Bu və ya digər xalqın mədəniyyətinin başqa ölkənin tarixi-mədəni gerçəkliyinə pozitiv və ya neqativ təsir göstərdiyi barədə mülahizə yürüdür və bunları sadalaya bilirsə (məs.: ərəblər və İspaniya, monqollar və Rusiya);
Fərdi və qrup halında iş zamanı başqa mədəniyyətin təsir göstərdiyi gürcü mədəniyyəti abidələrini (məs.: ədəbiyyat, təsviri incəsənət) sadalayırsa; öz seçimini əsaslandırırsa;
Gürcü dini və ya milli təyinatlı abidələri seçir və analoji təyinata malik başqa ölkələrin abidələrinin memarlığını aşkara çıxarırsa;
Müxtəlif dövrlərin urbanik mərkəzlərini bir-biri ilə müqayisə edirsə (məs.: Roma dövrünün şəhəri və orta əsrlərin şəhəri);
Orta əsrlər Gürcüstanının şəhərlərindən birini hər hansı bir Şərq və ya Avropa şəhəri ilə müqayisə edirsə və onun memarlığına və məişətinə müxtəlif mədəniyyətlərin təsiri barədə mülahizə yürüdürsə;
Sinif diskussiyası zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və hər birinin gürcü xalqının incəsənətinə, məişətinə təsiri barədə fikir söyləyə bilirsə.