Mül.IX.3. Şagird şəxsiyyətin inkişafı üçün peşəkarlığın əhəmiyyətini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İnsanın tələbatlarının artdığı barədə müxtəlif nəzəriyyələrin müzakirəsində kiçik qrupla birlikdə iştirak edirsə, qrup tərəfindən irəli sürülmüş və əhəmiyyətinə görə yerləşdirilmiş insan tələbatlarının siyahısını sinfə tanış edirsə; Qrupun razılaşdırılmış mövqeyini əsaslandırırsa;
Onun fikrincə, bir neçə nailiyyətli insanı sayırsa, onların nailiyyətlərinin şəxsi səbəblərini müzakirə edirsə və onlardan peşəkarı ayıra bilirsə;
İnsanın peşəkarlığının xarakterik xüsusiyyətlərini sadalayırsa və onları insanın özü ilə dünyaya gəlmiş və sonradan qazandığı xüsusiyyətlərlə əlaqələndirməyi bacarırsa;
Peşəkarlığın xarakterik xüsusiyyətlərini şəxsi xüsusiyyətlər və xarici amillərə əsasən qruplaşdırmağı bacarırsa;
İnsanın peşəkarlığının şəxsi xüsusiyyətlərini bilik, qabiliyyət və əməyə münasibətə əsasən qruplaşdırmağı bacarırsa;
Məsuliyyət hissinin peşəkarlıqla əlaqəsini və əhəmiyyətini əsaslandırmağı bacarırsa;
İnsan peşəkarlığının onun vəziyyətinə və cəmiyyətdə tanınmasına nə dərəcədə təsir göstərdiyini dərk edirsə.