Tar.X.5. Şagird tarixi mənbələrin təsnifatını edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Maraqlı mənbələri tipoloji cəhətcə qruplaşdırırsa;
-
Nəqli və sənədli tarixə qədərki materialı bir-birindən fərqləndirməyi bacarırsa;
-
Etnoqrafik və arxeoloji göstəriciləri tarixə qədərki mənbə kimi əhəmiyyətini dərk edirsə;
-
Linqvistik göstəricilərin tarixəqədərki, mənbə kimi, əhəmiyyətini dərk edirsə;
-
Folklor materialı barədə, tarixə qədərki mənbə haqqında söhbət aparırsa.
Tar.X.6. Şagird ilkin və təkrar mənbələri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İlkin və təkrar mənbələr barədə mülahizə yürüdürsə;
-
Tarixi mənbənin müəllifi barədə öz fikrini deyirsə və onu tənqidi qiymətləndirirsə, yəni nə dərəcədə etibarlı olduğunu bildirirsə (məs.: müəllifin həmin hadisənin iştirakçısı olub-olmadığını tədqiq edirsə, onun hansı mənbələrdən istifadə etdiyini tədqiq edirsə; mənbənin müəllifinə senzura təsir göstərirdimi, yoxsa-yox);
-
Tarixi mənbəni yaratmaq məqsədini – müəllifin motivasiyasını müəyyənləşdirirsə(məs.: mənbə müəllifinin tarixi şəxsiyyətlə şəxsi münasibətlərini nəzərə alırsa, onun xaricilər barədə münasibətlərini, onun dövrünün ictimai mühitini, dəyərlərini və mentalitetini nəzərə alırsa);
-
Tarixi sənədin yaradılması vaxtı və yeri barədə informasiya əldə edibsə; mənbəni qiymətləndirərkən orada verilmiş tarixi hadisədən vaxt və yer nöqteyi-nəzərindən nə qədər uzaqlaşdığını nəzərə alırsa;
-
Mənbə müəllifinin ən başlıca məqsədi informasiyanı mənbədə mövcud olan bütün başqa informasiyalardan fərqləndirirsə (məs.:Yakob Uxutsesinin “Şuşanikin iztirabları” əsərində müəllifin məqsədi xristianlıq uğrunda başından keçən məlikənin həyatını təsvir etməkdir, lakin eyni zamanda bu əsərdə biz V əsrin II yarısı Kartlinin siyasi, sosial və mədəni vəziyyətləri barədə məlumatlar əldə edirik);
-
İlkin mənbələr üzərində iş zamanı tarixi hadisənin iştirakçılarının fərqli dəyərlərini, maraqlarını, baxışlarını, motivasiyalarını və başqa insani amillərini nəzərə alırsa;
-
Tarixi mənbələr üzərində iş zamanı səbəb-nəticə əlaqələrini müəyyən edirsə;
-
Tarixi mənbədən alınmış informasiyanı ictimai həyatın müxtəlif sahəsinə əsasən (siyasi, iqtisadi, mədəni, dini, sosial münasibətlər) qruplaşdırırsa;
-
Tarixi dövrü dərk edirsə: a) onun üçün maraqlı dövrdə mövcud olan dəyərləri, baxışları və imkanları formalaşdırırsa; o dövrün insanlarını öz dövrlərini necə dərk etdiklərini təsvir edə bilirsə; b) Keçmiş dövrün yalnız bugünkü mövqedən qiymətləndirilməsindən yan keçməyə çalışırsa.
Dostları ilə paylaş: |