Mül.IX.11. Şagird məktəbin özünüidarəetməsinin demokratik prosesində səmərəli iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Onun fikrincə, sinif üçün (yaxud məktəb üçün) həllində özü iştirak etmək istədiyi aktual məsələləri sadalayırsa və sinif yoldaşlarına, sinif rəhbərinə və ya məktəbin müdiriyyətinə) bu məsələlərin nizama salınmasının onun tərəfindən tərtib edilmiş planını təqdim edirsə;
Sinif yoldaşlarına 7 sinifdə işlənib-hazırlanmış məktəb konstitusiyasının məzmununu izah edirsə; onları sənədə daxil ediləsi dəyişikliklərlə və əlavələr layihəsi ilə tanış edirsə; öz fikrini əsaslandırarkən reqlamentə əməl edirsə;
Sinif yoldaşlarından ibarət qrupla birlikdə hazırlanmış demokratik sinif/məktəb modelini şifahi və ya yazılı surətdə təqdim edirsə; öz nəticələrini təsdiq etmək üçün dəlillər gətirirsə;
Öz məktəbinin özünüidarəetməsi nümunəsində demokratiya quruculuğunda şagirdlərin rolunu müzakirə edə bilirsə;
Şagirdlərin, valideynlərin, müəllimlərin və məktəb müdiriyyətinin keyfiyyətli tədris üçün əməkdaşlığının əhəmiyyətini əsaslandırmağı bacarırsa;
Sinif yoldaşlarından ibarət qrupla birlikdə məktəb özünüidarəetməsi orqanının fəaliyyətini və onların nəticələrini müzakirə edirsə; müzakirənin nəticələrini təhlil edirsə və məktəb həyatının yaxşılaşdırılması barədə tövsiyələr yazırsa, bunları müvafiq kompetensiyalı şəxsə və ya orqana müvafiq formada təqdim edə bilirsə.