Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı cədvəlin vasitəsi ilə müxtəlif müharibənin (münaqişənin) başlanmasının məqsəd və səbəblərini qruplaşdıra bilirsə; məs.:
Müharibə
Məqsəd
Səbəb
VII əsrin əvvəlində Bizans-İran müharibəsi
İranın Bizansa münasibətdə ərazi iddiaları
602-ci ildə Bizans imperatoru Mavrikionun öldürülməsi
Didqori döyüşü
IV David Ağmaşenebeli tərəfindən Türk-Səlcuqların Gürcüstandan qovulması
Müxtəlif dövrlərin müharibələri zamanı istifadə olunmuş silahları müqayisə edirsə (məs.: yığcamlıq, səmərəlilik, istehsala əsasən”;
Sinifdə qrup halında iş zamanı ona məlum olan müharibələrin siyahısını tərtib edir və onları cədvəl vasitəsi ilə xarakterinə və miqyaslarına əsasən qruplaşdırırsa. Məs.:
Sinifdə qondarma oyun zamanı dialoq vasitəsi ilə hər hansı bir münaqişənin nizama salınması yollarını tapmağa çalışırsa;
Sinifdə qrup halında iş zamanı eyni dövrün müxtəlif ölkəsinin hər mədəniyyətini müqayisə edirsə (əsirlərə, yaralılara, həlak olanlara münasibət);
Tarixi-ədəbi irslərdən fərqli dövrlərdə və mədəniyyətlərdə döyüşçünün davranış məcəlləsini müəyyənləşdirə bilirsə;
Müasir dünyada döyüş əməliyyatları zamanı qəbul olunmuş qanunlara və normalara əməl etmək zəruriyyəti barədə mülahizə yürüdürsə. Onların həm müsbət, həm də mənfi cəhətləri haqqında fikir yürüdə bilirsə;
Bu və ya digər müharibələrin səbəb olduğu ərazi dəyişikliklərini Avropanın konturlu xəritəsinə köçürməyi bacarırsa (məs.,I Dünya müharibəsi);
Müharibənin qurbanlarının kateqoriyalarını sadalayırsa, sinif yoldaşlarından ibarət qrupla birlikdə kateqoriyalardan birinin hüquqlarını müəyyənləşdirən normaları və onlara əməl etmək mexanizmlərini müzakirə edirsə; seçilmiş kateqoriyaya beynəlxalq humanitar hüquq normalarının işlənib-hazırlanmasına qədər və ondan sonrakı dövrdə işğalın konkret nümunələrini bir-biri ilə müqayisə edirsə;
Hərbi əməliyyatlar arealında baş vermiş texniki fəlakətlər barədə informasiya toplayır və onların mənfi nəticələri haqqında mülahizə yürüdürsə.