Coğ.VII.5. Şagird Yer kürəsinin daxili quruluşu barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Litosfer qatlarının hərəkəti barədə fikir yürüdürsə;
-
Zəlzələlərin və vulkanların yayılmasının qanunauyğunluqlarını izah edirsə;
-
Zəlzələlərin və vulkanların yayılmasının əsas areallarını konturlu xəritəyə köçürə bilirsə.
Coğ.VII.6. Şagird relyefin formalarını relyefin yaranma prosesləri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Relyefin əsas formalarını xarakterizə edirsə;
-
Endogen və ekzogen (karst, qlasialik və s.) prosesləri fərqləndirə bilirsə;
-
Dağlıq relyeflə əlaqədar təbii fəlakət hadisələri barədə mülahizə yürüdə bilirsə;
-
Təbii fəlakət hadisələrindən mümkün müdafiə tədbirləri barədə fikir yürüdə bilirsə (məs.: Svan memarlığının ətraf mühitlə uyğunluğu);
-
Dünyanın və Gürcüstanın əsas oroqrafik vahidlərini, qitənin yüksək zirvələrini konturlu xəritəyə köçürə bilirsə.
Dostları ilə paylaş: |