İstiqamət: fövqəladə vəziyyətlərdə təhlükəsiz davranışın əsasları
Təh.IV.3. Şagird qeyri-adi şəraitdə təhlükəsiz davranış əsaslarını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Yad mühitdə hərəkət etməyin və ya yaşamağın mümkün təhlükələrini sadalaya bilirsə;
-
Konkret mühitə uyğun olaraq təhlükəsiz davranış qaydalarını təsvir edə bilirsə.
Proqramın məzmunu
IV sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
İctimai nəqliyyatda, attraksionlarda və qeyri-ordinar şəraitdə təhlükəsizlik: təhlükəsizlik qaydaları: metroda, avtobusda, nəqliyyat dayanacaqlarında, attraksionlarda, şəhərdə istiqamətlənmə, yad şəxslərlə münasibətlərdə, qeyri-ordinar (qeyri-adi) şəraitdə davranış qaydaları və s.
Yollarda təhlükəsizlik: yol hərəkəti qaydaları və nişanları; svetoforlarda və yol nizamlayıcılarında işarələrə əsasən hərəkət qaydaları. Velosipedlə hərəkət zamanı təhlükəsizlik. Uşaq qruplarının hərəkəti qaydaları və s.
Dostları ilə paylaş: |