Coğ.IX.8. Şagird əhalinin demoqrafik göstəricilərini və dinamik xüsusiyyətlərini ölkənin iqtisadi aktivliyi ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Statistik göstəricilərə söykənərək Gürcüstan əhalisinin dinamikası, məskunlaşması və sıxlığı barədə mülahizə yürüdürsə; onları sosial-iqtisadi vəziyyətlə əlaqələndirirsə;
Gürcüstanda əhalinin siyahıya alınması ənənələrini xarakterizə edirsə (Gürcüstan vilayətinin böyük dəftəri, Rusiya imperiyasının siyahıya almaları, SSRİ əhalisinin ümumi siyahıya alınması, müstəqil Gürcüstanın 2002-ci il əhalinin ümumi siyahıya alınması); onları başqa ölkələrin analoji təcrübəsi ilə müqayisə edir və onların etibarlılığı barədə mülahizə yürüdürsə;
Gürcüstan əhalisinin demoqrafik perspektivlərini təhlil edirsə; strateji göstəricilərə əsasən cins-yaş piramidaları tərtib edir və müxtəlif siyahıya alma tiplərinə malik ölkələrin analoqları ilə müqayisə edirsə;
Statistik informasiya əsasında Gürcüstanın iki kontrast regionunda mövcud demoqrafik vəziyyəti müqayisə edirsə; yaranmış vəziyyəti doğuran səbəblər və situasiyanı yaxşılaşdırmaq yolları barədə mülahizə yürüdürsə;
İnformasiya toplayır və müxtəlif ölkələrdə həyata keçirilmiş demoqrafiya siyasəti barədə mülahizə yürüdürsə; Gürcüstanda mümkün demoqrafiya siyasəti yeritmək ehtimalı irəli sürürsə.