Coğ.X.1. Şagird siyasi xəritənin formalaşdırılmasını dünyada baş verən əhəmiyyətli hadisələrlə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Dünyanın siyasi xəritəsinin formalaşdırılmasının əsas mərhələlərini ayıra bilirsə, siyasi xəritədə əks olunmuş say və xüsusiyyət dəyişiklikləri barədə mülahizə yürüdə bilirsə; nəticələri onun üçün arzuolunan formada əks etdirirsə;
Qrup şəklində iş zamanı əldə edilmiş informasiyanı XX əsrin 90-cı illərində baş verən proseslər barədə informasiyaları sadalayırsa və onları müasir siyasi xəritənin formalaşdırılması ilə əlaqələndirirsə; səbəb-nəticə əlaqəsini arzu olunan formada əks etdirirsə;
Dövrə əsasən dünyanın siyasi xəritəsinin dəyişikliklərini konturlu xəritəyə köçürə bilirsə və tematik atlas yaradırsa.