Coğ.X.6. Şagird ərazi və geosiyasi amillərin cəmiyyətin inkişafına təsirini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Coğrafi yerləşmənin səviyyələrini (regional, qitə, dəniz sahili, zonal, qonşuluq və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə münasibətlər) xarakterizə edirsə; qeyd edilən göstəricilərə əsasən müxtəlif ölkələri cədvəldə qruplaşdırırsa;
Misallar gətirir və müxtəlif ölkələri idarəçilik formalarına və ərazi quruluşuna əsasən müqayisə edə bilirsə;
Dünyanın regional diferensiyası barədə mülahizə yürüdür və regionları tarixi-coğrafi və ekoloji əlamətlərinə görə müqayisə edirsə;
Qrup halında iş zamanı geo-siyasətin tərkib hissəsi olan əhəmiyyətli komponentləri (iqtisadi, demoqrafik, sosial və hərbi siyasət) qruplaşdırırsa və qeyd edilən meyarlara əsasən ölkələri geosiyasi xəttə əsasən qruplaşdırırsa;
Əhəmiyyətli beynəlxalq hərbi-siyasi, maliyyə və iqtisadi təşkilatların onlara üzv olmuş ölkələrin inkişafı üçün rolunu təhlil edirsə. Ölkələri əsas təşkilatlara aid edə bilirsə; onların genişləndirilməsi perspektivləri barədə mülahizə yürüdür və müvafiq xəritələr yarada bilirsə.