İc.təh.V-VI.21. Şagird mədəniyyətin müxtəlif komponentlərini fərqləndirə və onların qarşılıqlı əlaqəsini müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mədəniyyət sahələrini və ya komponentlərini saya və onların aşkarlıqlarını təsvir edə bilirsə;
-
Mədəni insanın nə demək olduğunu öz sözləri ilə izah edirsə;
-
Gürcü mədəniyyətinin hər hansı bir sahəsini xarakterizə edirsə;
-
Xalq mədəniyyətinin ona tanış olan nümunələrini saya bilirsə, onlarda mədəniyyət ənənələri elementlərini mümkün qədər ayırmağı bacarırsa;
-
Gürcü mədəniyyətinə Qərb və ya Şərq mədəniyyətinin təsirini fərqləndirə bilirsə (məs.: geyim, memarlıq).
İc.təh.V-VI.22. Şagird Gürcüstan əhalisinin mədəni oxşar-fərqli cəhətlərini təsvir edə və müvafiq səbəbləri müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcüstanın müxtəlif ərazisində (guşəsində) xalq deyimlərini, şeirləri və mahnılarını qruplaşdıra bilirsə;
-
Özünün doğma guşəsində yerləşən memarlıq abidəsini (abidələrini) təsvir edirsə;
-
Gürcüstanda yaşayan millətlərin ailə və ya dini bayramlarını təsvir edə və onlar arasında paralellər apara bilirsə;
-
Gürcüstanın tarixi diyarları üçün xarakterik olan adət-ənənələri (mədəni rəngarəngliyi) müqayisə edə bilirsə.
İc.təh.V-VI.23. Şagird səyahətin və ticarətin əhəmiyyəti barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Səyahətlərin mümkün nəticələri barədə mülahizə yürüdə bilirsə (məs.: təcrübə- biliyin bir ölkədən digər ölkəyə keçirilməsi, ticarətin inkişafı, mədəniyyətin müxtəlif elementlərinin yayılması);
-
Əcnəbi səyahətçilər tərəfindən Gürcüstan haqqında toplanmış məlumatların ölkənin öyrənilməsi üçün əhəmiyyəti barədə fikir yürüdə bilirsə.
Dostları ilə paylaş: |