Coğ.XI.5. Şagird qloballaşma prosesinin sosial-mədəni aspektləri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dünyada mədəni diffuziyanın müxtəlif təzahürləri ilə tanış olur və “qlobal mədəniyyət” xüsusiyyətləri barədə mülahizə yürüdürsə: musiqi, televiziya, idman, turizm;
-
Müasir dünyada urbanik landşaftların homogenləşməsi barədə mülahizə edirsə;
-
Mədəniyyətin qlobal diffuziyasının aspektləri – dil, turizm, mətbəx, media, qlobal brendlər (məs.: Makdonald, Koka-Kola) barədə mülahizə yürüdür və yerli mədəniyyətin rolunun azalması ilə əlaqələndirirsə;
-
Antiqloballaşma ideyaları ilə tanış olur və “Qloballaşma millətçiliyə qarşı” mövzusunda mülahizə yürüdə bilirsə;
-
Qloballaşmanın müsbət və mənfi amilləri barədə fikir yürüdə bilirsə.
Dostları ilə paylaş: |