Müxtəlif dövrlərdə daxili və xarici ticarətin inkişafına mane olan və ya kömək göstərən daxili və xarici amilləri cədvəl vasitəsi ilə qruplaşdırır və onlar barəsində mülahizə yürüdürsə;
Gürcüstanda nəqliyyatın inkişafı ilə bərabər ticarət əlaqələrinin necə dəyişdiyi barədə mülahizə yürüdürsə;
Gürcüstan ərazisində mövcud olan faydalı qazıntıların çıxarıldığı yerləri xəritədə qeyd edir və sənətkarlığın və ya sənayenin inkişafına onların çıxarılması kömək göstərmiş sahələr barədə söhbət apara bilirsə;
Öz nöqteyi-nəzərinə görə Gürcüstan iqtisadiyyatında xarici ölkənin idarəçiliyinin səbəb olduğu müsbət və mənfi dəyişikliklər barədə öz mülahizələrini yazılı şəkildə formalaşdıra bilirsə;
Gürcüstanda kənd təsərrüfatının, kənd təsərrüfatı texnikasının inkişafı ilə bərabər necə dəyişdiyi barədə mülahizə yürüdürsə, fərqli dövrlərdə Gürcüstanın müxtəlif guşələrində kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafını müqayisə edirsə;
Müxtəlif dövrlərdə bu və ya digər region ilə və ya məkanla Gürcüstanın iqtisadi qarşılıqlı əlaqələri barədə mülahizə yürüdə bilirsə.