Müxtəlif dövrdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəbləri və nəticələri barədə mülahizə yürüdürsə;
Bir ölkənin nümunəsində müxtəlif dövrdə ölkələrin iqtisadi münasibətlərinin inkişafında dövlətin rolunun necə dəyişdiyi barədə yazılı mülahizə yürüdə bilirsə;
Əsas iqtisadi nəzəriyyələri seçir və onların əhəmiyyəti barədə söhbət açırsa;
Müasir dünyada və Gürcüstanda şəhərin və kəndin payına düşən rol barədə mülahizə yürüdə bilirsə;
Öz ölkəsinin (rayonunun, şəhərinin, kəndinin) nümunəsində iqtisadi inkişafın və demoqrafik problemlərin qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; başqa ölkələrlə paralellər aparırsa;
Gürcüstan iqtisadiyyatının regionun, imperiyanın və dünyanın iqtisadiyyatına inteqrasiyası barədə mülahizə yürüdə bilirsə (məs.: Gürcüstan və Qafqaz, Gürcüstan və Sovet İttifaqı, Gürcüstan və dünya).