Tar.X.1. Şagird tarixin xronologiyası və dövriliyi məsələləri barədə alternativ mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İl hesablanmasının müxtəlif sistemləri, onun meydana gəlməsi tarixi və səbəbləri barədə mülahizə yürüdürsə, il hesablanmasının qədim sistemlərini müasir ümumi yayılmış model ilə müqayisə edirsə; gürcü il hesablanması sistemi barədə mülahizə yürüdürsə;
Təqvimin müxtəlif sistemlərini tanıyırsa, onu dünyada ümumi qəbul edilmiş təqvimlə müqayisə edə bilirsə;
Tarixin mərhələləşdirilməsinin əsas qədim və müasir modellərini tanıyırsa, onlar barəsində mülahizə yürüdürsə;
Gürcüstan tarixinin mərhələləşdirilməsinin qədim və müasir modellərini tanıyırsa. Onu dünyada bu gün qəbul edilən tarixi mərhələləşdirmə ilə müqayisə edirsə.