Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə179/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   175   176   177   178   179   180   181   182   ...   244
İstiqamət: Kommunikasiya

Tar.X.8. Şagird tarixi mövzunu yaza bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Tarixi mövzunu yazmaq məqsədi ilə onun üçün maraqlı olan məsələləri seçir və onları tədricən konkretləşdirirsə;

  • Seçilmiş məsələ üzrə əvvəlcədən tədqiqat keçirdikdən sonra mövzunun əsas ideyasını – tezisini müəyyənləşdirirsə və onları təkliflər şəklində formalaşdırırsa¹⁹;

___________________

¹⁹Tədqiqatın ilkin mərhələsində tezisin müəyyənləşdirilməsi və təklif şəklində formalaşdırılması arzuolunandır, necə deyərlər işçi tezisi tədqiqatın sonrakı mərhələsində formalaşa-konkretləşdirilə bilər



  • Mövzunun məqsədini müəyyənləşdirirsə, yəni onun, mövzunun hansı təyinatı vardır – oxucunun tarixi məsələ ilə əlaqədar məlumatlandırılmasımı (yəni, tarixi məsələnin izahı aydınlaşdırılması) və ya oxucunu tarixi problemin özünə məxsus görüşünün (dəlilin) düzgünlüyünəmi inandıracaq;

  • Müəyyənləşdirirsə ki, onun yazdığı mövzunun oxuyucusu kim olacaqdır (məs.: sinif yoldaşları, müəllimi, yoxsa olimpiadanın münsiflər heyəti); bu məqsədlə aşağıdakı suallara cavab verir: gələcək oxucu mövzuda müzakirə olunan tarixi məsələ barədə əvvəlcədən nə bilir? Mənim mövzum oxucuya hansı biliyi verməlidir? Nə istəyirəm ki, oxucu yaxından görə bilsin? Mövzunu necə qurmalıyam ki, mənim ideyaların konkret oxucu üçün başa düşülən olsun?

  • Mövzunun yazılması planını tərtib edir ki, bu da aşağıdakıları nəzərdə tutur: a)planı tərtib edən zaman daha əhəmiyyətli ideyaların bir qrupda yerləşdirilməsi, nisbətən az əhəmiyyətliləri isə - o birisində və s.; b) aşağıdakı tip sxemin tərtib olunmasını:



Mövzunun tezisi (təklif şəklində)

Məs. 1920-21-ci illərdə Zaqafqaziya ölkələrinin müstəqilliyinin itirilməsini xarici siyasət amilləri şərtləndirdi.

Birinci əsas ideya

  1. Birinci əsas ideya ilə əlaqədar birinci köməkçi ideya

  1. Birinci əsas ideya ilə əlaqədar ikinci köməkçi ideya

  • Məqsəd və ya misal

  • Səbəb və ya misal




Məs.: Rusiya inqilabı

Bolşeviklərin hakimiyyətə gəlməsi

I dünya müharibəsinin nəticələri

İkinci əsas ideya

Birinci dünya müharibəsi və Paris sülh konfransı









  • Müəllimə (rəhbərə, sinif yoldaşlarına) mövzunun qaralama variantını təqdim edirsə²⁰;

____________________

²⁰ Mövzunun aşağıdakı strukturu olmalıdır: giriş-mövzunun başlıca probleminin qısa şərhi və bu problemə öz mövqeyinin tezis şəklində əks olunması; əsas hissə - öz mövqeyini əks etditmək və yaxud sübuta yetirmək üçün dəlillərin və misalların gətirilməsi; nəticə - mövzunun əsas hissəsində söylənilmiş dəlillərin və mülahizələrin yekunlaşdırılması.



  • Tarixi mövzunu yazma prosesində mövzunun dil cəhətini/yazını müəyyənləşdirirsə (ehtimal olunan oxucunun nəzərə alınması ilə, işin dili hansı çətinliyi olmalıdır, o bədii olmalıdır yoxsa və s. ). Sırf peşə terminlərindən yersiz istifadə etməkdən boyun qaçırırsa və klişelərdən istifadə etmirsə. Sitat gətirərkən, fikri başqa cür ifadə edərkən və ya başqasının fikirlərindən istifadə edərkən mənbəni mütləq göstərirsə;

  • Göstərilən seçilmiş üslubdan istifadə edir və ona ardıcıllıqla əməl edirsə, mövzuya istifadə olunmuş ədəbiyyatın siyahısını əlavə edirsə, səhifələrin nömrələnməsini həyata keçirirsə;

  • Qaralama variantının başa çatdırılmasından müəyyən vaxt keçdikdən sonra yenidən işləmək məqsədi ilə bir daha ona qayıdırsa: a) Mövzunun yenidən oxunması zamanı öz əl işinin gələcək oxucuların gözü ilə baxmağa çalışırsa; b) yenidən oxuma zamanı yoxlayırsa: əl işi nə dərəcədə yaxşı tərtib edilmişdir, qaralama variantı əvvəlcədən tərtib edilmiş plana uyğun gəlirmi, mövzu yaxşı işlənmişdirmi, yoxsa əksinə, mövzunun hər bir hissəsi tezis ilə məntiqi əlaqədədirmi, dəlillərin müxtəlif hissələri arasında nöqsanlar vardırmı, məzmunun və ya ayrı-ayrı söz birləşmələrinin təkrarına yol verilmişdirmi;

  • İkinci (və yaxud üçüncü variantın) yazılmasından sonra mövzunun redaktəsini həyata keçirirsə;

  • Mövzunun son variantını təqdim etməzdən əvvəl bir daha redaktə olunmuş variantı oxuyursa.,



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin