Microsoft Word yaddas kitab doc



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix26.12.2016
ölçüsü174,24 Kb.
#3539
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 1 / 12 

 

 

1. ÜMUM  MÜDDƏALAR 



 

1.1.  Bu  Qaydalar  Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  qaydalarının  təsdiq 

olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129№-li 2010-cu il 01 iyul 

tarixli qərarı ilə tənzimlənir. 

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının doktorantura təhsilinin məzmun və təşkilini əks 

etdirən ümumi normalar məcmusudur. 

1.3.  Doktorantura  hazırlığı  ali  təhsilin  üçüncü  səviyyəsidir  və  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına 

uyğun  müvafiq  ixtisaslar  üzrə  geniş  profilli  alim  və  mütəxəssis  hazırlığının  həyata  keçirilməsini 

təmin edir. 

1.4. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

1.5.  Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaqla)  və  qiyabi  (istehsalatdan 

ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

1.6.  Doktorantura  təhsilini  həyata  keçirən  ali  təhsil  müəssisələri  və  elmi  təşkilatlar  elmi  və 

elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

1.7. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.  

1.8.  Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  3  il,  qiyabi  4  il, 

dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 

il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. 

1.9. Doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, eləcə 

də cəmiyyətin və əmək bazarının tələbi nəzərə alınaraq, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı 

elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır. 

 


Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin