Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə77/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   73   74   75   76   77   78   79   80   ...   244
İstiqamət: Zaman və məkan

Coğ.VII.1. Şagird coğrafi il hesablanması sistemini mənimsəyə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Yer kürəsinin inkişafı ərzində baş vermiş əhəmiyyətli hadisələrin ardıcıllığı barədə ehtimal söyləyə bilir (məs., hidrosfer, atmosfer, qitələrin və həyatın yaranması) və onların geoxronoloji şkalasını müqayisə edirsə;

  • Geoxronoloji şkalanın köməyi ilə geoloji eraları və onlar üçün xarakterik olan üzvi aləmi qruplaşdıra bilirsə.

Coğ.VII.2. Şagird coğrafi informasiyanı əldə etmək üçün müxtəlif əyani vasitələri oxuya bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • Şəkillər, cədvəllər, qrafiklər və xəritələrdən istifadə etməklə coğrafi informasiyanın interpretasiyasını apara bilirsə (məs., cinsi-yaş piramidasını təhlil edə bilərsə);

  • Əfsanədən istifadə etməklə informasiyanı konturlu xəritəyə və başqa köməkçi əyani vasitələrə köçürə bilirsə;

  • Yer kürəsinin saat qurşaqları xəritəsindən istifadə edirsə və öz ölkəsinin vaxtını başqa qurşaqlarda mövcud olan ölkənin vaxtı ilə müqayisə edə bilirsə;

  • Təsəvvürlə Şərqdən Qərbə və ya Qərbdən Şərqə doğru Yer kürəsi ətrafında səyahət edirsə; Tarixlərin dəyişməsi xəttinin təyinatı və yerləşdirilməsi prinsipləri barədə mülahizə yürüdürsə; eləcə də səyahət zamanı yaranmış çətinliklər və onları aradan qaldırmaq vasitələri barədə fikir yürüdürsə;

  • Əyani vasitələrdə verilmiş bir tip coğrafi informasiyanı başqa növdə əks etdirirsə (məs.: dünya xəritəsində əhəmiyyətli çayları tapırsa və cədvəldə qitələrə əsasən qruplaşdırırsa; mətndə verilmiş informasiyanın əsasında okeanların sahəsinin bölünməsinin dairəvi diaqramını qura bilirsə).


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin