri tədrisin bu və ya digər pilləsində / sinifdə diqqətin məhz nəyə yönəldilməsini nümayiş etdirir. İstiqamətlər bir-birləri ilə sıx əlaqədədir və aləmin vahidliyinin başa düşülməsinə xidmət edir.
İbtidai pillədə “Təbiətşünaslıq” fənni şərti olaraq dörd istiqamətə bölünmüşdür:
-
Canlı aləm (biologiyanın elementləri);
-
Cisimlər və hadisələr (fizika və kimyanın elementləri);
-
Yer kürəsi və ətraf mühit (coğrafiyanın və astronomiyanın elementləri);
-
İnsan və ətraf mühit (mülki təhsilin elementləri).
“İnsan və ətraf mühit” və “Yer kürəsi və ətraf mühit” istiqamətləri yalnız ibtidai pillədə təbiətşünaslıq kursunda inteqrasiya olunmuşdur, “Cisimlər və hadisələr” istiqaməti isə sonrakı pillədə iki istiqamətə bölünür: “Fiziki hadisələr” və “Kimyəvi hadisələr”.
Dostları ilə paylaş: |