|
|
səhifə | 45/244 | tarix | 28.12.2021 | ölçüsü | 1,14 Mb. | | #15032 |
|
İc.təh.V-VI.23. Şagird səyahətin və ticarətin əhəmiyyəti barədə mülahizə yürüdə bilər.
İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.
|
|
İc.təh.V-VI.14. Şagird qədim dövrlərdən bu günədək kommunikasiyaların inkişafı barədə fikir yürüdə bilər.
|
İc.təh.V-VI.19. Şagird qanunilik ilə dinc yanaşı yaşamağı əlaqələndirə bilər.
|
|
2 İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
İc.təh.V-VI.1. Şagird xəritələri oxuya və onlardan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Xəritələrin əfsanəsi biliyini büruzə verə bilirsə;
-
Gürcüstanla həmsərhəd olan ölkələri və iri coğrafi obyektləri tanıya bilirsə;
-
Siyasi xəritə/atlasdan istifadə edirsə və Gürcüstanın diyarlarını və diyar mərkəzlərini tanıya bilirsə;
-
Xəritələrin köməyi ilə Gürcüstanın sərhədlərinin müxtəlif tarixi dövrlərdə dəyişilməsini müzakirə edə bilirsə;
-
Gürcüstanı xarici aləmlə birləşdirən yolları göstərə bilirsə (məs.: Qara dənizin vasitəsi ilə);
-
Koordinatların vasitəsi ilə xəritədə coğrafi obyektləri müəyyənləşdirə və axtara bilirsə;
-
Tematik xəritələrdən lazımi informasiyanı seçə və onlardan istifadə edə bilirsə.
İc.təh.V-VI.2. Şagird informasiya ötürülməsinin müxtəlif vasitələrindən istifadə edə və yarada bilər (cədvəl, qrafik, foto, sxem, təsvir).
Nəticə göz önündədir, əgər şagird:
-
Qrafikləri və cədvəllərdə verilmiş informasiyanı oxuya və bunlardan istifadə edə bilirsə;
-
Müxtəlif vasitələrlə ötürülmüş informasiyanı hər hansı bir əlamətə əsasən (məs. illərin və ya sahələrə əsasən) müqayisə edə bilirsə;
-
Müxtəlif vasitələrdən əldə edilmiş informasiyanın təsnifatını apara bilirsə;
-
Eyni tip vasitə ilə verilmiş informasiyanı bir və ya iki nişanəyə əsasən qruplaşdırmağı bacarırsa;
-
Müxtəlif vasitələrlə tarixi və ya coğrafi informasiyanı təqdim etməyi bacarırsa.
Dostları ilə paylaş: |
|
|