7. D SSERTAS YALARIN ƏSAS ELM NƏT CƏLƏR N N NƏŞR
Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan
Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət
tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır.
ddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici
ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə dair
isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai
elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Elmlər doktoru
dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai
elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.
Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar
haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və
beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər,
elektronelmi nəşrlər də aiddir.Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc
olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər komissiya tərəfindən müəyyən
edilir.
Dostları ilə paylaş: |