Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun birləşməsi və parçalanmasını şərtləndirən xarici və daxili amilləri təhlil edirsə (Almaniya, İtaliya);
Dünyada inkişaf etmiş əhəmiyyətli tarixi hadisələrdən birini seçir və onun Gürcüstana hansı təsiri göstərdiyi barədə mövzu yazırsa;
Sinif yoldaşlarından ibarət qrupla birlikdə siyasi xadimi seçir və onun tərəfindən seçilmiş xarici və ya daxili siyasi xəttin nəticələri barədə mülahizə yürüdürsə(məs.: Uinston Çörçil, Otto-Fon Bismark);
Müxtəlif ölkənin (regionun) iki xadiminin siyasi ideyalarını seçir, onları müqayisə edir və onlardan hər birinin dünyanın və ya regionun siyasi inkişafına hansı təsiri göstərdiyi barədə öz mülahizəsini ifadə edə bilirsə;
Qondarma oyun zamanı qloballaşdırmanın tərəfdaşları və antiqlobalistlərin Gürcüstanın siyasi gücləndirilməsi ilə əlaqədar mövqelərini nümayiş etdirirsə;
Qrup halında diskussiya zamanı Gürcüstanda və dünyada separatizm barədə mülahizə yürüdürsə və sinif yoldaşları ilə birlikdə bu problemin həllinin şəxsi modelini yaradırsa.