Biol.VIII.8. Şagird insanların artım sisteminin özünəməxsusluqlarını və rüşeymin inkişaf mərhələlərini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İllüstrasiyada insanın cinsi hüceyrələrini tanıyır və onların funksiyalarını sadalayırsa;
Ovo- və spermatogenezi fərqləndirir və cinsiyyət vəzlərin müxtəlif zonada cərəyan edən proseslərini (məs., çoxalma zonası – mitoz, yetişmə zonası – meyoz) təsvir edirsə;
Meyoz və mayalanmanın (genetik materialın yarı olması/birləşməsi ) nəticəsini müqayisə edir və onların bioloji rolu barədə mülahizə yürüdürsə;
Sxematik təsvirdə embrionun inkişaf mərhələlərini (məs., ziqot, blastomerlər, blastula və sairə) fərqləndirirsə;
Reproduksiyalı sağlamlıq barədə informasiya toplayırsa. Təqdimat edirsə.