Tar.IX.7. Şagird gürcü mədəniyyətinin müxtəlif sahələrinin formalaşdırılması və inkişafı barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gürcüstanda və onun hüdudlarından kənarda mövcud olan kilsə və təhsil ocaqlarını xəritədə qeyd edirsə və burada tədris olunan fənlərin siyahısını tərtib edə bilirsə;
Onun yaşadığı yaşayış məntəqəsində (şəhərdə, kənddə, rayonda) yerləşmiş mədəni irs abidələrini (məs.: Tbilisili şagird Ançisxati məbədini və yaxud Narın qalasını xarakterizə edir, Qoridən şagird Uplissixeni və ya Qori qalasını xarakterizə edir, Kutaisili şagird Baqratın məbədini xarakterizə edir...) yazılı təsvir edir və onları xarakterizə edirsə;
Ona tanış olan gürcü memarlıq abidələrini (məs.: milli təyinatlı – sarayları, hamamları və s.; müdafiə təyinatlı-qala-şəhərləri, qalaları və s.; kult təyinatlı-məbədləri, kilsə - monastırları) funksiyalarına əsasən qruplaşdırır və xəritədə qeyd edirsə;
Gürcü mədəniyyətinin ən çox nailiyyət qazanan sahələrini saya bilirsə;
Ən əhəmiyyətli gürcü ədəbiyyatı və təsviri incəsənəti abidələrinin yaradılması tarixi və əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;
Ən əhəmiyyətli gürcü və xarici mədəniyyətin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri barədə mülahizə yürüdürsə. Bir konkret məsələni müzakirə edən mövzu yazırsa (məs.: Ellin dövründə Yunan aləmi ilə münasibətlə, xristian və Şərq mədəniyyətlərinin orta əsrlər gürcü mədəniyyətinə təsiri və s.).