Mül.IX.5. Şagird şəxsiyyət və cəmiyyət üçün əhəmiyyətini dərk etməklə sağlam həyat qaydasına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sağlam və qeyri-sağlam ərzaqları fərqləndirirsə, sağlam ərzaqların insanın/cəmiyyətin rifahı və dayanıqlı inkişafı üçün əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;
Tarazlaşdırılmış gün rejimi barədə mülahizə yürüdür və bunu əsaslandırmağı bacarırsa (təhsil-istirahət), onun insanın sağlamlığı və cəmiyyətin xoş rifahı üçün əhəmiyyətini əsaslandıra bilirsə;
Tütündən istifadə ilə əlaqədar riskləri təsvir edir və onların insan sağlamlığına və cəmiyyətin rifahına mənfi təsirini göstərməyi bacarırsa;
Alkoqoldan xəstə halda istifadə etməyin nə demək olduğunu izah edirsə, müvafiq risklər barədə mülahizə yürüdür və alkoqolun insanın/cəmiyyətin rifahına mənfi təsirini əsaslandırmağı bacarırsa;
Qeyri-leqal narkotik vasitələrin nə demək olduğunu izah edə bilirsə, müxtəlif narkotik vasitələrdən xəstə halda istifadə etməklə əlaqədar ümumi və spesifik risklər barədə mülahizə yürüdürsə;
Sağlam həyatın adi preventiv qaydalarına əməl edirsə, tütün, alkoqol, narkotik vasitələrdən istifadə etməyin və qumar oyunlarında iştirakın qeyri-mümkünlüyü/məhdudluğu prinsiplərinə əməl edirsə;
Sağlamlıq üçün təhlükəsiz mühitin təminatı üçün məktəb qaydalarına və qanunun tələblərinə əməl edirsə;
Sağlam ətraf mühitin insanın/cəmiyyətin rifahı üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə; sağlam mühitə hansı hərəkətlərin təhlükə yaratdığını təsvir edə bilirsə; hansı növ hərəkətlərin ətraf mühitin mühafizəsinə təsir etdiyini təsvir edə bilirsə;
Onların tələbatları, maraqları və hüquqlarının nəzərə alınması ilə öz sinif yoldaşları ilə əməkdaşlıq edirsə;
Sosial xəstəliklərə (məs.: alkoqolizm, narkomaniya, immun çatışmazlığı, vərəm və s.) malik adamlara cəmiyyətin qalan üzvlərinin münasibəti barədə inşa yaza bilirsə, harada ki, onun tərəfindən təsvir edilmiş münasibətlərin ədalətliliyi barədə öz mövqeyini əsaslandırırsa.