Məişət istehlak əşyalarını təbii ehtiyatlar tipi ilə əlaqələndirə bilirsə;
Sxemin köməyi ilə təbii sərvətlərin hasilatından istehlakınadək şəkil dəyişməni əks etdirə bilirsə (neft-yanacaq-elektrik enerjisi);
Sinifdə qrup halında iş zamanı sadalanmış resursların təsnifatını müxtəlif əlamətlə əks etdirirsə (məs.: onlara yiyələnmə vaxtına əsasən(qədim, köhnə, yeni, perspektivli) );
Təbii sərvətləri müxtəlif xarakterlərinə əsasən fərqləndirirsə və onları cədvəldə qruplaşdırırsa (tükənməz və tükənən (bərpa olunan,bərpa olunmayan));
Onun ailəsinin, şəhərin/kəndin, ölkəsinin istifadə etdiyi təbii sərvətlərin siyahısını tərtib edir; müvafiq şərti işarələrdən istifadə etməklə təbii sərvətlərin tapıldığı yerləri konturlu xəritədə qeyd edirsə;
Sinifdə qrup halında iş zamanı sadalanmış resurslardan istifadə etməklə baş vermiş çirklənmələr barədə mülahizə yürüdürsə (çox çirkləndirir, çirkləndirir, az çirkləndirir);
Qrup halında iş zamanı təsərrüfatın müxtəlif sahəsi tərəfindən bəzi resursun istehlakı zərurəti və intensivliyi barədə mülahizə yürüdürsə və onlara qənaət edilməsi yollarını müəyyənləşdirirsə (məs., su və elektrik enerjisi).