Doktorant və dissertantlar üçün
Yaddaş kitabçası
(Layihə)
Sənəd Kodu
Yeniləmə No
Hazırl. Tarixi
Səhifə No
: ST\02
: 00
:
: 5 / 12
Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə
saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.
Doktorantların mükafatlandırılması və elmi-pedaqoji işlərə cəlb
olunması
2.27. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş
məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə
yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin və elmi təşkilatların
daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.
2.28. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi
və elmi təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
Dostları ilə paylaş: |